Çayları və gölləri. Ərazinin əsas çaylarının uzunluğu və mənbəyinin yüksəkliyi aşağıdakı kimidir:Mazım (30 km; 2720m), Kiş (33 km; 3680 m), Şin (39 km;2800 m), Balakənçay (39km;1000 m) Əyriçay (46 km; 3200 m) Katex( 54 km; 2840 m), Qaraçay (56 km;2800 m), Kümrük(55 km; 3480 m), Dəmiraparan(69 km; 3400 m),Əlican (98 km; 3500 m), Türyan (180 km; 3680 m), Qanıx (413 km; 3500 m) və s. Bu çaylar ən gursulu və selli çaylar hesab edilir.Ərazi Oğlanbulaq, Qızbulaq, Hamambulaq, Budusşor, Ağbulaq, Xal-xal kimi termal-mineral su yataqları ilə çox zəngindir. Ərazidə Tufangöl, Turfangöl, Nohurgöl, (Qəbələ), Acınohur(Qax) gölləri vardır.
Dostları ilə paylaş: |