97
hakimi təyin etdi və Şirvan qiyamçılarını zərərsizləşdirmək
vəzifəsini ona tapşırdı. Hicri 956 (1549)-cı ildə Abdulla xan Cavad
yaxınlığında Kürü keçərək Əli Şəban (yaxud Əli Çuban) adlı yerdə
düşərgə saldı. Qiyamçılar Buğurd dərəsində yerləşmişdilər. Onlar
böyük qüvvələrə malik olduqlarına görə qızılbaşlar hücuma
başlamağa cəsarət etmirdilər. Lakin bu vaxt qiyamçıların başçısı
Bürhan öldü
80
və üsyançılar onun qohumlarından birini – gənc
Mehrabı özlərinə başçı saçdilər. Abdulla xan qiyamçılara hücum
edib onları məğlubiyyətə uğratdı. Mehrab çoxlu tərəfdarları ilə
qaçdı. Lakin darmadağın edilməkdən canlarını qurtarmış şirvanlılar
inadkarlıq göstərəərk şahın hakimiyyətini tanımadılar,şiarvanşah
taxtına Mehrabın Qurban Əli adlı qohumunun namizədliyini irəli
sürdülər. Onlar Xəzər dənizinin adalarından birində, mənbələrin
Derov (yaxud Derav) adlandırdığı yerdə möhkəmləndilər. Əli
Zeynalabdinin dediklərinə görə ada Xəzər sahillərinə yaxın
yerlərdə idi. “Kür çayı onun hər iki tərəfindən dənizə tökülür”
81
,
yəni ada Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə yerləşirdi.
Qiyamçılar Abdulla xanın barışıq təkliflərini
rədd etdikdən sonra,
qızılbaşlar qışda (1549-cu ilin sonu-1550-ci ilin əvvəli) atlarla çayı
üzüb keçərək özlərini adaya çatdırdılar. Qurban Əlini və onun
adamlarının çoxunu məhv etdilər
82
.
Səfəvilər hakimiyyətinə qarşı başlanan bu üsyankar
Şirvanşahlar dövlətini bərpa etmək məqsədini güdürdü. Türk
salnaməçilərinin yazdığı kimi, özlərinin nisbətən kiçik qüvvələrinə
arxayın olmayan şirvanlılar, hərbi yardım üçün Səfəvilərin qüdrətli
düşməninə- Osmanlı sultanına müraciət edirdilər. Osmanlılar
kömək
etməklə öz məqsədinə çatmağa, şirvanlıların səyi ilə
Səfəviləri Şirvandan sıxışdırıb çıxarmağa
və Xəzər sahillərinə
çıxmağa can atırdılar.
Dostları ilə paylaş: