181
Səfəvilər sarayında türk ordusunun Qarsa doğru hərəkət
etməsi xəbəri alınan kimi əmirlər nə etmək lazım gəldiyi barədə
müşavirə keçirməli oldular. Nəhayət, qərara gəldilər ki, sultana
nəzakətli bir məktub göndərərək sərhədin pozulmasına öz
etirazlarını bildirsinlər. Həm də iş elə təqdim
edilirdi ki, guya
söhbət yerli əhəmiyyətli münaqişədən – sərhədyanı hakimlərin
sərhədi pozmasından gedir. Rəsmi müraciətdə həmçinin göstərilirdi
ki, Səfəvilərin həmişə əməl etdiyi Amasya sülhü sarsılmazdır.
Məktubu İstanbula çatdırmaq vəzifəsi Məhəmmədi xan Toxmağın
mülazimlərindən biri olan Vəli bəy Ustaclıya həvalə edildi. O, yola
düşdü. Lakin Mustafa paşanın qoşunları Ərzurumdan Qarsa gedib
çıxanadək Osmanlı Türkiyəsi sərhədində yerli hakim tərəfindən
tutulub saxlanıldı
142
.
Bununla da qızılbaşların ölkənin ağır daxili vəziyyəti
üzündən hərbi toqquşmadan yaxa
qurtarmağa yönəldilmiş son
ümidləri puça çıxdı. Buna görə də hərbi çağırışı qəbul etməkdən
başqa çarə qalmadı. Türk sultanı bu yürüşdə şəxsən iştirak etməyi
lazım bilmədi. Buna görə də Səfəvilər də qərara aldılar ki, qızılbaş
qoşunlarına şahın özü deyil, onun oğlu, türklərlə mübarizədə
sərkərdəlik istedadı nümayiş etdirmiş Həmzə Mirzə başçılıq
edəcəkdir. O, İraq, Fars və Kirmanın yığma qoşunu (ləşkər) ilə
Azərbaycanın cınub hissəsinə gəlməli və yerli qoşunların
birləşərək
“mühafizə və müdafiə üzrə zəruri tədbirlər” görməli idi
143
. Dövlət
işləri əməli olaraq şahın arvadı Xeyrənnisə bəyimin əlində
olduğuna görə, o da (öz oğlundan ayrılmağın onun üçün çətin
olduğuna əsaslanaraq) bu yürüşdə iştirak edirdi. Sentyabrın 27-də
Həmzə Mirzə öz anası ilə Qəzvindən çıxaraq qoşunlarla Miyanəyə
gəldi. Burada, müxtəlif əmirlərin öz qoşunları ilə gəlməsini
gözləmək, Gürcüstanda və Şirvanda hadisələr haqqındakı son
xəbərləri öyrənmək üçün on günlük fasilə elan edildi.
182
Əmirlər Miyanədə keçirilən şurada hərbi əməliyyatlar planını
işləyib hazırladılar
144
.
Bəziləri təklif edirdilər ki, Urmiya gölü
yaxınlığında kürd tayfalarının üsyanını yatırmaq üçün öncə Təbrizə
hərəkət etmək lazımdır. Onların fikrincə, sonra Ərzurum və
Ərzincan istiqamətində gedərək Qars qalasını dağıtmalı, qışda isə
Türkiyə hüdudlarına hücum edilməlidir. Bu xəbər o vaxt artıq
Şirvanda
olan Mustafa paşaya çatarkən, Ərzurumu müdafiə etmək
üçün geri çəkilməyə məcbur olacaqdır. Lakin əmirlərin çoxu bu
təklifə etiraz etdi və böyük Osmanlı ordusuna müqavimət
göstərmək üçün zəif olan Şirvan əmirlərinə köməyə getməyi
məqsədəuyğun saydı
145
.
Buna müvafiq olaraq Həmzə Mirzə otuz
minlik qoşunla
Ərdəbildən, türklər tərəfindən tutulmamış Qarabağa doğru hərəkət
etdi.
Qərara alındı ki, qoşunların başlıca qərargahı şahzadə və
onun anası ilə Qaraağacda qalacaq, əmirlər isə qoşunlarla və vəzir
Mirzə Salmanla
Kürü küçərək, Şirvanı türklərdən azad etməyə
gedəcəklər
146
.
Dostları ilə paylaş: