Sosioloji indikatorlar arasında aşağıdakılar fərqləndirilir: 1) Torpaqdan istifadə sistemi (suvarılan əkinlik, dəmyə, heyvandarlıq, bitkilərin xammal məhsullarının toplanması və daşınması, turizm və s.); 2) Əhalinin yerləşmə strukturası;
3) Sosial proseslərin parametrləri.
Azərbaycanda səhralaşma problemi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, hazırda ölkəmizdə eroziyaya 3,7 milyon, şoranlaşmaya isə 1,2 milyon hektara qədər torpaq məruz qalıb. Təxminən 300 kv.km ərazi sel sularının təsirindən, 30 min hektar torpaq sahəsi isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb. Səbəblər isə çoxdur. Torpaqların ekstnesiv istifadəsi, heyvandarlığın kifayət qədər yem bazası ilə təmin olunmaması, mal-qaranın sürətlə artması səbəbindən mövcud otlaqların, meşə ərazilərinin həddən artıq otarılması səhralaşmaya səbəb olur. Bundan başqa, suvarma rejiminə düzgün riayət edilməməsi, hidrotexniki qurğuların sıradan çıxması, kimyəvi çirklənmə, şoranlaşma, eroziya proseslərinin sürətlənməsi və sel sularının təsirinin artması da səhralaşmanı yaradan əsas amillərdəndir. Nazirlik mütəxəssislərinin rəyi belədir ki, torpaqların yararsızlaşmasının əsas amillərindən biri də onların kimyəvi çirklənməyə məruz qalmasıdır. Bundan başqa, 264 min hektar meşə sahəsi erməni işğalı altındadır və həmin ərazilərin meşə fondu ermənilər tərəfindən intensiv olaraq məhv edilir. Bu da Azərbaycan ərazisində meşələrin azalmasına, səhralaşma prosesinin sürətlənməsinə səbəb olur. Azərbaycanda səhralaşma prosesi əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen amillərin təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağıntıların orta illik miqdarı 150-400 mm arasında tərəddüd edir, səthi buxarlanma yağıntının miqdarından 3-4 dəfə artıqdır. İqlim yarımsəhra və quru bozqır yarımtipinə aiddir. Səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciyyəvidir. Burada son illər əhalinin artması, ərazidə qaçqın və köçkünlərin məskunlaşması, kənd təsərrüfatı, o cümlədən heyvandarlığa olan tələbatın çoxalması, həmçinin təbii qaz və elektrik enerjisinin çatışmaması ilə əlaqədar torpaq və bitki örtüyünün ekstensiv istifadəsi nəticəsində antropogen səhralaşma prosesi güclənmişdir. Səhralaşma Abşeron yarımadasında da yüksək səviyyədədir. Səhralaşma əsasən Abşeron yarımadasında torpağın neft və neft tullantıları ilə çirklənməsi ilə əlaqədar da baş verir. Neft məhsullarının və çoxlu miqdarda buruq sularının səthə axıdılması, həm də qrunt sularının səviyyəsinin qalxmasına və torpağın təkrar şorlaşmasına səbəb olur.
Azərbaycanda səhralaşma problemi
Kür-Araz ovalığında səhralaşma prosesi Şirvan düzündə daha güclü gedir. Burada aparılan tədqiqatlar göstərir ki, bitki və torpaq örtüyünün səhrlaşamasının (və ya deqrada-siyası) istiqaməti və intensivliyini yaradan səbəblər ərazinin ekoloji şəraiti (relyefi, bitki örtüyü, torpağı) və antropogen amillərin müxtəlifliyi ilə əlaqədardır. Bu baxımdan ərazini aşağıdakı sahələrə bölmək olar:
- Kür çayı boyu tuqay meşələrinin deqradasiyası prosesi, orada olan meşələrin məhv edilməsi, hədsiz mal-qara otarılması və meşə torpaqlarından kənd təsərrüfatında istifadə edilməsi ilə əlaqədar baş vermişdir. Bu ərazidə səhralaşma quraqlaşma, bataqlaşma və bəzən şoranlaşma istiqamətində gedir.
- Regionun ovalıq hissəsində suvarılan ərazilərdə səhralaşma prosesini yaradan əsas səbəblər orada drenaj-kollektor şəbəkəsinin yaradılması və suvarma işləri ilə əlaqədardır. Bu ərazidə səhralaşma prosesi torpağın şorlaşması, şorakətləşməsi və bataqlaşması istiqamətində gedir.
- Regionun dağətəyi hissəsində səhralaşma prosesi bitki örtüyünün pozulması, məhv edilməsi, hədsiz mal-qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması ilə əlaqədardır. Bu ərazidə səhralaşma prosesi bitki örtüyünün deqradasiyası, səthi və yarğan eroziyası, suvarma aparılan sahələrdə isə irriqasiya eroziyası, bəzən şorlaşma və sürüşmə hadisəsinin yaranması istiqamətində gedir.
Səhralaşmaya qarşı mübarizə yolları
1977-ci ildə Kenyanın paytaxtı Nayrobi şəhərində BMT-nin keçirdiyi Beynəlxalq Konfransda «Səhralaşmaya qarşı mübarizə» planı qəbul olundu. Rio-de-Janeyroda (1992) keçirilən Beynəlxalq konfransda gündəliyə «XXI əsrdə səhralaşmaya və quraqlığa qarşı mübarizə» məsələsi salınaraq bütün bəşəriyyətin mühüm məsələsi müəyyən edildi. Konfransın yekun sənədində qeyd edildi ki, səhralaşmaya qarşı əsas üsullardan biri suyu saxlamağa və torpağın keyfiyyətini yüksəltməyə qadir olan ağac və bitki örtüyü yaratmaqdan ibarət olmalıdır. Səhralaşmaya qarşı hökumət aşağıdakıları etməlidir:
- Torpaqdan səmərəli istifadə haqqında milli plan qəbul etməli;
- Quraqlığa davamlı tez böyüyən yerli və digər ağac cinslərindən istifadə edərək meşə əkini proqramının həyata keçirilməsini tezləşdirmək;
- Oduncaqdan yanacaq kimi istifadə olunmasını məhdudlaşdırmaq;
- Problem üzrə monitorinq proqramını gücləndirmək.
Səhralaşma – qlobal ekoloji və sosial-iqtisadi problemdir. Bununla əlaqədar 1994-cü ildən 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya qüvvədədir. Elə həmin il Birləşmiş Millətlər Təşkilatı tərəfindən səhralaşma ilə mübarizə haqqında Konvensiya qəbul edilmişdir. Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur. Səhralaşmaya qarşı mübarizə üzrə fəaliyyələr planı (səhraların hücumuna qarşı mübarizə və 2000-ci ilə qədər səhralaşmanın qarşısının alınması üzrə əhatəli qlobal proqram) Səhralaşmaya qarşı mübarizə üzrə BMT Konfransında qəbul edilmiş və 1977-ci ildə BMT BA-nın 32-ci sessiyasında təsdiq olunmuşdur. Səhralaşmaya qarşı mübarizə planı uzunmüddətli siyasətin rəhbər prinsiplərindən ibarətdir. Səhralaşma probleminin qlobal xarakter alacağını başa düşən ekoloqlar bəşəriyyətin gələcək bəlalardan xilas edilməsi üçün təcili tədbirlərin həyata keçirilməsi tələbi ilə çıxış etdilər. Səhralaşma ilə bağlı qlobal ekoloji problemin ciddiliyi nəzərə alınaraq BMT”“nin Bas Assambleyası tərəfindən 1994”“cü ilin 17 iyun tarixi Ümumdünya Səhralaşmaya Qarşı Mübarizə Günü elan olunmuşdur.
Səhralaşmaya qarşı mübarizə yolları
Planın birbaşa məqsədi – səhralaşma prosesinin qarşısının alınması və dayandırılması və mümkün olan yerlərdə səhralaşan torpaqların məhsuldarlığını bərpa etməkdir. Son məqsədi əhalinin həyat səviyyəsinin artırılması məqsədilə, ekoloji imkanlar daxilində səhralaşmaya qarşı taqətsiz olan, arid, yarımarid və kifayət qədər rütubət çatızmamazlığına malik ərazilərin qorunması və inkişafıdır. Səhralaşmaya qarşı uğurlu müba-rizənin zəmini torpaqdan istifadənin yaxşılaşdırılmasıdır. Plana aşağıdakı qruplar üzrə birləşmiş 28 tövsiyə daxildir:
- Səhralaşmanın qiymətləndirilməsi və torpaqdan istifadənin yaxşılaşdırılması.
- Sənayeləşmə və urbanizasiyanın kənd təsərrüfatının inkişafı ilə uyğunlaşdırılması və onların arid ərazilərin ekologiyasına təsiri
- Səhralaşmaya qarşı mübarizə üzrə düzgün tədbirlər.
- Sosial-iqtisadi aspektlər.
- Quraqlıq riskləri və onun nəticələrinə qarşı sığor-talanmaq.
- Milli elmi-texniki potensialın möhkəmləndirilməsi.
- Səhralaşmaya qarşı mübarizə proqramlarının ümumi inkişaf planlarına inteqrasiyası.
- Beynəlxalq əməkdaşlıq əlaqələrində tövsiyələr.
- İlk növbəli təxirəsalınmaz fəaliyyətlə əlaqələrində tövsiyələr.
Fəaliyyətlər planı tövsiyə xarakteri daşıyır və ona gələcəkdə səhralaşmaya qarşı mübarizə üzrə konkret milli və regional proqramların hazırlanması üçün əsas kimi baxılma-ıdır. Ümumilikdə, səhralaşma probleminin qarşısını almağa şüurlardan başlamaq lazımdır. Əhali arasında ekoloji maarifləndirmə tədbirləri daha da genişləndirilməlidir. Bu təbliğat prosesinə, mətbuat, QHT-lər, təhsil sistemi, ayrı-ayrılıqda hər bir vətəndaş qoşulmalıdır.
Dostları ilə paylaş: |