156
davam etdi. Həmin gün carçılar şəhərdə belə bir əmri elan etdilər ki,
küçələr maneələrdən təmizlənməli və bundan sonra “başqasına əl
qaldıran edam ediləcəkdir”
63
.
Tacqoyma günlərində öz işlərinin baxılmasını tələb edən xalq
kütlələri şahın sarayına gəlirdilər. Onların arasında “türklər,
taciklər, hərbçilər və rəiyyət” var idi. İsmayıl kəndlilərin və
şəhərlilərin partlayışına yol verməmək üçün xalqın vergilər
haqqında və inzibati işçilərinə dair şikayətlərinə baxmaq işini
dayısı oğlu İbrahim Mirzəyə həvalə etdi
64
. Məhəmmədi xan
Toxmaq Ustaclı, Mirzə Əli Qacar və vəzir Mirzə Şükrulla onunla
birgə ədalət divanında iclas etməli idilər. Onların “ən ali divanının”
möhürü ilə imzalanan sənədlər qüvvədə olan qanun hüquqlarına
malik idi.
İsmayılın hakimiyyətinin bir-iki ayı ərzində bütün
mülki və
dövlət işləri ədalət divanında həll edilirdi. Lakin şahın özünün həll
etməli olduğu vilayət hakimlərinin təyin olunması kimi daha
mühüm işlər təxirə salınırdı. II İsmayıl itirilmiş vaxtın əvəzini
çıxmaq üçün hakimiyyətdən istifadə edir, kef-işrətlə məşğul olurdu.
Bir müddətdən sonra şah narazı qaldığı vəzir Mirzə Şükrulla
İsfahanini öz vəzifəsindən kənar etdi. Onun yerinə Mirzə Salman
təyin edildi. İskəndər bəy Münşi göstərir ki, o, dövlət
işlərinin
həllində böyük müstəqilliyə malik olduğu halda İsmayıl idarəçilik
işlərinə qarışmırdı. Mirzə Salman İsmayıldan dövlət işlərinə kənar
adamların müdaxiləsinə yol verməmək və qızılbaş əmirlərinin
qarşısında təslim olmamaq barədə göstəriş almışdı
65
II İsmayılın dövründə saray vəzifələrinin və vilayət
hakimlərinin heyətində bəzi dəyişikliklər həyata keçirildi.
Təbiidir
ki, bu vəzifələrə əvvəlki kimi azərbaycanlı qızılbaş əyanlarının
nümayəndələri təyin edilirdi. Farsların (taciklərin) rolu yalnız
mülki işlərlə məhdudlaşırdı. Saray vəzifəsi eşikağasıbaşı (saray
təşrifçisi) Hüseynqulu xan Şamlıya həvalə edildi. Mirşah Qazi
mustoufi əl-məmalik (baş xəzinədar) oldu. Müseyib xan Şərəfəddin
157
oğlu Təkəli, xan rütbəsi alaraq Rey hakimi təyin edildi.
Kürdüstanda Ələşkərt bölgəsinin idarəsi Sulaq Hüseyn Təkəliyə
bağışlanıldı. Biz artıq qeyd etmişik ki, Əliqulu xan Şamlı Herat
hakimi və Xorasan əmir əl-ümərası təyin olunmuşdu. Murtuzaqulu
xan Pornaka Məşhədin idarə olunması etibar edildi. Qarabağın əmir
əl-ümərası və Gəncə vilayətinin hakimi
Yusif Xəlifə Ziyad oğlu,
qacar tayfasından olan Peykər Sultan tərəfindən öldürülmüşdü. Bu
vəzifəyə İmamqulu xan Qacar təyin edildi. Kirman hakimi
Allahqulu bəy Əfşar, şahın xüsusi hərbi dəstəsinin başçısı
(qorçibaşı) vəzifəsinə irəli çəkildi. Mahmud Sultan Əfşar isə
Kirman hakimi təyin edildi. Şiraz vilayətinə hakim təyin
edilən
Vəli xan Qalxançıoğlu Zülqədər az sonra II İsmayılın təzəcə
dünyaya gəlmiş oğlu Şahşücanın
66
tərbiyəçisi oldu.
“Şərəfnamə”nin müəllifi Şərəf xan Bidlisi Kürdüstanın “əmirlər
əmiri” vəzifəsinə keçdi”
67
.
Dostları ilə paylaş: