291
daşıyır. Belə bir şəraitdə sərbəst informasiya mövcuddur və bu
hal bütün iştirakçılar üçün xarakterikdir və iştirakçıların hamı-
sı iqtisadi adama yaxındır.
Neoklassik modelin tətbiqi sferasının minimum azalması
ilə əlaqədar olaraq, nisbətən mühüm olan problemləri də unut-
maq olmaz. Yuxarıda göstərilən tələb bir-biri üçün ziddiyyət
təşkil edir. Belə ki, lokal bazar modelində sövdələşmənin
iştirakçıları xeyli potensialı olan və məhdudluğu olmayanla
(təkmil rəqabət şəraitində) ziddiyyət təşkil edir. Bu hal mərkəz-
ləşdirilmiş qiymətqoyma ilə ziddiyyət təşkil etmir. Əgər biz
mərkəzləşdirilmiş qiymətqoymaya diqqət yetirsək görərik ki, o
sövdələşmə iştirakçıları arasında olan qarşılıqlı etibara zərər
yetirir. Burada əsas kimi üfüqi etibarlılıq deyil, hərraclara qarşı
şaqulu etibarlılıq əsas götürülür. Digər tərəfdən sövdələşmənin
iştirakçılarının bir-birindən minimal asılılığı empatiyanın və
interpretativ rasionalizmin normaları ilə ziddiyyət təşkil edir.
Biz kontraqent tərəfində dayanaraq nisbətən öz muxtariyyə-
timizdən və müstəqil qərar qəbul etməkdən imtina edirik. De-
məli, bazarın təşkili, bazarda insanların davranışı bir tərəfdən
neoklassik modelin tətbiqini məhdudlaşdırır, digər tərəfdən isə
onu şübhə altına alır. Yeni nəzəriyyəyə olan tələb artır. Bu elə
bir nəzəriyyə olmalıdır ki, bir tərəfdən yuxarıda göstərdiyimiz
məhdudiyyəti izah edə bilsin, digər tərəfdən isə bazar modeli
tərtib olunan zaman həmin ziddiyyəti nəzərə alsın.
Dostları ilə paylaş: