309
Eşikağasıbaşı
sarayın baş təşrifat məmuru. Onun vəzifəsi öz
tabeliyində olan böyük xidmətçilər ştatı – söhbət yasavulları,
eşikağasıları, hərəmağaları, qapıçılar, yasavullar, carçılar
89
olmaqla saray
yığıncaqlarında və təntənələrində baş təşrifat
məmuru kimi fəaliyyət
göstərməkdən ibarətdi.
Möhrdar
, yaxud möhrdar-i möhr-i hümayun – “əlahəzrət
möhürünün mühafizəçisi”. “Təzkirət əl-mülük”də göstərildiyi kimi, ilk
dövrlərdə möhrdar böyük hörmət sahibi sayılırdı. O, vəzirlərin,
mustoufilərin, kələntərlərin təyinatları (rəqəm) haqqında fərmanlara,
həmçinin də əmirlərə, hakimlərə və b. bağışlanan soyurqallara, tiyullara
aid olan sənədlərə “əlahəzrətin möhürünü” basırdı
90
. İskəndər
bəy Münşi
belə bir xəbər verir ki, II Şah İsmayıl taxta çıxdıqdan sonra şahzadə
İbrahim Mirzəyə müraciə edərək deyir: “Sən cənnətməkan şah (yəni I
Şah Təhmasib – O.Ə.) üçün oğul kimi idin, bütünlüklə onun xidmətində
olmusan və indi mənə qardaş kimisən. Eşikağasıbaşı (vəzifəsi) sənə
yaraşmır”. Buna görə də
şah onu möhrdar təyin edir ki, “həmişə onun
qarşısında oturub söhbəti və danışığı ilə onu şərəfyab etsin”
91
.
Mirşikarbaşı
şahın ov tədbirlərinin başçısı idi. Ona mirşikarlar,
ovçubəyilər, şahin saxlayanlar (quşçuyan) və b. tabe idilər.
Ov mühüm tədbir idi. O, heç də yalnız əyləncə səciyyəsi daşımırdı.
Şahdan və onun məiyyətindən əlavə on minlərlə döyüşçünün, heyvanları
qovan kəndlilərin iştirak etdiyi, geniş əraziləri əhatə edən böyük ovları
əslində hərbi manevrləri xatırladırdı
92
. Ehtimal
etmək olar ki, “ovçubaşı”
istilahı, mirşikarbaşının eyni idi
93
.
Dostları ilə paylaş: