Şəhər kadastrı, anlayışları və hüquqi bazası
Dövlət şəhərsalma siyasətinin ümumi prinsiplərinə uyğun olaraq, müvafiq qanunvericilik, icra prinsipləri və icra mərhələləri şəhər kadastrının təşkili üçün əsas sayılır.
Dövlət şəhərsalma siyasətində ərazi vahidlərinin düzgün yerləşdirilməsi onların sosial – iqtisadi, hüquqi və təbii təsərrüfat funksiyalarının düzgün əlaqələndirilməsi əsas şərtlərdən biridir.
Azərbaycan Respublikası sərhədləri hüdudunda ərazi vahidlərin ümumi sayı 4590 – dır. O cümlədən, 78 şəhər (rayon mərkəzləri də daxil olmaqla), 260 qəsəbə, 4252 kənd daxildir, Respublika tabeli şəhərlər 14 – dür. Bakı şəhərində 12 inzibati rayon ayrılmışdır, Gəncədə - 2 .
Respublikamızda şəhər təsərrüfatının tənzimlənməsi, şəhər kadastrı məlumatlarının dayanıqlı və ehtibarlı elektron baza məlumatlarının yaradılması məqsədilə 1999 – cu ildə “ Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir, 2001 – 2002 – ci illərdə bir sıra dəyişikliklər, düzəlişlər aparılmışdır.
Dövlət şəhərsalma siyasətində və onun həyata keçirilməsində bir sıra mərhələlərdən istifadə olunur. Bu mərhələlər sırasında ən əsas, önəmli sahə qanunvericiliyin hazırlanmasıdır. Bu mərhələdə bir sıra anlayışlardan istifadə edilir. Bu anlayışlar həm də, şəhər kadastrında coğrafi informasiya sistemində texniki sənədlərin hazırlanmasında eləcə də, hüquqların qeydiyyata alınmasında və reyestr sisteminin təşkil edilməsində istifadə olunur. Dövlət şəhərsalma siyasəti ümumi iqtisadi – coğrafi termin olmaqla bir – sıra vəzifələri özündə birləşdirir.
Şəhərsalma siyasəti ərazi məskunlaşmasının təbii, sosial, iqtisadi və hüquqi cəhətlərinin quymətləndirilməsi və inkişafını təmin edən vəzifələrin kompleks sistemidir. Bu sistemdə həm də, tarixi, milli ənənələrin və yerli xüsusiyytələrin, eləcə də, ekoloji mühit elementlərinin qiymətləndirilməsi əks olunur.
Dövlət şəhərsalma siyasətinin həyata keçirilməsində səlahiyyətlər mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında qanunvericiliyə uyğun olaraq, bölgü prinsipi ilə həyata keçirirlir. Ölkəmizdə dövlət şəhərsalma siyasətinin həyata keçirilməsinə məsul olan mərkəzi icra hakimiyyəti orqanı kimi, “Dövlət Arxitektura və Tikinti Komitəsi”, yerli icra hakimiyyəti orqanları, onlara nəzarət funksiyasını isə, Azərbaycan Respublikası Prezidentinin Administrasiya və Nazirlər Kabineti keçirir.
Dövlət şəhərsalma siyasətinin vəzifəsi ərazi vahidləri üzrə yaşayış məskənlərinin, istehsal komplekslərinin, infrastruktur bölmələrinin düzgün yerləşdirilməsi, torpaq ehtiyyatlarından faydalı qazıntı yataqlarında səmərəli istifadə olunması, məhsuldar qüvvələrin iqtisadi potensialının artırılması və ətraf mühit, landşaft elementlərinin mühafizəsidir.
Landşaft elementləri sırasında: torpaq örtüyü, hidrogeoloji və hidroloji ehtiyyatlar, atmosfer hövzəsi və tarixi, milli əhəmiyyət kəsb edən təbii qorunan ərazilər başa düşülür.
Ərazi məskunlaşmasında bu elementlərin qiymətləndirilməsi “Dövlət Şəhərsalma proqramında” şəhərlərin zonalaşdırılması ilə nəticələnir. Zonalaşdırma dedikdə, şəhər məskənlərinin ərazi üzrə funksional istiqamətinin bölgüsü başa düşülür.
Şəhər ərazilərinin zonalaşdırılması bir sıra amillərdən asılıdır. Bu amillər sırasında şəhərlərin əhalisinin sayı, ümumi torpaq sahəsi, istehsal obyektlərinin yerləşmə xüsusiyyətləri, nəqliyyat şəbəkələrinin sıxlığı, şəhər mühitinin artım istiqamətləri, infrastuktur bölmələrinin yerləşməsi və başqa amilləri göstərmək olar. Bu amilləri nəzərə almaqla Respublikamızın iri şəhərlərin zonalaşdırılması Bakı, Sumqayıt, Gəncə şəhərlərində aydın olunmuşdur.
Yuxarıda göstərilənləri nəzərə almaqla Bakı şəhəri 12 funksional qrupa bölünmüşdür. Zonalaşdırmada əsas məqsəd – məhsuldar qüvvələrin düzgün yerləşdirilməsi, istehsal proseslərin tənzimlənməsi, sosial və infrastruktur bölmələrin fasiləsiz iş rejiminin yaradılmasıdır.
Zonalaşdırmada nəzərə alınan əsas amil - əmək ehtiyyatlarının iqtisadi, sosial və hüquqi tələblərinin ödənilməsidir. Nəticədə, “Dövlət Şəhərsalma proqramının” hazırlanmasında qısamüddətli və uzunmüddətli strateji istiqamətlər müəyyən edilir. “Dövlət Şəhərsalma proqramı” mərkəzi icra hakimiyyəti orqanları tərəfindən və Dövlət Başçısı tərəfindən təsdiq edilir, proqramda ölkənin şəhərsalma siyasətinin həyata keçirilməsində həlli vacib olan vəzifələrin illr üzrə ardıcıllığı və məzmunu ifadə olunur. Bu proqram məhsuldar qüvvələrin şəhər ərazisində yerləşmə xüsusiyyətlərinin qiymətləndirilməsi ilə yanaşı əldə ediləcək nəticələrin proqnozu da ifadə edilir.
“Dövlət Şəhərsalma proqramı” – nın ayrı – ayrı vəzifələrin icrasına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının həyata keçirəcəkləri tədbirlər məzmununu ifadə edir. Bu proqramlar şəhərlərin baş planının və layihələrin işlənilməsini təmin edir.
Baş plan şəhərlərin istehsal və ərazi məskunlaşmasının gələcək inkişaf istiqamətlərini və ərazi hüdudlarının yayılma arealını özündə əks etdirir, 30 – 40 illik dövrü əhatə edir. Miqyas 1:10 000 olur. Baş planın hazırlanmasında layihə sənədlərindən istifadə edilir, bu layihə sənədlərində şəhərlərin digər yaşayış məntəqələrinin inkişafı üçün ayrılacaq torpaq sahəsi, istehsal sahələrinin yerləşmə vəziyyəti, infarstruktur bölmələrin və onların qoruyucu zolaqlarının təsviri, ətraf mühit və landşaft komplekslərinin yerləşməsi əks etdirilir, 1:5000 miqyasında tərtib olunur və 20 illik müddəti əhatə edir. Yerli monitorinqlərə uyğun olaraq tərtib edilmiş layihələrə əsasən, baş planda hər hansı bir dəyişikliyin və ya düzəlişin aparılması Mərkəzi İcra Hakimiyyəti orqanı tərəfindən keçirilir və bu barədə nəzarətedici orqan rəsmi məlumat verir.
Təsdiq edilmiş baş plan hüquqi sənəddir, baş planda qırmızı xətlərdən istifadə olunur, qızmızı xətt şəhər məskunlaşma ərazilərinin, mikrorayonların, məhəllələrin ərazi üzrə əhatə etdiyi torpaq sahəsinin sərhəddini göstərir, bu sənəd məskunlaşma, istirahət sahələrinin bir – birindən ayrıcı xətlərdir, bu xətlər həm də qeyd edilən obyektlərin küçə, yol, meydan, park və digər sahələrdən ayırdığı sərhəd hesab olunur.
Şəhər kadastrının yaranması, daşınmaz əmlak sistemin bir növüdür. Burada, torpaq sahələri, torpaq sahələri üzərində yerləşən yaşayış binaları, tikililər, istehsal qurğuları, infrastruktur bölmələr istifadə olunan və ya, istifadə olunmayan faydalı qazıntı yataqları kompleks şəkildə cəmlənmişdir.
Şəhər kadastrının yaranmasında müxtəlif norma, qayda, reqlamentlər tətbiq edilir. Şəhərsalma və şəhər kadastrı sistemində qaydalar və reqlamentlər mövcud qanunvericiliyin tələblərini özündə ifadə edir. Məsələn: 1000 nəfər əhalisi üçün şəhərlərdə 3 mərtəbəli binalar 10 ha sahəni əhatə etməlidir və yaxud, 20 ha torpaq sahəsi ayrılmalıdır.
4 – 9 mərtəbəli binalar üçün 8 ha, 9 mərtəbədən artıq binalar üçün 4 – 5 ha ayrılmalıdır. Şəhərsalma norma və qaydalar çoxillik monitorinqlər nəticəsində təkminləşdirilir və əlavə edilir.
Məsələn: “Şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikasının Qanunu” – da 2014 – cü ildə qəbul edilən dəyişikliklərə əsasən, hündürlüyü 12 m-dən artıq olan tikinti üçün yerli hakimiyyət orqanlarına yazılı bildirişlərin verilməsi kifayət edir.
Dostları ilə paylaş: |