309
Belə bir hadisə daxilində ən əlverişli variant ondan ibarət-
dir ki, hər iki cinayətkar cinayətlərini boyunlarına alsınlar. La-
kin burada ən optimal variant hər iki şəxsin cinayəti inkar et-
məsidir. Burada qeyri-müəyyənlikdən qaçma elə bir şəraitdə
ola bilər ki, hər iki cinayətkar özünü eyni norma daxilində
apara bilsin, yəni təqsirini inkar etsin. Əgər birinci cinayətkar-
da baş verən hadisənin olmamasına inam yaranarsa, onda o za-
man ikinci cinayətkar da cinayəti inkar etmək stimulu (həvəsi)
yaranacaqdır. Qarşılıqlı ümid zəmanət verir ki, eyni normalar
tətbiq edilsin. Məsələn, Siciliya mafiyasının üzvləri üçün “ikili-
lik” mövcud deyildir. Çünki onlar bilir ki, şübhəli olan ikinci
şəxs hökmən həmin normalar daxilində həbs olunacaqdır. Belə-
liklə, normaların qəbul olunması qarşıya qoyulan səmərəli
məqsədə nail olmaq imkanı yaradır və eyni zamanda mümkün
zərəri minimuma endirir.
İqtisadi imperializm əsasında normaların təbiətinin izah
edilməsi razılıq iqtisadiyyatını ictimai seçim nəzəriyyəsindən
fərqləndirir. Normaların təbiətini sosiologiya və germenevtika
əsasında izah etmək dolaşıqlığa gətirib çıxarır. Razılıq iqtisa-
diyyatı təkcə hüququ və formal surətdə qeydə alınmış normala-
rı tədqiq etmir, o məcmuu qeyri-normal razılıq sahələrini də
tədqiq edir. Digər tərəfdən məcmuu qeyri-formal normalar
oyunlar nəzəriyyəsinin əsasını təşkil edir. Bunun əsasında
insanlar arasında olan bu və ya digər fəaliyyət həyata keçirilir.
Deməli, razılıq iqtisadiyyatının universal bazar normalarının
davranışı əvəzinə koordinasiya formalarının məcmuu,
razılıqların cəmi ön plana keçir.
Dostları ilə paylaş: