II.Narkomaniya və narkobiznesə qarşı mübarizədə kitabxanaların
qarşısında duran vəzifələr.
Kitabxanalarda narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda vitrin, guşə və sərgilərin də rəngarəng tərtibinə xüsusi fikir verilməlidir. Kütləvi tədbirlərin ən təsirli formalarından bir kitab sərgiləridir. Kitabxanada “Dünyamızı narkomaniya bəlasından qoruyaq” adlı sərgi təşkil etmək olar. Sərgidə qoyulacaq sitatların nümunəsini veririk:
Sitatlar:
“İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işdir.
Heydər Əliyev
Ümummilli lider
“ ...Hər kəs pis iş gördükdən və ya (günah etməklə) özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər!”
(Qurani-kərim, “Nisa” surəsi, ayə 110)
Narkomaniyaya dair sərgi təşkil edrkən şüarlardan da istifadə etmək olar: “Ağ Ölümə “Yox” deyək!”, “Narkotiklərdən uzaq durun!”
Kitabxanalarda narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda guşələrin də rəngarəng tərtibinə xüsusi fikir veriməlidir. Guşədə əlavə olaraq narkomaniya və narkobiznesə aid kartoteka, qəzet və jurnal materialları, tövsiyə ədəbiyyat siyahıları, mövzuya uyğun bir sıra sənədlər və şəkillər öz əksini tapmalıdır.
Vitrinlərə “Dünyanı, insanları fəlakətdən qoruyaq!...”, “İnsanların çoxunun dəyərini bilmədiyi iki şey vardır: Sağlamlıqları və zamanları.”
Həzrəti Məhəmməd Peyğəmbər
belə yazılar olan şüarlar qoymaq olar.
Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusuna həsr edilmiş sərgi sxemini veririk:
1) Başlıq. “Narkomaniyaya yox deyək!”
2)Dövlət Proqramı
3)Sitatlar
4)Qəzet və jurnal materialları
5)Narkomaniyaya aid kitablar
_____1_____
____2____ ____3____
_____4_____
____5____ ____6____
_________ 7 _________
_____8______
Kitabxanalarda narkomaniya mövzusunda “Sual-cavab gecəsi”ni məktəblilər arasında keçirilməsi daha məqsədəuyğun olardı.
“Narkomaniya, gəncliyimiz və ondan törənən fəsadlar” mövzusunda keçirilən sual-cavab gecəsində aşağıdakı suallar ətrafında müzakirə aparmaq olar:
1) Siz asudə vaxtınızı necə keçirirsiniz?
2) Narkomaniya nədir və narkomanlara münasibətiniz necədir?
3) Narkotiklərin xassələri, onun şəxsiyyətə və insan orqanizminə olan ziyanı haqqında nə bilirsiz?
4) Gəncləri pis vərdişlərə, cinayətə sövq edən nədir?
5) Siz gələcəyinizi necə görmək istərdiniz?
Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda yeniyetmə və gənc oxucular arasında mühazirələrin keçirilməsi vacibdir: Məs: “Ağ ölümə qarşı mübarizə et!”, “Zərərli vərdişlər və ondan törənən fəsadlar”, “Bəşəriyyətin düçar olduğu bəla”, “Narkomaniya və acınacaqlı həyat”, “Gəlin, gələcəyimizi qoruyaq” və sair. Kitabxananın saytında ilk növbədə bu “ağ bəla” haqqında müxtəlif məlumat bazaları, fotolar, elektron nəşrlər yerləşdirmək olar.
Kitabxanada “Narkomaniyanın genefondumuza gətirdiyi fəsadlar”, “Gəncləri narkomaniyaya doğru aparan yol” başlıqlı söhbətlər keçirilə bilər. Tədbir keçirilərkən oxucuların “ağ ölmün” əsərləri haqqında maariflənməsinə, narkomaniyaya səbəb olan amillər və ondan törənən fəsadların qabarıq şəkildə açıqlanmasına xüsusi fikir vermək lazımdır. Söhbəti narkomaniyaya aid qəzet və jurnal məqalələrinin oxunuşundan, mövzuya uyğun hər hansı bir sualın qoyuluşundan, kiçik bir söhbətdən başlamaq olar.
Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda kitab icmalı keçirmək olar. Natiq Rəsulzadənin son dövrdə nəşr olunmuş “Kabuslar arasında” kitabının icmalını keçirmək olar. İcmalın əvvəlində mövzunun adı, məqsədi bildirilir. Bu prosesdə biblioqrafik təsvir, müəllif haqqında məlumat, kitabın məzmunu, tərbiyəvi əhəmiyyəti qeyd edilir.
Kitabxanada həmçinin yeni kitabların təqdimatını da keçirə bilər. Təqdimat mərasimini 3-5 dəqiqəlik giriş sözü ilə başlanır. Bir neçə dəqiqə oxucularla dialoq aparılır. Mövzuya uyğun suallar verilir. Tədbir 5-10 dəqiqəlik son sözlə yekunlaşdırılır.
“Narkomaniyaya Yox Deyək!” və ya “Yüksək mənəviyyatlı gənclik uğrunda” mövzusunda mövzu gecəsi keçirmək olar. Tədbirin keçiriləcəyi yer, iştirakçıların yerləşdirilməsi, aparıcıların yeri, tədbir keçiriləcək yerin mövzuya uyğun bəzədilməsi əvvəlcədən dəqiqləşdirilir. Gecə üçün təşkil edilmiş sərgidə mövzuya uyğun kitabların siyahısını da iştirakçılara təqdim etmək məqsədə uyğundur. Bu tədbirdə məktəbin özfaliyyət dərnəyinin üzvülərinin, kitabxananın fəal oxucuların iştirakı ilə dramaturq Marat Haqverdiyevin “Məhəbbət, şeytan və ağ ölüm” əsərindən səhnəciklər göstərmək, şeir parçaları səsləndirmək olar.
Narkomaniyaya və narkobiznesə qarşı mübarizəyə dair oxucu konfranslarının keçirilməsi də vacibdir. Bu zaman kitabxanaçı-aparıcı keçiriləcək konfransın adını, mövzu ətrafında dolğun çıxışları, maraqlı fakt və materiallardan nümunələri, əvvəlcədən müəyyənləşdirilməli və planda öz əksini tapmalıdır.
Ümumiyyətlə, kitabxanaçı narkomaniyaya dair istənilən tədbir keçirilərkən, ilk növbədə gənc və yeniyetmələrin diqqətini narkomaniyadan törənən ağır bəlalara yönəltməlidir. Onun ağır fəsadları, ailənin başına gələ biləcək müsibətlər və nəhayət, şəxsin öz taleyi, sonranı işgəncəli həyatı bütün açıqlığı ilə oxucuların nəzərinə çatdırılmalıdır. Tədbirin keçirilməsinin başlıca məqsədi ondan ibarət olmalıdır ki, gənc və yeniyetmələr gələcək həyatlarını bir neçə saatlıq həzzə qurban verməsinlər. Onlar bir neçə saatlıq sevincin arxasında necə böyük bir fəlakətin olduğunu heç vaxt unutmamalıdırlar.
Ədəbiyyat siyahısı:
1.Həsənov E. Narkotiklərlə bağlı cinayətlər.-Bakı: Azərnəşr, 1999.-244s.
2.Narkotik vasitələr, psixotor maddələr və prekursorlar.-Bakı: Hüquq ədəbiyyatı, 2003.- 224s.
3.Zahidov B. Azərbaycanda narkotizimlə və narkobizneslə mübarizənin aktual problemləri.-Bakı, 2005.-501s.
4.Azərbaycanda narkotik vəziyyət.-Bakı: Azərnəşr, 2001.-925s.
5.Məmmədov S. Narkotik cinayətkarlıqların təzahürləri və onlara qarşı mübarizənin problemləri .-Bakı: ADPU, 2005. -208s.
Dostları ilə paylaş: |