316
uyğun deyildir. Ancaq fərdlərin özü səmərəli seçim modeli ilə
məhdudlaşmırlar. Bununla belə onlar digərlərinin davranışını
özləri üçün, özlərinin davranışını digərləri üçün izah edirlər.
Biz çalışacağıq ki, səmərəliliyin "elmi" və "gündəlik" mə-
nalarının sərhədlərini müəyyən edək. Belə fərz edək ki, sonun-
cu, yəni “gündəlik” səmərəlilik fərdin davranış modelidir.
Digər bir sosioloq olan
Harold Harfinkel göstərir ki, sə-
mərəliliyin norma və model kimi aralarında olan fərqi
müəyyən
etmək üçün səmərəli fəaliyyətin aşağıdakı klassifikasiyalı
ünsürlərindən (elementlərindən) istifadə etmək lazımdır.
1)
Tipləşdirmək və hadisənin müqayisəsi;
2)
Tipologiyanı quran zaman buraxılacaq səhvləri müəy-
yən etmək;
3)
Məqsədə nail olmaq üçün vəsaitlərin axtarılması;
4)
Fəaliyyətin alternativ planının və baş verəcək nəticə-
lərinin təhlili;
5)
Hər bir alternativin reallaşdırılması
üçün şəraitin
müəyyən edilməsi;
6)
Son qərarın qəbul edilməsi üçün vaxtın müəyyən edil-
məsi;
7)
Hadisələrin inkişafının qabaqcadan deyilməsi;
8)
Qərar qəbul etmək üçün əməliyyatların müəyyən
edilməsi;
9)
Yığılmış təcrübə və informasiya əsasında seçimin
həyata keçirilməsi;
10)
Seçilmiş məqsədə və formal
məntiqin prinsiplərinə
uyğun olaraq məqsədə çatmaq;
11)
Qərarların qəbul olunmuş semantik dəqiqliyinə çat-
maq və ümumi qəbul olunmuş terminlərdən istifadə etmək;
12)
Qəbul olunmuş qərarların
dəqiqliyinə və birməna-
lılığa nail olmaq;
13)
Elmi biliklərə uyğun situasiyaların uyğun olan təri-
fini vermək.