Mustoufi əl-məmalik – “vilayətlərin xəzinədarı”. O, maliyyə
idarəsinin rəhbəri idi. Ehtimal etmək olar ki, mülki idarə aparatının
başçısı olan vəzirin nəzarəti altında işləyirdi. “Allahın mühafizə etdiyi
vilayətlərin” (məmalik-i məhrusə) ərazisində “divan-i məmalik”
idarələrinin bütün maliyyə əməliyyatları, onların əyalət nümayəndələrinə
(ümmal) göndərdikləri yazılı təlimatlara müvafiq olaraq həyata
keçirilirdi
81
. İdarə vergi aparatının işinə, dövlət büdcəsinin tərtib
edilməsinə rəhbərliyi həyata keçirir, vergi siyahılarını təsdiq edirdi.
Bəylərbəyilərin tiyul və digər mükafatları, vəzirlərin, mustoufilərin və
307
kələntərlərin maaşları (rüsumat), mülki və hərbi şəxslərin məvacibləri
onun təsdiqləməsi və möhürü olmadan verilmirdi
82
İskəndər bəy Münşinin məlumatına görə, I Təhmasibin dövründə
“divan-i əlanın böyük mustoufilərindən” məlum olan on nəfərin yeddisi
mustoufi əl-məmalik, ikisi də “mustoufiy-i bəqayə” “vergi borcları üzrə
xəzinədar” idi
83
.
Aşağıdakılar mustoufi əl-məmalik olmuşlar: 1) Mir Məsud
Curbadqani; 2) Xacə Hüseyn; 3) Qiyas Kohre Şirazi adı ilə tanınan Xacə
Qiyasəddin Əli; 4) Xacə Qasım Nətənzi; 5) Xacə Məlik İsfahani; 6) Mir
Qiyasəddin Mahmud Şəhristani İsfahani; 7) Mirzə Şükrulla İsfahani.
Onların içərisindən daha məşhur olanı yerli əyanların nümayəndəsi,
“riyaziyyat qanunlarında və hesab kitablarının aparılmasında mahir”
(qanun-i hesabdani və elm-i siyaq) olan, şahın hüsn-rəğbətini qazanmış
Xacə Qasım Nətənzi idi. Mir Qiyasəddin Mahmud bu vəzifədə az işlədi
və tezliklə işdən azad edildi. Müəyyən dövrdə xəzinədar vəzifəsi
“əlahəzrət dəftərxanasının mirzələri (avaracanəvisan-i dəftərxane-yi
hümayun)” arasında bölüşdürüldü. “Onlardan hər biri öz idarəsinin
mustoufisi idi”. Sonra Mir Qiyasəddin Mahmud yenidən vəzifəyə təyin
edildi və bu dəfə uzun müddət ərzində öz vəzifəsini yerinə yetirdi. O, Şah
Təhmasibin vəfatına üç il qalmış azad edildi və onun yerinə Mirzə
Şükrulla irəli sürüldü. Mustoufi əl-məmalikin rolunu bundan görmək olar
ki, hicri 981 (1573-1574)-ci ildə Mirzə Şükrulla bu vəzifəyə təyin
olunarkən ona 500 Təbriz tüməni məbləğində məvacib müəyyən
edilmişdi. Vəzirlər – Seyid Həsən Fərəhani və Xacə Cəmaləddin Əli
Təbrizi üçün müəyyən edilən məvaciblər də həmin miqdarda idi
84
.
Yuxarıda qeyd edildiyi kimi, II İsmayılın dövründə Mirzə Şükrulla vəzir
vəzifəsinə keçirilmiş, onun yerini isə Mirşah Qazi İsfahani tutmuşdu. O,
yeni şah – Məhəmməd Xudabəndənin dövründə də mustoufi əl-məmalik
vəzifəsində qalmış və “işdə tam sərbəstlik göstərmişdi”. Lakin o, tezliklə
ona düşməncəsinə yanaşan vəzir Mirzə Salmanın təhriki ilə vəzifədən
kənar edilmiş və mustoufilik vəzifəsi Xacə Məhəmməd Bəkir Hərəviyə
verilmişdi
85
. Mustoufiyan-i bəqayə sırasında İskəndər bəy Münşi Mir
308
Hidayətulla Məmurinin, onun qardaşı Mir Məhəmməd Məmurinin,
habelə əvvəlcə mustoufi əl-məmalik vəzifəsinə irəli çəkilmiş Mirşah
Qazi İsfahaninin adlarını çəkir
86
.