124
top almışdı
174
. XVI əsrin yetmişinci illərində Səfəvilərin
Venetsiyadakı səfiri Xacə Məhəmməd məlumat verir ki,
Portuqaliya kralı Səfəvilərə 20 min tsexin məbləğində pul
göndərmək barədə də göstəriş vermişdi
175
.
Bununla əlaqədar olaraq qeyd etmək maraqlıdır ki, farsdilli
salnamələrdə I Şah Təhmasibin sarayına
gəlmiş iki firəng
(avropalı) səfirliklərinin adları çəkilir. Bu diplomatil
nümayəndəliyin hər ikisini Portuqaliya göndərmişdi. Hicri 958
(1551)-ci ildə Qəzvinə gəlmiş Portuqaliya kralı III Juanın (1552-
1557) elçiləri sarayda mehribanlıqla qarşılanmışdılar
176
. Bu zaman
Səfəvilər dövləti ilə Osmanlı Türkiyəsi arasında müharibə gedirdi.
Hicri 982 (1574-1575)-ci ildə III Juanın varisi – Don Sebatyanın
(1557-1578) göndərdiyi nümayəndə heyətini isə şah qəbul
etməmişdi. Həsən bəy Rumlu bunu portuqaliyalıların işğal etmiş
olduqları İran körfəzi adalarında müsəlmanları sıxışdırmaları ilə
izah edir
177
. Görünür başlıca səbəb bundan ibarətdir ki,Şah
Təhmasib Osmanlı Türkiyəsi ilə 1555-ci ildən sonra yaranmış dinc
münasibətləri sultana düşmən olan dövlətin elçilərini qəbul etməklə
mürəkkəbləşdirmək istəmirdi. İskəndər bəy Münşi məlumat verir ki,
I Təhmasib öz vəfatına qədər həmin nümayəndə heyətinə vətəninə
qayıtmağa icazə verməmişdi. Onlar yalnız Şah Məhəmməd
Xudabəndənin dövründə ölkədən getmək imkanı əldə etmişdilər
178
.
Osmanlı basqını təhlükəsi Avropa
dövlətlərini son dərəcə
narahat edirdi. Venetsiya, İspaniya, Avstriya Habsburqlarının
ərazilərinə isə bilavasitə basqın təhlükəsi yaranmışdı. Əvvəllərdə
olduğu kimi, Osmanlı dövləti əleyhinə ittifaqın yaradılmasında
Roma papası böyük fəallıq göstərirdi. O, sultana düşmən olan
Asiya dövlətlərini də (onların arasında Səfəvilər dövlətinə başlıca
yer ayrılırdı) cəlb etməklə xristian dövlətləri ittifaqını qarşıya
məqsəd qoymuşdu. Bu zaman Türkiyənin hərbi qüvvələrini iki
cəbhəyə - qərb və şərq cəbhələrinə parçalamaq nəzərdə tutulmuşdu.
125
1571-ci ildə sultanın venetsiyalıların hakimiyyəti altında olan Kipr
adasını işğal etməsi Venetsiya, İspaniya və Vatikanın daxil olduğu
antitürk “müqəddəs ittifaqın” yaranmasını sürətləndirirdi.
Göstərildiyi kimi, təxminən elə o zaman Venetsiya öz
diplomatı Vinçentso Alessandrini osmanlılar əleyhinə ittifaq
bağlamq təklifi ilə Səfəvilərin sarayına göndərmişdi. Sonrakı ildə
(1572) papa V Piy I Şah Təhmasibə məktubunda bildirirdi ki, şahın
xristian müttəfiqləri ilə özünün qəddar düşməninə qarşı birgə çıxış
etməsi üçün əlverişli məqam çatmışdır. Katolik kilsəsinin başçısı, I
Şah Təhmasibi II Səlimə qarçı hərbi əməliyyatlara başlamağa
çağırır, ona Mesopotamiya və Suriyanı
ələ keçirməkdə
müvəffəqiyyətlər vəd edir, birgə çıxış edən Avropa
dövlətləriqoşunlarına qarşı vuruşan türklərinn həmin əraziləri
qoruya bilməyəcəyini göstərirdi
179
.
Səfəvilərlə bütün bu diplomatik əlaqələr nəticə vermədi.
Çünki I Şah Təhmasib bu dövrdə qəti qərara gəlmişdi ki, Osmanlı
Türkiyəsi ilə münasibətləri pisləşdirə biləcək hərəkətlərə yol
vermək olmaz. Eyni zamanda Səfəviləri Türkiyə ilə müharibəyə
təhrik edən Qərbi Avropa hökmdarları özləri həmin müharibədə
ciddi iştirak etmək barədə düşünmürdülər. Onlar yalnız Səfəvilər
dövlətindən istifadə edərək Türkiyəni uzun sürən müharibəyə cəlb
etmək, bununla da özləri və torpaqları üçün sultan tərəfindən
gözlənilən təhlükəni zəiflətmək istəyirdilər. Bu münasibətlə, papa
XIII qriqorinin (1572-1585) Vatikanın arxivində saxlanılan, Səfəvi
şahının yanına gedəcək elçisi üçün yazdığı təlimatlar maraqlıdır.
Elçiyə göstərişlər verilirdi ki, 100-150 min skudi məbləğində pul,
həmçinin də 2 min odlu silah və 15-20top göndərməyi vəd etməklə,
şahın yaxın 2-3 ildə hərbi əməlyyatlara başlamasına nail olmaq
lazımdır
180
.
Hadisələrin sonrakı gedişi də bu fikri təsdiq edir. Belə ki,
1578-ci ildə Osmanlı Türkiyəsi öz ordularını Səfəvilər
dövlətinə
qarşı yeritdi.Şah Məhəmməd Xudabəndə Portuqaliyaya nümayəndə
126
heyəti göndərmiş və Sultan III Murada
181
qarşı birgə çıxış etmək
çağırışı ilə Avropanın bütün xristian krallarına müraciət etmişdi.
Türkiyə, demək olar ki, bütün Cənubi Qafqazı işğal
etmişdi.Səfəvilər dövləti üçün ağır olan bu şəraitdə nə Portuqaliya,
nə də İspaniya Türkiyəyə qarşı müharibəyə qoşulmadılar.1582-ci
ildə papa XII Qriqorini və II Filippi təmsil edən, Hörmüzdə
Avqustluların prioru olan Simon, Şah Məhəmməd
Xudabəndənin
yanına göndərildi. Simon papaya məktubunda xəbər verirdi ki, şah
türklərlə müharibəni davam etdirməyə hazırdır və əgər xristian
dövlətlərinin sultanla vuruşmaq istədiklərini bilsəydi, öz elçisini
ispan kralının yanına göndərərdi
182
. Artilleriya,
pul və Avropa
dövlətlərinin birdə çıxışını vəd etməklə, Səfəvi dövlətini Türkiyə
ilə müharibəyə təhrik etmək vəzifəsi də Simonun qarşısına
qoyulmuşdu.
1586-cı ildə Səfəvilər dövlətinə Şah Məhəmmədin yanına
göndərilmiş digər papa elçisi – Ciovanni Battista Vekyettinin
qarşısında da belə bir vəzifə qoyulmuşdu.
Dostları ilə paylaş: