ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə201/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Cədvəl 3. 
B-müşahidə edən 
A-qanvermə 
(donor) 
Bazar 
razılığı 
Vətəndaş razılığı 
Qan satmaq 
"Realçı" 
"Opportunist" 
Qanı pulsuz vermək "Sadəlövhlük" 
"Həmrəylik" 


313 
Qarşılıqlı fəaliyyətdə müəyyənlik onunla izah olunur ki, 
qan verən və nəzarətçi eyni bir razılaşmanın tərkibindədir.
"Başa düşməmək" və "qeyri-müəyyənlik" rənglənmiş kvadrat-
lardadır. 
3)
Uzlaşma (kompromis) - uzlaşmanın nisbətidir. Uzlaş-
manın nisbətində sintetik normalar meydana çıxır. Bu sintetik 
normalar müxtəlif razılıqlar arasında olan ziddiyyətləri aradan 
qaldırır. Məsələn, hər-hansı reklam cəmiyyəti çalışır ki, uzlaş-
maya gedərək bazar razılaşmaları ilə ictimaiyyət arasında olan 
ziddiyyətləri tapsın. Başqa bir misal göstərək: iki razılaşma 
arasında olan uzlaşma zamanı fərd öz istehlakı zamanı nüma-
yişcəsinə əmtəələrin istehlakı üçün lazım olan əmtəələrdən və 
xidmətlərdən əldə ediləcək maksimumlaşmadan deyil, tələb 
faktına ediləcək hörməti maksimumlaşdırırlar. 
Qeyd etdiklərimizi cəmləşdirərək belə bir nəticəyə gələ 
bilərik ki, normalar səmərəli seçim məqsədilə institusional 
məhdudluğunun əsasını təşkil edir. Normalara səmərəli seçimin 
ilkin şərti və nəticəsi kimi baxmaq lazımdır. Başqa sözlə desək, 
səmərəli seçimə müəyyən normalar daxilində baxmaq lazımdır. 
Əgər o yoxdursa ən adi bazar transaksiyaları qeyri-mümkün 
olur.
Səmərəlilik davranış normalarıdır 
Səmərəli seçim modeli ilə davranış modeli normalarına 
istiqamətləndirilmiş ideyalar bir-birinə ziddiyyət təşkil etmir-
lər. Məhz normalara riayət etmək səmərəli seçim üçün şərt ya-
radır. Lakin əks tezisin əsaslandırılması hələlik həll olunma-
mışdır. Belə bir sual meydana çıxır: rasional seçim prosedurası 
xüsusi davranış normasıdır? Bu prosedura fərdin özünün fəa-
liyyətini şərh edə bilərmi? A fərdi öz biliyi ilə müəyyən edə bi-
lərmi ki, B fərdi səmərəlidir? Onların birgə hərəkəti dərk edilir-
mi? B fərdi öz məqsədinə çatmaq üçün ondan istifadə edə-
cəkmi? 


314 
Göstərilən suallara cavab vermək üçün M.Veberin sosial 
tipologiya bölgüsünə müraciət edək M.Veber davranışın dörd 
ideal tipini ayırır: 
1)
Məqsədəuyğun davranış. Burada qarşıya qoyulan 
məqsədə çatmaq üçün ətraflı düşünülmüş şərait və vasitələr tə-
ləb olunur. 
2)
Qeyri-səmərəli davranış. Burada əsasən xaricdən ve-
rilmiş məqsədə çatmaq üçün şəraitdən istifadə etmək lazımdır. 
Əsas məqsəd dini, estetik, ideoloji cəhətlərin müəyyən olun-
masıdır. 
3)
Ənənəvi davranış. Burada məqsəd və vəsaitlər xaric-
dən verilmişdir. Bu amillər ənənəvi xarakter daşıyırlar. Ənənə-
vi davranışa nail olmaq üçün uzunmüddət adət və ənənələrə
uyğunlaşmaq lazımdır. 
4)
Süni davranış. Süni davranışda məqsəd və vəsaitlər 
verilmir. Davranışlar fərdin özünü emosional aparmasından, 
onun duyğularından və hisslərindən asılıdır. 
Yuxarıda biz qeyd etmişdik ki, bazarda davranış qarşılıqlı 
səmərə əsasında həyata keçirilir. Məqsədəuyğun səmərəli dav-
ranış digər insanların davranışını da gözləyir. Ancaq bu şərt da-
xilində məqsədə nail olmaq üçün ondan istifadə edilir. Gözlə-
mələr anlayışlara, izahatlara və ətrafdakı adamların təklifinə 
əsaslanır. Əhatə edənlərin səmərəli davranışı kömək edir ki, 
həqiqətən onların istədiklərini izah etmək və anlamaq olsun. 
Adi səviyyədə belə təklif daima axtarış forması alır və belə bir 
suala cavab verməyi ön plana keçirir. "Bu kimin üçün əlveriş-
lidir"? və "Bu insanın mənafeyi kimin xeyrinədir"? Həbsxa-
nadakıların “ikili (dilemma)” situasiyası belə digər normalar 
üçün qəbul olunmur. Güman etmək olar ki, səmərəli davranış 
kömək edir ki, iki məhbus öz təqsirlərini uzlaşdırsın və 
nəticədə onların işi yüngülləşin və ya həbs vaxtı minimuma en-
dirilsin. Məhbusların “dilemmasının” səmərəli həlli elə bir 
forma alır ki, hər iki məhbus təqsirnamə strategiyası olan "diş-
dişə" formulunu alır. Bu o vaxt real ola bilər ki, iştirakçıların 


315 
tam səmərəliliyi baş versin. Qarşılıqlı fəaliyyətin normalar da-
xilində səmərəli fəaliyyət modeli kimi istifadə olunması bir çox 
çətinliklər və məhdudiyyətlərlə əlaqədardır. 
Səmərəliliyin dəqiqliyinin davranış normaları baxımından 
izahı üçün gətirilən dəlillər sosiologiya, eksperimental iqtisa-
diyyat tərəfindən formalaşdırılmışdır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin