197
təfriqə və çəkişməyə səbəb oldu. Şahrux xan Zülqədər tərəfindən
müdafiə edilən şamlı və ustaclı əmirləri Əmir xandan öz
narazılıqlarını açıqca bildirməyə başladılar. Şahrux xan qızılbaş
dəstəsi ilə şirvanlılara qarçı getmək və Əmir xanın bacarmadığını
etmək arzusunda olduğunu bildirdi. Bu, Əmir xanı qəzəbləndirdi və
qarşılıqlı düşmənçiliyin güclənməsinə səbəb oldu. Əmir xan belə
hesab edirdi ki, ona qarşı bu çıxış baş komandan Mirzə Salmanın
təhriki ilə təşkil edilir.
Beləliklə, özləri üçün əlverişli şəraitdən istifadə edərək,
birgə səylərlə şirvanlıları darmadağın etmək, Osman paşanı
Dərbənddən sıxışdırıb çıxarmaq əvəzinə qızılbaş əmirləri iki
düşmən cəbhəyə bölündülər və onlardan hər birinin tərəfdarları
ayrı-ayrılıqda yerləşdilər. İskəndər bəy Münşinin göstərdiyi kimi,
tərəflərdən hər biri, digərinin hücumundan ehtiyat edərək döyüşə
tam hazır vəziyyətdə dururdu.Bu dəfə də qorçibaşı Qulu bəy Əfşar
siyasi müdriklik göstərdi və öz nüfuzu ilə qan tökülməsinin
qarşısını ala bildi. O, əmirləri zahirən barışdırmağa nail oldu,
Şahrux xan yürüşdən imtina etdi. Lakin onların qəlblərinin
dərinliyində “düşmənçilik alovu yanmaqda davam edirdi”
185
.
Dostları ilə paylaş: