275
MÖVZU 14. İNSTİTUSİONAL-SOSİOLOJİ İSTİQAMƏT 1. İnstitusional iqtisadiyyatın yaranması, inkişafı və tətbiqi parametrləri 2. Normalar institutlarının baza elementləridir 3. İctimai seçim nəzəriyyəsi: normalar səmərəli seçimin nəticəsidir 4. Razılıq iqtisadiyyatı: normalar səmərəli davranı- şın ilkin şərtidi İnstitusional iqtisadiyyatın yaranması, inkişafı və tətbiqi parametrləri Son illər dünyada institusional iqtisadi nəzəriyyə və insti-
tusionalizmə, xüsusən də onun yeni cərəyanlarına ciddi maraq
göstərilir. Bu da əsasən “İqtisadi nəzəriyyə” elminə xas olan
bəzi müddəalardakı məhdudiyyətləri (məsələn, tam rasionallıq,
mütləq məlumata malik olma, təkmil rəqabət, qiymət tarazlığı
aksiomları və sair) aşaraq, müasir iqtisadi (və qeyri-iqtisadi)
proseslərin kompleks (ETİ-nin müasir nailiyyətlərindən istifadə
etməklə) təhlil olunması zərurətindən doğur.
İnstitusionalizm iqtisadi inkişafda diqqəti sosial təsisat-
ların roluna yönəldən nəzəriyyələrin məcmusudur. Başqa sözlə,
iqtisadi qərarların qəbul edilməsi və yönəldilməsi sahəsində
təsisatların oynadığı rola əsasən diqqət yetirən iqtisadi fikir
istiqamətidir.
İnstitusionalizmin iki əsas qolu mövcuddur: a) ənənəvi və
ya köhnə institusionalizm; b) yeni institusionalizm və ya
neoinstitusionalizm.
Dar mənada “ənənəvi institusionalizm” dedikdə XX əsrin
birinci yarısında amerikalı institusionalistləri (banisi T.Veblen-
dir), geniş mənada iqtisadi fikrin institusional cərəyanını,
həmçinin alman neoliberalizmini (M.Veber, V.Zombart, V.Oy-
276
ken) də aid etmək olar. Ənənəvi institusionalizm kifayət qədər
fərqli konsepsiyaların məcmusudur. Onların arasında aşağıdakı
konsepsiyalar daha məşhurdur: “postindustrial cəmiyyət” və ya
informasiya cəmiyyəti nəzəriyyəsi