42
əkinçilik işlərini yerinə yetirirlər. Lakin onların hamısı bu işləri
öz aralarında bölüşdürərək, birlikdə görürlər və onların əməyi
sayəsində müəyyən miqdarda ərzaq əldə edilir və onda məlum
olur ki, əldə edilən məhsul onlara lazım olandan, yəni birləşmiş
adamların əməyinin kəmiyyəti işləyən adamların tələbatlarını
ödəmək üçün zəruri olan miqdardan çoxdur”.
İbn Xəldun isə öz iqtisadi təlimində kauzal yaşamaya
istinad edərək dəyər substansiyasının əsasında əməyin durdu-
ğunu əsaslandırmışdır. Lakin dəyər substansiyasını aşkar edən
İbn Xəldun yaşadığı tarixi şəraitə görə, dəyərlə qiymət arasın-
dakı fərqləri ayırd edə bilmir və burada da kəşf etdiyi dəyər qa-
nununun əsl mahiyyətindən bir qədər uzaqlaşmış olurdu.
8
Müasir əmək-dəyər nəzəriyyəsi fonunda nə qədər təəc-
cüblü görünsə də, o, bu sahədə irəli sürdüyü və öz dövrünün
ictimai-iqtisadi inkişafının faktlarına əsaslandığı bu fikirləri ilə
Aristoteldən sonra iqtisadi fikir tarixində özünəməxsus yer
tutmuş, problemin qoyuluşu və onu həll etməyə istiqamətlən-
dirdiyi tədqiqatları ilə əmək-dəyər nəzəriyyəsinin elmi yaradı-
cıları olan klassik siyasi iqtisadın baniləri A.Smit və
D.Rikardonu (XVII əsrin sonu XIX əvvəlləri) dörd yüz il qa-
baqlamışdır. Keçmiş sovet tədqiqatçıları da ötəri olsa da, dəyər
forması haqqında təlimin yaradılmasında onun xidmətlərini
qeyd etmişlər. Onların fikrincə, ilk elmi iqtisadi kateqoriyaların
yaradılması Aristotel və İbn Xəldunun adı ilə bağlıdır.
Dostları ilə paylaş: