326
min edir. Oyunlar nəzəriyyəsi bu və ya digər situasiyada hansı
seçimin daha rasional olmasını müəyyən edir.
İnstitusional iqtisadiyyatda formal model oyunlar nəzə-
riyyəsi əsasında qurulur. Birinci, Oyunlar nəzəriyyəsi hadisələ-
rin təhlili ilə məşğul olur; burada fərdlər qarşılıqlı səbəb-nəticə-
lərə malik olurlar, hər bir hadisənin həlli qarşılıqlı təsirin nəti-
cəsinə təsir edir və digər problemlərin həllində də iştirak edir.
Öz fəaliyyətini həll edən fərd məcbur olur ki, özünü kontragen-
tin yerinə qoysun. İkincisi, Oyunlar nəzəriyyəsi vahid, yeganə
deyildir. Qarşılıqlı fəaliyyətdə Pareto optimal müvazinət olma-
sını inkar edir. Üçüncüsü, Oyunlar nəzəriyyəsi fərdin tam sə-
mərəli olmasını inkar edir (təkmil kalkulyatordan tutmuş robot
fərdə qədər). Bu səbəbdəndir ki, Oyunlar nəzəriyyəsi əsasında
institutların formal modellərinin qurulması da nəzərdə tutulur.
Dostları ilə paylaş: