ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə189/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Sxem 14.1. 
“Ictimai” hüquq
Əldə edilən, mədəniyyət 
tərəfindən verilən qaydalar
Hökumətinfəaliyyətini 
məhdudlaşdıran 
qaydalar 
Dövlətin daxili 
təşkilinin qaydaları 
Daxili təşkilati 
qaydalar 
Xarici davranış 
qaydaları 
Qeyri-dövlət təşki-
latları üçün 
qaydalar 
Fərdi davranış 
qaydaları 
“Xüsusi” hüquq
Formal sosial qaydalar (qanun 
tərəfindən qəbul edilən, hüquqi 
baxımdan tətbiq olunan qaydalar) 
Sosial qaydalar 
Qeyri-formal sosial qayda-
lar (adətlər, ənənələr və s. 
Şəxsi qaydalar
İrsi, genetik keçən 
qaydalar 
Davranış qaydaları 


283 
Göstərdiyimiz sxem ilə müqayisədə real həyat daha zən-
gindir. Çünki qaydalar dinamikdir, onlar daima meydana gəlir, 
aradan çıxır və nəticədə məhv olur. Eyni zamanda, qaydalar 
durğunluq şəraitində də olmur. Məsələn, qeyri-formal sosial 
qaydalar hüquqda formallaşır və təsbit olunur (bərkidilir), 
sanksiyalar vasitəsilə təsbitolunmayan formal qaydalar qeyri-
normal transformasiyalarda təsbitləşir və s.
Qaydaları pozanlar üçün cəza sistemləri nəzərdə tutulur. 
Lakin "cəzaların dilemması" meydana çıxır: qanuna riayət edən 
belə bir ictimai neməti cəmiyyətdə "antinemət" kimi istehsal 
etmək cəzası tətbiq etmək lazım gəlir. Cəza vermək xərcləri iki 
elementi özündə əks etdirir: qaydaları pozanların aşkar edilmə-
si və qaydaları pozanların cəza xərcləri. Bir çox alimlər, o cüm-
lədən C.Byukenen qanunu pozanlar üçün çəkilən xərcləri 
"antinemət" kimi götürür.
Qeyd edək ki, cəza həmişə axırda verilir. Əslində cəza 
qabaqcadan verilməlidir. Məlumdur ki, heç bir cəza yol verilən 
qəzanı ödəmir. Lakin C.Byukenenin fikrincə, cəza hökmən 
tətbiq edilməlidir. Cəzanın tətbiq edilməsi gələcəkdə ola bilə-
cək qəzaların qarşısını ala bilər. Bu məqsədlə səmərəli siyasi 
rejim tətbiq edilməlidir ki, hüquq müdafiə sistemi orqanlarının
təsiri güclü olsun. Göstərdiyimiz ideya sosial bazar təsərrüfat-
larının yaradılması üçün çıxış nöqtəsi kimi qəbul edilə bilər.
Qeyd edək ki, Alman iqtisadi məktəbinin "Qaydalar nəzə-
riyyəsi" və Amerika neoinstitusional iqtisadiyyat cərəyanları 
mövcuddur. Onların ümumi cəhətləri vardır. 
Sosial bazar təsərrüfatı konsepsiyası ölkədə olan hərc-
mərclik əsasında formalaşmışdı. Bu zaman köhnə "mərkəzi 
idarəetmə təsərrüfatı" dağılırdı, "mübadilə təsərrüfatı" hərc-
mərcliyi və "qara bazarı" inkişaf etdirirdi. Almaniya öz ərazisi-
nin yarısını itirmişdi. Ölkəni ayağa qaldırmaq üçün yeni qayda-
ların tətbiq olunması zəruri idi. Belə ki, keçən əsrin 30-40-cı 
illərində "yeni qaydalar nəzəriyyəsi" işlənib hazırlandı və bu 


284 
da Almaniyada sosial bazar təsərrüfatının inkişafının 
metodoloji əsasını təşkil etdi. 
ABŞ-da isə keçən əsrin 60-cı illərində neoinstitusional iq-
tisadiyyatı və "kütləvi istehlak cəmiyyəti" yaranmışdı. Bu za-
man Amerikanın bir qrup utopik konservativ iqtisadçı alimləri 
praktiki olaraq C.M.Keynsin tənzimləmə nəzəriyyəsinə qarşı 
çıxırdılar. Akademik nümayəndələr qrupu isə bazar təsərrüfatı-
nı tənqid edən fundamental ideyalar formalaşdırmışdılar, yəni 
bazar təsərrüfatının oyun qaydalarını yaratmışdılar. Bu akade-
mik nümayəndələr qrupu tələb edirdilər ki, bu oyun qaydaları 
Konstitusiya vasitəsilə təsbit olunsun. Neoinstitusional nəzə-
riyyənin müdafiəçiləri iddia edirdi ki, əgər bu oyun qaydaları 
reallaşarsa onda cəmiyyət bürokratiyanın təsirindən, "kütləvi 
surətdə siyasi renta" axtaranlardan azad olacaqdır. 
Hər iki nəzəriyyənin paradoksal səslənsə də, dərin kökləri 
vardır. Bu nəzəriyyələrə görə dövlət birbaşa iqtisadiyyatı tən-
zimləməməlidir. Dövlət iqtisadiyyata dolayı yolla, institusional 
struktur vasitəsilə nüfuz etməlidir. Mahiyyət etibarilə bu 
nəzəriyyələr liberal xarakter daşıyır. Bu isə ənənəvi liberalizm 
olmayıb yeni liberalizmdir. Neoklassiklərdən fərqli olaraq 
neoliberallar mikromodelin son kəmiyyətinə deyil, müvazinətli 
modelə üstünlük verirdilər. İnstitusionalistlər müvazinətliliyin 
üstünlüyü şərtini kəmiyyət tərəfindən deyil, keyfiyyət tərəfin-
dən şərh edirlər. Yeni nəzəriyyə klassik leberalizmin ənənələri-
ni davam etdirir. Bununla belə onlar fərdi azadlığı və xüsusi 
mülkiyyəti müdafiə edirlər. Lakin XVIII-XIX əsrin klassik 
liberalizmindən fərqli olaraq yeni liberallar dövlətin iqtisadiy-
yata nüfuz etməsinin tərəfdarları idilər. Bu problemə onlar 
C.Keynsdən fərqli olaraq başqa don geyindirirdilər. Yeni nəzə-
riyyəçilərə görə, dövlət ekspansionistcəsinə "effektiv tələb" ya-
ratmalı deyildi. Onların fikrincə, elə bir institusionalist mexa-
nizm yaranmalıdır ki, bu mexanizm rəqabəti və mənfəətin artı-
rılmasını stimullaşdırsın. Bu prinsipin həyata keçirilməsi üçün 
ciddi hüququ normalar müəyyən edilməlidir, bu hüququ nor-


285 
malar təsərrüfatın inhisarçılığını məhdudlaşdırmalıdır, "düzgün 
olmayan rəqabəti" aradan qaldırmalıdır. 
"Qaydalar nəzəriyyəsi" və neoinstitusionalizm iqtisadiy-
yatı elə bir təlimdir ki, onların tədqiqat obyektinə insan, onun 
azadlığı, sosial müdafiəsi, iqtisadi baxımdan səmərəli olan, 
daxili stimullar əsasında dayanaqlı inkişaf edən cəmiyyət 
daxildir. 
Belə bir cəhəti də qeyd edək ki, hər iki nəzəriyyə çalışır 
ki, dövlətin bazara olan təsiri azalsın. Qorxulu cəhət ondan iba-
rətdir ki, dövlətə söykənərək oyun qaydalarını və onlara 
nəzarəti cəmiyyətə "bağlamasınlar". Keçid dövründə ənənəvi 
institutlar dəyişdirilir, onların əvəzinə yeni oyun qaydaları 
yaranır, dövlətin rolu isə getdikcə güclənir. Keçid iqtisadiyyatı 
şəraitində neoinstitusionalistlər "bazar qaydalarını minimum 
siyasiləşdirmək" istəyir və bu prosesi həmin dövrdə həyata 
keçiriləcək islahatların əsas şərti hesab edirlər. 
Hər bir elm öz spesifikliyinə uyğun olaraq müəyyən sahə-
lərə tətbiq edilir və bunun da hədləri mövcuddur. Məlumdur ki, 
insanlar öz tələbatlarını ödəmək məqsədilə məhdud resurs-
lardan, yəni seçim üsulundan istifadə edirlər. Bu o deməkdir ki, 
insanlar seçim üsulundan istifadə edərkən müxtəlif hadisələrlə 
üzləşir və bu hadisələrin hansı xarakterdə olacağını qabaqcadan 
müəyyən edirlər. Lakin iqtisadi nəzəriyyə elminin məqsədi 
ondan ibarətdir ki, fərdlərin özlərini seçim üsulundan istifadə 
edərkən necə aparacaqlarını, onların hansı hadisələrlə qarşılaşa 
biləcəklərini bu və ya başqa mənada elmə uyğun olaraq şərh 
edə bilsin. Seçimin mövzusu, onun həyata keçirilməsinin xarici 
mühiti, seçimin həyata keçirilə biləcək tarixi dövrlər xüsusi 
əhəmiyyət kəsb etmir. Bu məqsədlə qeyd edə bilərik ki, 
neoklassiklərin analitik modeli öz sabitliyini saxlayır. Digər 
tərəfdən klassik iqtisadi nəzəriyyənin universallığını şübhə 
altına alanlar da var. Məsələn, C.M.Keyns belə bir fikir irəli 
sürürdü ki, klassik nəzəriyyənin tətbiqi ümumi hallar üçün 
özünü doğrultmur. Bu nəzəriyyə xüsusi hallar üçün daha əda-


286 
lətlidir. Klassik nəzəriyyə tam məşğulluq şəraiti üçün faydalıdır 
və bazar münasibətləri resursların tam məşğulluğundan uzaq-
laşdıqca öz əhəmiyyətini itirir. 
Seçim prosesi zamanı fərd istəyir ki, neoklassik model 
tam informasiyaya malik olsun. Buna avtomatik nail olunurmu 
və ya bu həmişə həyata keçirilirmi? Neoklassik nəzəriyyə
postulatlarının birində göstərilir ki, bazarın vəziyyəti haqqında 
olan bütün informasiyalar qiymətdə cəmlənmişdir, müvazinətli 
qiymətlər haqqında informasiyaya malik olan hər bir fərd öz
mənafeyi çərçivəsində mübadiləyə (sövdələşməyə) daxil olur. 
L.Valrasın fikrincə məcmu tələb və məcmu təklif haqqında 
alınan informasiya əsasında bazarda mövcud olan hərraclar alı-
cılardan və satıcılardan "sifarişlər" qəbul edirlər. Lakin XX 
əsrin 30-cu illərində görkəmli polyak alimi Oskar Lange bazar 
sosializmi modelində yazırdı ki, hərracın funksiyasını ən yaxşı 
halda planlı orqanlar, mərkəzləşdirilmiş plan təşkilatları yerinə 
yetirə bilər. Oskar Langenin irəli sürdüyü fikrin mənası ondan 
ibarət idi ki, o planlı orqanların mövcud olmasını neoklassik 
bazar modelinin fəaliyyəti ilə əlaqələndirirdi. 
Mərkəzləşdirilmiş sosialist qiymətqoymasının alternativ 
lokal xarakterli bazar modeli ola bilər. Bir qrup şəxslər tərə-
findən sövdələşmə məhdudlaşarsa və ya müəyyən ərazi tam 
informasiya ilə təmin olunursa, o zaman sövdələşmə haqqında 
planlaşma və bazarda olan sövdələşmə haqqında tam infor-
masiya ola bilər.
Lokal bazara misal olaraq orta əsrlərdəki yarmarkaları 
göstərmək olar. İştirak edənlərin dairəsi və onların məhdud 
miqdarı bütün satıcılara bazarda olan hadisələr haqqında, bu 
hadisələrin dəyişməsi barədə inandırıcı informasiyalar verirlər. 
Sövdələşmə haqqında satıcılar belə informasiyaya malik deyil-
lərsə, onların şəxsiyyəti, adları, şöhrətləri bir-birini aldatmağa 
yol vermir. Müasir birjalar və ayrı-ayrı bazarlar lokal bazarlar 
əsasında fəaliyyət göstərir. Belə bazarlarda sövdələşmələr 
dünya bazarı və milli bazarlar əsasında həyata keçirilir. Lakin 


287 
iştirak edənlərin sayı məhduddur. Bazarda söhbət satıcıların 
birliyindən gedir. Həmin satıcılar öz şəxsi adlarına (reputasiya) 
əsaslanırlar. Yuxarıda qeyd etdiklərimizi cəmləşdirərək aşağı-
dakı nəticəyə gələ bilərik: informasiyanın tamlığına o zaman 
nail olmaq olar ki, qiymətlərin mərkəzləşdirilmiş qaydada mey-
dana gəlməsi və ya lokal bazar mövcud olsun. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin