Şəhərsalma kadastrı-4-5-6-7-8-9-10 4-cu movzu Şəhər ərаzisi



Yüklə 57,74 Kb.
səhifə9/28
tarix29.12.2021
ölçüsü57,74 Kb.
#48922
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
Şəhərsalma kadastrı-mühazirə-4-5-6-7-8-9-10

İnzibati ərazi bölgüsü - idarəetmənin, qanunçuluğun, vətəndaşların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin dövlət hakimiyyəti orqanları tərəfindən təmin edilməsinin səmərəli təşkili məqsədi ilə Azərbaycan Respublikasının ərazisinin unitar dövlət kimi müəyyən hissələrə bölünməsidir.

Ərazi vahidlərinin Dövlət reyestri - Azərbaycan Respublikasının ərazi vahidlərinə və inzibati ərazi dairələrinə dair sənədləşdirilmiş məlumatları əks etdirən dövlət informasiya ehtiyatı mənbəyidir.



Azərbaycan Respublikasının ərazi quruluşunu

Azərbaycan Respublikasının ərazisində yerləşən rayon, şəhər, qəsəbə və kənd statusuna malik olan ərazi vahidləri təşkil edir. Hər bir ərazi vahidinin sərhədi, adı və onun ərazisində daimi yaşayan əhalinin sayı müəyyən olunur. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü hüdudlarında dövlət hakimiyyəti orqanlarının yaradıldığı inzibati ərazi vahidləri təşkil edir. Ərazi vahidlərinə şəhər, qəsəbə və kənd statusu onların ərazisində daimi yaşayan əhalinin sayından və ya əksəriyyətinin məşğul olduğu fəaliyyət (təsərrüfat) növündən, ərazinin sosial-iqtisadi inkişafı səviyyəsindən, istehsalat, yaxud sosial-mədəni infrastrukturun ixtisaslaşmasından və müvafiq ərazidə həyata keçirilən dövlət funksiyalarından asılı olaraq verilir. Tək-tək həyətlər müstəqil ərazi vahidləri təşkil etmir və təsərrüfat, inzibati və ya ərazi cəhətdən əlaqədar, yaxud yaxın olduqları ərazi vahidlərinin tərkibində hesab edilir.

Azərbaycan Respublikasının rayonları onların ərazisində yerləşən ayrı-ayrı şəhərlərdən, qəsəbələrdən, kəndlərdən və inzibati ərazi dairələrindən təşkil olunur.

Böyük ərazilərə malik olan şəhərlərin idarə edilməsinin səmərəliləşdirilməsi və sadələşdirilməsi, o cümlədən əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı olan qərarların icrasının səmərəli təşkil edilməsi məqsədi ilə həmin şəhərlərin əraziləri zəruri hallarda rayonlara bölünür.

Milli təhlükəsizlik və ya müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin yerləşməsi ilə şərtləndirilmiş xüsusi rejimli dövlət idarəetmənin tətbiq edilməsi zərurəti ilə əlaqədar bəzi ərazi vahidləri, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilər qapalı elan edilə bilər. Ərazi vahidlərinin, habelə ayrı-ayrı milli təhlükəsizlik və ya müdafiə təyinatlı ərazilərin qapalı elan edilməsi və xüsusi rejimli dövlət idarə etmənin tətbiq edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunur.

Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərə ad verilməsi, onların adlarının dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq qanunu əsasında həyata keçirilir. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin statusu Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən on ildə bir dəfə “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü”nə dair məlumatları əks etdirən toplu nəşr olunur. Yeni yaranmış, habelə mövcud olan və əhalinin daimi yaşadığı bütün ərazi vahidləri qeydə alınmalı və onların inzibati tabeliyi müəyyən olunmalıdır.

Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.

Ərazi vahidinin qeydiyyatdan çıxarılmasına həmin ərazi vahidinin əhalisinin köçməsi, bir ərazi vahidinin digər ərazi vahidi ilə birləşməsi və ya təbii fəlakətin doğurduğu nəticələrlə əlaqədar yol verilir.

Ərazi vahidləri birləşdikdə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununun 7.5-ci maddəsində göstərilmiş sənədlərə birləşmə nəticəsində yaranan ərazi vahidinin və onun tabe olacağı inzibati ərazi dairəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş xəritələri və birləşən ərazi vahidlərində yaşayan, səsvermə hüququna malik olan vətəndaşların ümumi yığıncağının (yığıncaqlarının) qərarı (səsvermə hüququna malik olan, habelə yığıncaqda (yığıncaqlarda) iştirak etmiş şəxslərin sayı göstərilməklə) əlavə olunur.

Ərazi cəhətdən böyük və çoxsaylı əhalisi olan ərazilərdə idarəetmənin mərkəzləşdirilməsi və sadələşdirilməsi, habelə əhalinin sosial-mədəni və məişət ehtiyaclarının ödənilməsi və qanunçuluğun təmin edilməsi ilə bağlı olan qərarların icrasının səmərəli təşkil edilməsi məqsədi ilə bir-birinə nisbətən yaxın məsafədə yerləşən bir neçə kənd və ya qəsəbə inzibati ərazi dairələrinə birləşdirilə bilər.

Yerli dövlət hakimiyyəti orqanlarının yerləşdiyi şəhər, qəsəbə və ya kənd müvafiq inzibati ərazi dairəsinin mərkəzi hesab olunur. İnzibati ərazi dairələri onların mərkəzinin adına uyğun olaraq adlandırılır. İnzibati ərazi dairələrin hüdudları onların tərkibinə daxil olan ərazi vahidlərinin sərhədlərinə müvafiq olaraq müəyyən edilir və onlara uyğun olaraq dəyişdirilir.

Azərbaycan Respublikasının ərazisində rayonların və şəhər rayonlarının yaradılması, ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerləşən ərazi vahidlərinə və inzibati ərazi dairələrinə dair bütün məlumatlar Ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilir.

6-cı movzu


Yüklə 57,74 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin