ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


Eksperimental iqtisadiyyat: empirik təkzib



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə203/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

 
Eksperimental iqtisadiyyat: empirik təkzib 
Aşağıdakı nisbi tənqidi dəlillər, gündəlik davranış norma-
ları eksperiment üçün zəruridir. Onlar məqsədəuyğun istiqa-
mətləndirilmiş səmərəli seçim modelinin empirik yoxlanılması 
üçün zəruridir. Eksperimentin özü isə gündəlik davranış nor-
ması kimi gündəlik eksperimentlə əlaqədardır və onun məqsədi 
rasional seçim modelini empirik yoxlamadan keçirməkdir.
Eksperimental iqtisadiyyat elmin müəyyən bir sahəsində 
formalaşmışdır. Eksperimental iqtisadiyyat nəzəriyyənin ge-
niş spektrli nəticələrini yoxlayır-nəzəriyyədən başlamış sahələr 
bazarına qədər. 
Biz isə rasional seçim modelinə aidiyyəti olan tərəflərin 
təhlili üzərində dayanaq. 
Beləliklə, bazar şəraitində səmərəli seçim tələb edir ki, 
fərdlər hadisələrin inkişafını öz məqsədlərinə uyğun şəkildə 
izah etsinlər. Bu zaman onlar elə variantlar seçirlər ki, o va-
riantlar onlara gözlənilən faydanı gətirir. Riyazi yolla fayda-
lılığın maksimum gözlənilməsini aşağıdakı formula ilə ifadə 
edə bilərik: 
max EU= pU(A) + (1−p) U(B) 
Burada: 
EU – gözlənilən faydalılıq; 
p – A hadisənin ehtimalı; 
(1−p) – B hadisənin ehtimalı; 
U(A) – A hadisəsinin baş verdiyi zaman fərdin fayda-
lılığı;
U(B) – B hadisəsinin baş verdiyi zaman fərdin fayda-
lılığı. 
Gözlənilən faydalılığın maksimumlaşdırılması fərddən 
tələb edir ki, o qabiliyyətli olsun, hadisələr inandırıcı və onların
birgə gəlişi ehtimalı düzgün olsun. Lakin laboratoriya təcrübə-
ləri göstərir ki, fərdlərin qabiliyyəti adətən hadisələri qiymət-


318 
ləndirəndə və onları hesablayanda ehtimal çox məhduddur. Bu 
məhdudluq xüsusilə aşağıdakı hədlərlə izah olunur.: 
1)
Hər şeydən əvvəl, hadisələr baş verdikdən sonra fərd-
lər öz ehtimallarına verdikləri qiyməti yoxlamırlar. Məsələn, 
onlar inandırıcı surətdə gözləyirlər ki, A hadisəsinin baş ver-
məsi o deməkdir ki, hadisə 80% baş verəcəkdir. 
2)
Ehtimalcasına hadisələrin və onların qiymətləndiril-
məsi artıq bir çox təcrübənin yayılmış nəticəsidir. Nə qədər ha-
disələrin yeniliyi çox olarsa, bir o qədər səhvlərin artması 
ehtimalı da çoxalar. 
3)
Bu və ya başqa bir hadisənin qiymətləndirilməsi ehti-
malı onun "nümayəndəsinin" funksiyasıdır, yəni hadisənin ehti-
malı digər hadisələrin dərəcəsi ilə uyğundurmu, aydındırmı və 
ya onun yadda qalan elementləri əsasında digər hadisələrin 
xarakteristikası verilir. 
4)
Ehtimalın qiymətləndirilməsi hər şeydən əvvəl ob-
yektiv deyil, subyektiv xarakter daşımır, onlar özbaşına opti-
mizmə və ya pessimizmə əsaslanır. 
5)
Fərdlər onların fəaliyyətindən asılı olmayan hadisələri 
qiymətləndirirlər, guya bu hadisələrə onlar təsir edə bilərlər, 
yəni onların gəlişi ehtimalını dəyişmək olar. 
Hadisələrin ehtimal qiymətlərinin mexanizminə baxaq. 
Bu sahədə əlverişli variant 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin