ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva


Metodoloji individualizm nədir?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə193/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   189   190   191   192   193   194   195   196   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Metodoloji individualizm nədir?
Metodoloji individualizm institutları, çərçivə daxilində 
mövcud olan fərdlərin tələbatını öyrənir. Bu çərçivə daxili 
fərdlər müxtəlif sferalarda strukturları təşkil edirlər. Metodoloji 
fərdiçiliyə görə fərdlər birinci, institutlar isə ikincidir. 
"Köhnə" institusionalizm isə xolizm metodundan istifadə 
edir. Xolizm metodologiyasına görə çıxış nöqtəsi kimi 


296 
tədqiqatlarda fərdlərin əvəzinə institutlar təhlil edilir. Başqa 
sözlə desək, fərdin xarakteristikası institutlardan çıxarılır. 
Burada institutlar birinci, fərdlər isə ikincidir. 
“Köhnə” institusionalizmə daha geniş cavab vermək üçün 
bu elmi istiqamətin bəzi nümayəndələrinin fikirlərinə diqqət 
yetirək. Bu sahədə
K. Marksın, T. Veblenin, K. Polanın və
C. Helbreytin 
xidmətlərini xüsusi qeyd etməliyik. 
K.Marks
"Kapital" (1867) əsərində xolizm metodundan 
və institusional determinizmdən geniş istifadə etmişdir. Bu 
baxımdan K.Makrsın fabrik və ilkin kapital yığımı haqqında 
olan nəzəriyyələri daha səciyyəvidir. Öz təhlilində K. Marks 
maşınlı istehsalın meydana gəlməsini və onun istehsal prosesi 
və mübadiləyə nə cür təşkilati təsir etdiyini qeyd etmişdir. 
K.Marks göstərirdi ki, kapitalist ilə muzdlu əmək arasında olan 
münasibətlər sistemi təşkilati formanı təşkil edir və əmək 
bölgüsü forması alır:
təbii əmək bölgüsü

kooperasiya

manufaktura və 
mütləq izafi dəyər

istehsalı

hissə fəhləsinin meydana 
gəlməsi 

maşınların yaranması 

fabrik 

nisbi izafi dəyər 
istehsalı. 
Əgər biz ilkin kapital yığımının mahiyyətinə varsaq görə-
rik ki, bu tarixi prosesdə institusionalizm ünsürləri müşayiət 
olunur. Daha dəqiq desək, ilkin kapital yığımında institu-
sionalizm variantlarından olan determinizm, yəni leqal deter-
minizm vardır. VII və VIII əsrlərdə Krak Genrix və I Kral 
qanunverici aktlar qəbul etmişlər. Bu qərarlara görə ictimai və 
kilsə torpaqları qəsb edilmişdir. Digər tərəfdən dilənçiliyə qar-
şı, əməkhaqqının artırılmaması barədə qərar verilmişdir. Bu 
proseslərin nəticəsində muzdlu əmək bazarı və kapitalistcəsinə 
muzdlu sistem yaranmağa başladı. Göstərdiyimiz bu fikirləri 
Karl Polani də etdirirdi. Polaninin fikrincə dövlətin iqtisa-
diyyata nüfuz etməsi resurs bazarlarının və əmək bazarının 
yaranmasına səbəb olmuşdur.


297 
Məlumdur ki, dövlətin müdaxiləsi nəticəsində Qərbi Av-
ropada kütləvi surətdə daxili bazar yaranmağa başladı. Bu ba-
zarın yaranması lokal bazarların təbii təkamülünün nəticəsi de-
yildir. Belə bir təhlil ilk növbədə ona görə maraqlıdır ki, lokal 
və mərkəzləşdirilmiş qiymətqoyma arasında dərin ziddiyyət 
vardır.
T.Veblen
özünün "Təbii siniflər nəzəriyyəsi" (1899) kita-
bında xolizm metodologiyasının tətbiqini verir və bunun 
əsasında vərdişin rolunu təhlil edir. T. Veblenə görə vərdiş 
institutlardan biridir, fərdin bazarda, siyasi sferada, ailədə olan 
davranışını öyrənir. T.Veblen müasir insanları onların çox 
qədim vərdişləri ilə bağlayır, onların bir-biri ilə rəqib olduğunu 
təbliğ edir. Fərdlərin bazarda özlərini aparmalarını qədim 
vərdişlə - rəqabətlə (rəqib) əlaqələndirir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin