Şəhərsalma kadastrı-4-5-6-7-8-9-10 4-cu movzu Şəhər ərаzisi


Bakı şəhərinin Baş planı 2040



Yüklə 57,74 Kb.
səhifə10/28
tarix29.12.2021
ölçüsü57,74 Kb.
#48922
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
Şəhərsalma kadastrı-mühazirə-4-5-6-7-8-9-10

Bakı şəhərinin Baş planı 2040


  Bakı şəhərinin Baş Planı 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrü əhatə edir. Baş Planın həyata keçirilməsinin birinci mərhələsində (2020-2027-ci illər) xüsusilə mühüm əhəmiyyət kəsb edən tədbirlər, o cümlədən ərazi zonalaşdırılması və çoxmərkəzli şəhər həlləri, əsaslı tikinti, nəqliyyat infrastrukturu, sosial təsisatlar, mühəndis-kommunikasiya sistemləri, ətraf mühitin sağlamlaşdırılması və ərazinin mühəndis hazırlığı üzrə fəaliyyətlər müəyyən edilir. 
Növbəti addım olaraq, birinci mərhələdə əldə edilmiş nəticələr nəzərə alınmaqla paytaxtın dayanıqlı inkişafının və əlverişli şəhər mühitinin formalaşdırılması məqsədilə qeyd edilən istiqamətlər üzrə fəaliyyətin davam etdirilməsi və eləcə də, Baş Plan çərçivəsində mənzil fondu, postsənaye dövrünün tələblərinə uyğun olaraq planlaşdırılan ictimai-işgüzar (qarışıq) zonaların, ictimai nəqliyyatın, yaşıllıqların və rekultivasiya olunan ərazilərin, mühəndis qurğularının imkanlarının Baş Planın texniki-iqtisadi göstəricilərində hesablama müddətinə nəzərdə tutulan parametrlərə çatdırılması üçün tələb olunan fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.   
Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır. Bu məqsədlərə nail olmaq üçün bir-biri ilə əlaqələndirilmiş planlaşdırma tədbirlərinin həyata keçirilməsi təklif olunur. Bakı şəhərinin Baş Planı çərçivəsində əsas diqqət aşağıdakı istiqamətlərə yönəldiləcək: 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata əsasən, Bakı şəhərinin Baş Planı layihəsinin hazırlanması prosesi çərçivəsində ictimai tanışlıq prosesinə başlanılır. Baş planın ilkin layihəsinin 60 gün müddətində tanışlıq üçün ictimaiyyətə təqdimatı virtual sərgi formatında keçiriləcək.

Komitənin sifarişi əsasında aparıcı beynəlxalq şəhərsalma şirkətlərinin və aidiyyəti yerli qurumların ekspertlərinin iştirakı ilə hazırlanmış Baş planın ilkin layihəsi ilə komitənin rəsmi internet saytının ana səhifəsinin “Bakının baş planı” adlı bölməsində tanış olmaq mümkündür. 

Bakı şəhərinin Baş planının layihəsi paytaxtın 213 500 hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini, o cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan davamlı şəhər mühiti, mədəni və tarixi-memarlıq irsin qorunması, habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Bakı şəhərinin Baş planının hazırlanması prosesi beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilmişdir. I mərhələdə beynəlxalq strateji məsləhətçi olan “Boston Consulting Group” (BCG) şirkətinin dəstəyi ilə komitə tərəfindən paytaxtın inkişaf konsepsiyası işlənilmişdir. II mərhələdə isə inkişaf konsepsiyası əsasında müvafiq layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilib və Baş planın hazırlanması işi bu tenderin qalibi seçilmiş beynəlxalq şəhərsalma və memarlıq şirkəti olan Almaniyanın “AS+P” şirkətinə həvalə edilib.

Həmçinin, Baş planın hazırlanması prosesinə Böyük Britaniyanın “Ernst and Young” və “Ramboll” məsləhətçi şirkətləri, yerli tərəfdaş qismində isə “BakıDövlətLayihə” İnstitutu cəlb edilib.

Bakı şəhərinin Baş planının ilkin layihəsi üzərində işlərin aidiyyəti dövlət orqanları və sahə mütəxəssislərinin rəyləri, habelə ictimaiyyətin təklifləri nəzərə alınmaqla davam etdirilməsi nəzərdə tutulur.

Şəhərsalma kodeksi şəhər və kənd yaşayış məntəqələrinin yerli idarəetmə təşkilat və idarələrinə imkan verir ki, yerli şəraiti nəzərə almaqla digər ərazi zonaları təyin edilsin, həmçinin bura digər daşınmaz əmlak və torpaq sahələri də daxil edilsin. Ona görə də, məsələn, yaşayış zona sərhədləri daxilində yerləşən bağ və bağçılıq kooperativlərinin ayrı bir zona kimi qeyd olunması məqsədəuyğundur.

Şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin sərhədlərinin ərazilərinin digər torpaq kateqoriyalarından ayrılması məqsədilə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin xarici sərhədləri təyin edilir. Yaşayış məntəqəsi - əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra - daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsidir (şəhər, qəsəbə, kənd).


Yüklə 57,74 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin