Ad: Sənan Soyad: Musayev İxtisas: Biznesin Təşkili və İdarə edilməsi (mba) Qrup: 290ma1 Fənn: Biznesin İqtisadiyyatı



Yüklə 20,25 Kb.
tarix02.01.2022
ölçüsü20,25 Kb.
#34921
əmək qanunvericiliyi sdf


Ad: Sənan

Soyad: Musayev

İxtisas: Biznesin Təşkili və İdarə edilməsi (MBA)

Qrup: 290ma1

Fənn: Biznesin İqtisadiyyatı

Mövzu: Əmək məcəlləsi

Azərbaycan Respublikası Əmək Məcəlləsi

Əmək fəaliyyəti qabiliyyətli olan hər kəs Azərbaycan Respublikası qanunları çərçivəsin özünə iş, peşə, ixtisas seçimində azaddır.

1-ci Bölüm

Azərbaycan respublikasının əmək məcəlləsi işə götürənlə işçi arasındakı hüquqları müəyyən edir. Azərbaycan respublikasının əmək məcəlləsi Azərbaycan respublikasının sərhədləri daxilində müsisələrdə, idarələrdə qurumlarda ha belə müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanan hər yerdə tətbiq edilir. Eyni zamanda bu məcəllə Azərbaycan respublikasının sərhədlərindən kənarda səfirliklərdə, beynəlxalq sularda Azərbaycan respublikasının bayrağı altında üzən gəmilərdə , konsolluqlarda çalışan şəxslərə şamil edilir. Azərbaycan respublikasının əmək məcəlləsi hərbiçilərə, hakimlərə , deputatlara bələdiyyə işçilərinə şamil edilmir. Bu məcəllə ilə əmək hüquqlarının vəzifələrinin yaranması, xitam verilməsi , müqavilələrin Müddətinin uzadılması, ləğv olunması işçinin işlədiyi vaxtın hesablanması və s bu məcəllə vasitəsilə yerinə yetirilir.

İşçilərin hüquq və vəzifələri əmək müqaviləsinə əsasən müəyyən olunur. Dövlət tərəfindən maliyyələşdirilən müəssisələrdə işçilərin yaş həddi 65 yaşa qədərdir və və bu işçilərin iş müddəti 1 ildən bir 1 il müddəti ərzində uzadıla bilər. İşə götürənin hüquq və vəzifələri əmək məcəlləsinə əsasən və işçilərlə bağlanan müqaviləyə əsasən müəyyən edilir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqları Azərbaycan respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən başqa hal nəzərdə tutulmayıbsa Azərbaycan respublikasının qanunlarına əsasən Azərbaycan respublikasının vətəndaşları ilə eynidir və bu şəxslərin əmək hüquq vətəndaşlara nisbətdə azaldıla və artırıla bilməz . Əmək münasibətlərin tənzimlənməsinə dövlətin qanun vericilik orqanları nəzarət edir.

Hər hansı yolla əmək müqaviləsində göstərilməyən işə işçinin məcbur edilərək o işi görməsi qadağandır və qanunla müəyyən olunmuş formada işə götürən cinayət məsuliyyətinə cəlb oluna bilər. Fövqəladə hallar zamanı dövlətin qanunu ilə işçini iş müddəti uzadıla vəya başqa işlər görməsinə məcbur edilə bilər . Buna dövlətin müvafiq orqanları nəzarət edir.

İşçilər öz aralarında işə götürəndən icazə almadan öz həmkarlar ittifaqlarının yarada bilər və ya həmkarlar ittifaqına üzv ola bilərlər.

2-ci bölüm

Müəssisələrdə işçilərin (həmkarlar ittifaqlarının, kollektivlərin və s.) kollektiv müqavilələr bağlamaq hüququ vardır. Eyni zamanda danışıqlar aparmaq hüququ vardır. Kollektiv müqavilələrdə tərəflər müəyyən edilir öhdəlikləri və hüquqları müəyyən edilir və digər bəndlər müəyyən olunduqdan sonra imzalana bilər. Bu müqavilələrin müddəti 1-3 il arası ola bilər. Müqavilədə ki öhdəliklərin yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən təmin edilir.

3-cü bölmə

Əmək müqavilələri sərbəst bağlanır . Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi tərəfləri (işə götürənlə işçi) müqavilə bağlanarkən onun məzmunu qanun vericiliyə uyğun müəyyənləşdirilir . Müqavilədə işçinin adı soyadı ixtisası peşəsi vəs məlumatlar qeyd olunur bundan əlavə iş vaxtı əmək haqqı vəs qeyd olunur . Əmək müqaviləsi yazılı şəkildə bağlanır . Tərəfləri istəyindən asılı olaraq müqavilə müddətli və müddətsiz olaraq imzalanır. Müqavilə imzalandığı gündən qüvvəyə minir, müddəti bitdikdə və ya tərəflərin istəyindən asılı olaraq ləğv olunur . Əmək müqaviləsi bağlanmadan əvvəl sınaq müddəti tətbiq oluna bilər işçi peşəkalıq səviyyəsinin ölçülməsi üçün .

Əmək şəraitinin təmin edilməsi üçün işə götürən işçilərə peşə adlarını,ixtisasların, şöbələrin, əməyin ödənilməsi dərəcələrini müəyyən etməlidir. Müəssisələrdə əmək şəraitin dəyişdirilməsindən qabaq işə götürən işçiləri 1 ay öncə yazılı şəkildə xəbərdar etməlidir. İşçinin işlədiyi peşənin , bölmənin, ixtisasın dəyişdirilməsi zaman bu hal işçini raılıqı ilə yerinə yetirilən bilər. Bir işçinin başqa işçini əmək fəaliyyətini yerinə yetirməsi 3 aydan çox olmayan müddətdə həvalə oluna bilər. İşçini işdən kənarlaşdırıması bu yolla baş verə bilər ki işçi müqavilədə öz üzərinə götürdüyü hüquq və öhdəlikləri yerinə yetirməzsə qanuna zidd olan vasitələrdən istifadə edərsə bu hal baş verə bilər. İşçi işdən ayrılmadan əvvəl 1 ay iş boyu qabaqcadan yazılı şəkildə bu haqda məlumat verməlidir və işdən ayrılma ərizəsi imzalamalıdır. 1 ay sonra işçi işə çıxmamaq və haq hesabların hesablanmasını tələb edə bilər.

4-cü bölmə

Tam iş vaxtı və onun müddəti – işçi ilə işə götürən arasında imzalanan müqavilədə iş vaxtı və müddəti qeyd olunur işin başlama saatı bitiş saatı və s. Gündəlik normal iş saatı səkkiz saatdan artıq ola bilməz, əgər işçi 8 saat iş vaxtından artıq çalışarsa bunun üçün əlavə haqq ödənilməlidir. Hər bir işçi dalba dal gələn 2 iş günü ərzində 4saatdan artıq ağır iş rejimi olan müəssisələrdə isə 2 saatdan artıq işləyə bilməz.

5-ci bölmə



Hər bir işçi iş saatı ərzində nahar(istirahət) fasiləsi ilə təmin edilməlidir. Bu müddət kollektiv müqavilələrdə təyin olunur və imzalanır. Hər bir işçiyə həftələr arası fasiləsiz istirahət etmək üçün müəyyən günlər verilməlidir. Dövlət tərəfindən verilən istirahət günləri zamanı bayram günləri zamanı istirahət verməlidir.

Tam 1 iş ili müddətində işçiyə 21 gündən az olmamaq şərti ilə istirahət verilməlidir. Və bu zaman işçini orta əmək haqqıdır ödənilməlidir. Qadınlar hamilə olduğu zaman onlara 126 gün doğuşdan əvvəl 70 təqvim günü, doğuşdan sonra işə 56 təqvim günü istirahət verilir.
Yüklə 20,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin