ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


Sxem 14.7.  Sxemin bütün xətləri üzrə müsbət cavablar, qırıq-qırıq  xətlər üzrə isə inkaredici cavablar verilmişdir.  Nəticələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə207/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   203   204   205   206   207   208   209   210   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Sxem 14.7. 
Sxemin bütün xətləri üzrə müsbət cavablar, qırıq-qırıq 
xətlər üzrə isə inkaredici cavablar verilmişdir. 
Nəticələr. 
Belə ki, natamam səmərəlilik nəzəriyyəsini 
aşağıdakı kimi xarakterizə etmək olar. Birinci, səmərəlilik də-
rəcəsi qərarın qəbul ediləcəyi üsulun dərəcəsindən asılıdır, ha-
disələrin qiymətlər vasitəsi ilə təmsil edilməsi üsuludur və bu-
Q. Əvəzedici məhsul 
almaq olarmı 
D. Dəyişmək
istəyirsinizmi 
..... N saylı 
bazaya yol 
B. Məhsul
lazımdırmı? 
dfg 
Məhsul 
B.Əldə etmək 
lazımdırmı 
E.tələbin 
korrektə 
olunması 
J. Axtarışı davam etdirirsinizmi 


325 
nun vasitəsilə fərd məsələlərin həllini sadələşdirir. İkinci, pro-
sedurların çoxluğu qərar qəbul ediləndən sonra bizim fikrimizi 
"səmərəliliyə" doğru aparır. Bu proses razılıq iqtisadiyyatında 
daha geniş ifadə edilmişdir. Buna görə də normaların səmərəli 
yayılmasında “əsaslandırılmış təsir” termininin işlənməsi də 
çox məqsədəuyğundur. Nəticədə tam səmərəlilik son hadisəyə 
çevrilir. 
Oyunlar nəzəriyyəsi və qarşılıqlı təsirin modelləşdirilməsi. 
Oyunlar nəzəriyyəsinin əsas anlayışı 
 
Oyunlar nəzəriyyəsi insanların mümkün fəaliyyətlərini, 
davranışlarını öyrənmək məqsədilə modellərdən istifadə edən 
tətbiqi riyaziyyatın bir qoludur. Oyunlar nəzəriyyəsi vasitəsilə 
insanların proqnozlaşdırılan və faktiki fəaliyyətləri, həmçinin 
onların optimal strategiyaları öyrənilir. Bu nəzəriyyə öz mən-
bəyini C. fon Neymanın və İ.Morqenşternin "Oyunlar nəzəriy-
yəsi və iqtisadi davranış" (1944) əsərindən götürmüşdür. Oyun 
məfhumu elə bir situasiyanı xarakterizə edir ki, orada hər bir 
iştirakçı ən böyük üstünlük uğrunda mübarizə aparır. İstənilən 
oyunda maraqların toqquşması baş verir. Maraqların toqquşma-
sı beynəlxalq münasibətlər sahəsində tez-tez özünü biruzə ve-
rir. Hər bir oyun situasiyasında hər bir iştirakçı digər iştirakçı-
nın atacağı addımla maraqlanır. 
Oyunlar nəzəriyyəsinin məqsədi müəyyən sosial situasi-
yalardan rasional fəaliyyəti xarakterizə edərək, bu fəaliyyətin 
ümumi cəhətlərini müəyyən edən prinsipləri aşkar etməkdir. 
Rasional fəaliyyət beynəlxalq münasibətlərdə hər bir faktorun 
müəyyən dəyərlərinin və məqsədlərinin olmasını və bunlara 
əsasən səhvsiz hərəkət etməsini göstərir. Faktorlar riyazi for-
mulların əsasında qərar qəbul edirlər. 
Beləliklə, oyunlar nəzəriyyəsi təhlil metodu olmaqla ya-
naşı mümkün istiqamətlərdən ən optimal olanın seçilməsini tə-


326 
min edir. Oyunlar nəzəriyyəsi bu və ya digər situasiyada hansı 
seçimin daha rasional olmasını müəyyən edir. 
İnstitusional iqtisadiyyatda formal model oyunlar nəzə-
riyyəsi əsasında qurulur. Birinci, Oyunlar nəzəriyyəsi hadisələ-
rin təhlili ilə məşğul olur; burada fərdlər qarşılıqlı səbəb-nəticə-
lərə malik olurlar, hər bir hadisənin həlli qarşılıqlı təsirin nəti-
cəsinə təsir edir və digər problemlərin həllində də iştirak edir. 
Öz fəaliyyətini həll edən fərd məcbur olur ki, özünü kontragen-
tin yerinə qoysun. İkincisi, Oyunlar nəzəriyyəsi vahid, yeganə 
deyildir. Qarşılıqlı fəaliyyətdə Pareto optimal müvazinət olma-
sını inkar edir. Üçüncüsü, Oyunlar nəzəriyyəsi fərdin tam sə-
mərəli olmasını inkar edir (təkmil kalkulyatordan tutmuş robot 
fərdə qədər). Bu səbəbdəndir ki, Oyunlar nəzəriyyəsi əsasında 
institutların formal modellərinin qurulması da nəzərdə tutulur. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin