ŞƏhla məHƏMMƏd qizi rzayeva leyla zakir qizi əLİyeva



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə192/253
tarix25.12.2023
ölçüsü2,8 Kb.
#194480
növüDərs
1   ...   188   189   190   191   192   193   194   195   ...   253
Rzayeva.-qtisadi-fikir-tarixi

Sxem 14.2. 
İnstitusionalizm "ağacını" köklərdən biri qidalandırır. 
Neoklassik nəzəriyyəyə gəldikdə isə iki momentin buraya əla-
və edilməsi zəruridir. Birinci anlayış metodologiyaya aiddir və 
o metodoloji fərdiçilik (individualizm) adlanır. Bu ideyanın 
məqsədi institutları mənafelər baxımından izah etməkdir. Fərd-
lərin davranışı bu qəbildəndir, fərdlər öz hərəkətlərini koordi-
nasiya etdikləri zaman ondan istifadə edirlər. Məhz institutlar 
təhlil edilərkən çıxış nöqtəsi kimi fərd götürülür. Məsələn, döv-


295 
lətin xarakteristikası onun vətəndaşlarının mənafeyindən və 
davranış xüsusiyyətlərindən irəli gəlir. Metodoloji fərdiçiliyin 
prinsipinin davam etməsinə neoklassiklər xüsusi diqqət ye-
tirirlər. Bu xüsusi diqqət eyni zamanda institutların yaranma-
sına da aid edilir ki, buna da institutların öz-özünə törəyən tə-
kamülü də deyilir. Bu konsepsiyaya görə institutlar insanların 
fəaliyyəti nəticəsində yaranır. Burada insanların arzusu nəzərə 
alınmır. 
Uyğun olaraq "köhnə" institusionalizm xolizm metodo-
logiyasından istifadə edir. Xolizm metodologiyasına görə 
təhlildə çıxış nöqtəsi kimi fərdlər deyil, institutlar dayanırlar. 
Başqa sözlə desək, fərdlərin xarakteristikası institutların xarak-
teristikasından çıxarılır. İnstitutların özləri isə təkrar istehsal 
prosesi zamanı onların makrosəviyyədə yerinə yetirdikləri 
münasibətlər sistemi baxımından izah edilir. Bu nəzəriyyəyə 
görə vətəndaşlar öz dövlətlərini (hökumət) deyil, hökumət 
müəyyən tip vətəndaşların formalaşmasını həyata keçirir. Da-
xili səbəblərdən, yəni öz-özünə törəyən təkamül konsep-
siyasına qarşı institusional determinizm çıxış edir: institutlara 
öz-özünə inkişaf edən amillərə maneçilik törədən, "köhnə" 
institutlar isə bu prosesə sabitləşdirici amil kimi baxırlar. 
İnstitutlar keçmişdə baş verən proseslərin nəticəsidir. 
Onlar keçmişdə baş verən hadisələrin öyrənilməsinə uyğunlaş-
dırılıblar, onlar sosial inersiyanın amillərini, psixoloji inersiya-
ları öyrənirlər. 
Biz yuxarıda qeyd etmişdik ki, institusionalizm–meto-
doloji individualizmdən istifadə edir.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin