Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


I.Bölmə. M.Arazın həyat və yaradıcılığı



Yüklə 244,04 Kb.
səhifə41/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   37   38   39   40   41   42   43   44   ...   66
I.Bölmə. M.Arazın həyat və yaradıcılığı.

Məmməd İnfil oğlu İbrahimov 1933-cü il oktyabr ayının 14-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. Burda orta məktəbi bitirdikdən sonra 1950-1954-cü illərdə Azərbaycan Dövlət Pedaqoji institunun coğrafiya fakultəsində təhsilini davam etdirmişdir.

Məmməd Araz ədəbi yaradıcılığı 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan “Yanan işıqlarım” adlı şeiri ilə başlamışdır. 1959-1961-ci illərdə Moskvada keçmiş SSRİ Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kursuna daxil olmuşdur.

O, 1963-1967-ci illərdə “Maarif” nəşriyyatında Bədii ədəbiyyat redaksiyasının müdiri, 1970-1987-ci illərdə “Ulduz” jurnalının məsul katibi, 1970-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında baş redaktorun müavini, 1974-cü ildən “Azərbaycan təbiəti” jurnalının redaktoru vəzifəsində işlənmişdir.1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında Poeziya bölməsinə rəhbərlik etmişdir. “Eyfel qülləsində”, “Araz yadıma düşdü”, “Qoruyun dünyanı”, “Nobel mükafatı”, “Azərbaycanım mənim” şeirləri həm şairin, həm də Azərbaycan poezyasının təkamülündən, yeni mənəvi iqlim və tarixi mərhələlərdən xəbər vermiş bir ənənənin yox, minillik əxlaq, fəlsəfə, hünər və poeziya irsinin varisi kimi çıxış etmişdir.

M. Araz öz yaradıcılığında poema janrına tez-tez müraciət etmiş və ilk poeması 1957-ci ildə yazdığı “Üç oğul anası” olmuşdur.O, uzun illər bədii tərcümə ilə də məşğul olmuşdur. Gəncliyindən bu işə yaradıcı sənətkar kimi yanaşan şair müxtəlif xalqların poezyasına xüsusi maraq göstərmişdir. Bunlardan N. Nekrasov, M. Lermantov, H. Heyne, Şarl Bodler, Jan Raynis, Abay, Q. Şevçenko, M. Kərim və başqalarını nümunə göstərmək olar. M. Araz istedadlı tərcüməçi kimi dünya xalqları ədəbiyyatından 195 şeir və poema tərcümə edərək onları “Oçaq başında” adı ilə 1988-ci ildə kitab halında çap etdirmişdir.

1982-ci ildə Azərbaycan SSR Fəxri fərmanı ilə təltif olunmuş, 1984-cü ildə “Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülmüş, 1988-ci ildə “Azərbaycan” və “Ulduz” jurnallarında çap olunmuş şeirləri silsiləsinə görə Azərbaycan Respublikasının Dövlət mükafatını almış, Azərbaycan milli ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə 1991-ci ildə “Azərbaycanın Xalq şairi” adına layiq görülmüş, 1998-ci ildə “İstiqlal” ordeni ilə təltif edilmişr.

Xalq şairi M.Araz 2004-cü il dekabr ayının 1-də 71 yaşında vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.


Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin