312
Digər tərəfdən isə fərdlər öz kontragentlərinə qarşı düzgün
fikirlər irəli sürə bilmirlər.
Yuxarıda qeyd etdiklərimizlə əlaqədar olaraq razılaşma-
ların nisbətini aşağıdakı variantlar daxilində təhlil etmək olar:
1)
Ekspansiya-razılaşmaların nisbətidir. Ekspansiyada
qarşılıqlı təşkilatın fəaliyyəti başqa bir sferada fəaliyyət göstə-
rib sonradan razılıqların normaları əsasında həmin sferaya qa-
yıdırlar. Məsələn, siyasi sfera siyasi bazara çevrilə bilər. Belə
bir şəraitdə vətəndaş normaları üzrə razılaşmalar bazar nor-
maları vasitəsilə sıxışdırılır. Qeyd edək ki, bazar razılaşmaları
çox qorxuludur. Bazar razılaşmalarının ekspansiyası cəmiy-
yətin sabit inkişafını pozur, cəmiyyətin sərvətini qeyri-bərabər
bölür, onun özünü isə siyasi hakimiyyətin istifadə edəcəyi
amillərə çevirir.
2)
Təmas-eyni qarşılıqlı fəaliyyət göstərən sazişlər
nisbəti ola bilsin ki, bir-birini inkar edən normalar əsasında
həyata keçirilir.
Klassik misal olaraq qan verməni (donor) göstərək ki,
bunu da ilkin olaraq K.Errou tədqiq etmişdir. Adətən qan ya
pula görə verilir, ya da bazar əlaqələri bunu tələb edir. Qan pul-
suz da verilir: bunun səbəbi əhalinin həmrəyliyidir. Belə bir
vəziyyət onunla əlaqədardır ki, qan vermək üçün fərdlərin
qarşılıqlı münasibəti yoxdur, digər tərəfdən isə fərdlər arasında
qan vermək üçün qeyri-müəyyənlik mövcuddur.
Qan verməni aşağıdakı model vasitəsilə daha aydın gös-
tərmək olar (bax: cədvəl 3):
Dostları ilə paylaş: