270
“morq”istilahına, biz artıq Əlvənd Ağqoyunlunun hicri 904 (1498-
1499)cü il tarixli və I Şah Təhmasibin tarixi göstərilməyən fərmanlarında
rast gəlmişik
125
. Ehtimal etmək olar ki, feodallar öz mülahizələrinə
əsasən həmin mükəlləfiyyəti pul alınması ilə əvəz etmişdilər.
“Ximə”, “kah” (hərfən “odun, “ot”) I Şah Təhmasibin və Məhəmməd
Xudabəndənin fərmanlarında rəiyyət mükəlləfiyyətləri sırasında işlədilir.
Ehtimal etmək olar ki, rəiyyətin ağac doğraması və feodalları odunla
(yanacaqla) və otla təmin etmək mükəlləfiyyətinə müvafiqdir.
“Kəndəlik”
– Radlovun lüğətində olan türk sözüdür və “divarda
bürc ucaltmaq” kimi şərh edilir
126
. Güman etmək olar ki, bu istilah qala
bürclərinin tikintisi üzrə rəiyyətin mükəlləfiyyətini bildirir.
Göstərdiyimiz vergi və mükəlləfiyyətlərin Səfəvilər dövlətinin
bütün vilayətlərində eyni məzmuna malik olduğunu düşünmək düzgün
olmaz. Müxtəlif ərazilərdə yerli ənənələrlə bağlı onların
adlandırılmasında müəyyən müxtəliflik müşahidə olunur. Məsələn, I Şah
Təhmasibin İsfahana aid olan 1525-ci il tarixli fərmanında vergi və
mükəlləfiyyətlərə aid olan 20 istilahın, Şah Məhəmməd Xudabəndənin
isə 1581-ci il tarixli fərmanında 19 istilahın adı çəkilir. Şah Təhmasibin
tarixi göstərilməyən, İsfahana aid olan fərmanında (fərmanın mətninə
əsasən 1533-cü ildən sonra dərc edildiyini qeyd etmək olar) daha çox
sayda (30) vergi və mükəlləfiyyət istilahları vardır. Bəzi hallarda
müxtəlif istilahlar texniki anlamlarda sinonimdirlər.
Dostları ilə paylaş: