Osmanlı Türkiyəsi ilə münasibətlər. Şahzadə Bəyazidin qiyamı və onun Səfəvilərin yanına qaçması 1555-ci ildən sonra Səfəvilər dövlətinin Osmanlı
Türkiyəsi ilə münasibətlərində I Şah Təhmasibin hakimiyyətinin
sonuna qədər sülh dövrü davam etdi.
Hicri 967-ci ilin məhərrəmində (1559-cu ilin
sonunda) şahzadə Bəyazid öz ailəsi və 12 min nəfərlik dəstəsi ilə
Qəzvinə I Şah Təhmasibin sarayına gəldi.Türk sultanı Süleymanın
oğlu Bəyazid atasına qarşı üsyan etmiş, lakin darmadağın
olunmuşdu. Ardınca göndərilmiş təqibçi dəstədən canını qurtarmaq
üçün o, Çuxursəədə - Səfəvilərin ərazisinə daxil olmuşdu. Onun
qızılbaş paytaxtında təntənə ilə qarşılanması Qəzvin meydanında,
122
həmin mərasimdə iştirak etmiş Qazi Əhməd Qəffari tərəfindən
təfsilatı ilə təsvir edilmişdir
171
. Şah, ziyafətlər və hədiyyələr
verməkdə xəsislik etməmiş və bu tədbirlərə təxminən on min
tümən xərcləmişdi. Öz mənafeyini düşünən Təhmasib, Süleymanın
oğlunun onun yanına qaçmasından daha çox faydalanmaq barədə
düşünürdü. Üç il şahın sarayında qalmış şahzadə Bəyazid onu türk
sultanına qarşı yürüşə təhrik etmişdi. Şah, ölkəyə
çoxlubədbəxtliklər gətirmiş müharibəni yenidən başlamaq
fikrindən uzaq idi. Şah, Bəyazidin təslim olunması müqabilində
türk elçilərindən Bağdadın öz oğlu Heydər Mirzəyə verilməsini və
yaxud oğullarından birinin osmanlı ərazisində sancaqbəyi təyin
edilməsini və Kərbəladakı şiə türbələrinə nəzarət etmək üçün
qızılbaş xadiminin ora buraxılmasını tələb edirdi. Şahın bütün bu
kələkləri,özünün qiyamçı oğlunundanışıqsız qaytarılmasında təkid
edən, Osmanlı-Səfəvi münasibətlərinin yenidən pisləşə biləcəyi ilə
hədələyən sultan tərəfindən rədd edildi.
Hicri 969-cu ilin zülqədə ayında (1562-ci ilin iyulunda) Van
hakimi Xosrov paşa başda olmaqla, Qəzvinə sultanın böyük elçi
heyəti gəldi
172
. Şahın Bəyazidi qaytarmasına nail olmaq onların
əsas vəzifəsi idi. Türkiyə ilə yeni hərbi münaqişə təhlükəsi
qarşısında ehtiyat edən, bəlkə də qızıla tamahı olan I Təhmasib
Bəyazidi və onun dörd oğlunu sultan nümayəndələrinin
sərəncamına verdi. Onlar elə oradaca edam edildilər, cənazələri isə
Osmanlı Türkiyəsinə aparıldı. Bəyazidin beşinci oğlunun taleyi
daha dəhşətli oldu. Bursada yaşayan üç yaşlı uşaq sultanın casusları
tərəfindən boğulub öldürüldü. Şərəf xan Bidlisinin məlumatına
görə, türk elçiləri bu “xidmət” müqabilində sultanın ümumi
məbləği 30 min İraq tüməninə bərabər 400 min florini, şahzadə
Səlimin isə 100 min florinini şaha təqdim etdilər
173
.
Hər halda yetişməkdə olan münaqişə aradan qalxdı və
xəyanət hesabına sülh əldə edildi. I Şah Təhmasib “Təzkirə”də
özünə yöndəmsiz halda bununla bəraət qazandırır ki, guya o,
123
Bəyazidə onu şəxsən Süleymana təslim etməyəcəyinə söz vermişdi
və buna görə də onu elçilərə təslim etməklə, öz vədinə xilaf
çıxmamışdır.