305
mürəkkəb hesablamalara əsaslansın. Məhz buna görə də iqti-
sadçılar fərdlərin seçimini institusional məhdudiyyət kimi inkar
edirlər, ya da çalışırlar ki, normalara səmərəli izahat versinlər,
daha dəqiq desək normalara iqtisadçılar davranış determinan-
tının kənardan verilmiş bir amil kimi deyil, şüurlu seçimin nəti-
cəsi kimi baxırlar.
Biz yuxarıda normaların təbiətini təhlil etmək məqsədilə
"iqtisadi" və "sosial" yanaşmalardan istifadə etmişik. Bununla
yanaşı müəyyən etmək lazımdır ki, metodoloji individualizmi
və institusionalizmin determinantını müəyyən edən hansı ya-
naşma daha çox uyğun gəlir. İnstitusional nəzəriyyəyə görə
birinci yanaşma ictimai seçim nəzəriyyəsinin əsasında dayanır.
İkinci institusional nəzəriyyə normaları-razılıq iqtisadiyyatını
təhlil edir. Razılıq iqtisadiyyatı metodoloji individualizm ilə
institusional determinizmin arasında razılaşma (kompromis)
iqtisadiyyatı axtararkən meydana çıxan bir cərəyandır.
Hər iki nəzəriyyəyə diqqət yetirək:
Dostları ilə paylaş: