İlham Əliyev. Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2014-cü il.
I. bölmə. Həyatı və yaradıcılığı.
Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1925-1931-ci illərdə ADU-nun (indiki BDU) Şərq fakultəsini bitirmiş, Moskvada Sovet Şərq Xalqları Elmi Tədqiqat İnstitutnun aspiranturasına daxil olmuşdur.
M.Arif 1932-1938-ci illərdə Azərbaycan Maarif Komissarının müavini, eyni zamanda APİ-nin Rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosent işləmiş, ADU-nun Rus ədəbiyyatı kafedrasının müdiri təyin edilmişdir. Keçmiş SSRİ EA-nın Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunda, baş elmi işçi, 1957-1959-cu illərdə İnstitutun direktoru vəzifəsində işləmişdir.
Görkəmli alim, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, 1941-1945-ci illərdə “Vətən uğrunda” jurnalının redaktoru olmuş, Azərbaycan EA Rəyasət Heyəti nəzdinə olan Texnologiya Komitəsinin sədri kimi çalışmışdır. O, 1954-cü ildə “C.Cabbarlının yaradıcılıq yolu” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya elmlər doktoru, professor adı almışdır. 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, üç il sonra isə həqiqi üzvü seçilmişdir. 1959-cu ildə EA-nın ictimai elmlər bölməsinin akademik katibi, 1960-cı ildə vitse-prezidenti olmuş, ömrünün sonuna kimi bu vəzifədə işləmiş, məhsuldar əməyinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Pofessor EA-nın “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları” problemi üzrə elmi şurasının Moskvada çıxan “Qısa ədəbiyyat ensiklopediyası”nın redaksiya heyətinin üzvü idi.
M.Arifin 1946-cı il İran yazıçılarının I konqresində, 1960-cı ildə şərqşünasların XXI Beynəlxalq konqresində iştirak etmiş, Azərbaycan Ali Sovetinin deputatı və sədri olmuşdur.
1974-cü ildə Azərbaycan Dövlət Mükafatı Laureatı, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
M.A.Dadaşzadə 1975-ci il dekabr ayının 27-də bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Alimin ölümündən sonra Azərbaycan Yazıçılar Birliyinin kitabxanasına, Bakıda küçələrdən birinə onun adı verilmişdir.
Dostları ilə paylaş: |