Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2.08 Kb.
Pdf просмотр
səhifə5/5
tarix05.05.2017
ölçüsü2.08 Kb.
1   2   3   4   5

Məhəbbət haqqında 
seçmə fikirlər
119

120

O (Allah), yaratdığı hər şeyi gözəl yaratdı.
Qurani-Kərim
***
Hər bir cifti erkək və dişi yaradan odur.
Qurani-Kərim
***
Məhəbbət – ölməzlik cəhdidir.
Sokrat
 
***
Məhəbbət sonlu varlıqda əbədi başlanğıcın 
təzahürüdür.
Platon
***
Dəniz dalğasız olmaz, ürək – sevdasız.
Atalar sözü
***
121

Könül sevən gözəl olar.
Atalar sözü
Fəqət hər gözəl olanı könül sevməz.
C.Rumi
***
Məhəbbət ehtiraslıdır, 
dostluq isə ruhun keyfiyyətidir.
Aristotel
***
Ehtirasını idarə et, 
yoxsa ehtiras səni idarə edər.
Epiktet
***
Dünyada heç bir böyük iş ehtirassız           görülə 
bilməz.
Q.Hegel
***
122

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Nizami
Mən aşiq, o da giryan,
    Mən giryan, o da giryan,
  Dedim könlün odun al,
  Demədim oda gir, yan.
Bayatı
***
Fikir cövhərini odda yapmasan,
Soyuq düşüncədən şəfqət sönəcək.
Sevgi atəşinə hikmət qatmasan,
Kərəmlər yanaraq külə dönəcək.
Əbu Turxan
***
Eşqsiz olsaydı, xilqətin canı,
Dirilik sarımazdı, böyük cahanı.
Nizami
***
Dumanla doldurub dünya üzünü,
Yatırtdım eşq ilə ağlın gözünü.
123

Nizami
***
Eşq aşiqlər üçün həqiqət yolunu işıqlandırır.
Füzuli
       Məhəbbət ləzzətindən bixəbərdir
                                              zahidi-qafil.
       Füzuli, eşq zövqün zövqi-eşqi var
                                             olandan sor.
Füzuli
***
Qəlbin pünhanları ancaq eşq                   işığında 
görünür.
Əbu Turxan
***
Məhəbbət ruhun canlanmasıdır.
Əbu Turxan
***
Aşiq sevgilisinin sevincinə sevinir.
Əbu Turxan
***
124

Məhəbbətdir işıq saçan,
                    onsuz aləm bir zülmətdir,
Zülmətdə gördüklərin,
                    sanma ki,  bir həqiqətdir.
Əbu Turxan
Sevənlər hamısı şairdirlər.
Platon
***
Ağıl ürəyin kölgəsidir.
E.Miyanəci
***
Allahı sevmək – onun yaratdıqlarını 
sevməkdir.
Əbu Turxan
***
Məhəbbət və nifrət artmayanda ölürlər.
Can Pol Sartr
***
125

Məhəbbət böyük hisslərdən başlayır,             xırda 
qalmaqalla bitir.
A.Morua
***
Məhəbbət – hisslərin poeziyasıdır.
O.Balzak
Məhəbbətin çiçəklənməsi üçün münbit      mühit 
lazımdır.
Əbu Turxan
***
Məhəbbət – arzunun zirvəsidir.
İ.Göte
***
Məhəbbət arzu dünyası ilə gerçəkliyin 
qarışmasıdır.
Əbu Turxan
***
Sevgi aşiqin ayağını yerdən üzür və o, xəyal 
dünyasına köç edir.
Əbu Turxan
126

***
Vüsal romantik məhəbbəti yerə endirir.       Eniş 
uğursuz olanda məhəbbət ölür.            Eniş tədrici 
olanda məhəbbət yeni formaya – ailə 
məhəbbətinə keçir.
Əbu Turxan
Günəş çıxanda Yer hansı hissi keçirirsə, 
sevgilisini görən aşiq də həmin hissi keçirir.
Əbu Turxan
***
İnsan qəlbinin dərin qatları düşüncə ilə yox, sevgi 
ilə işıqlanır.
Əbu Turxan
***
Milli ruh məhəbbətlə ağlın ittifaqından 
yaranır.
Əbu Turxan
***
127

Arzular dünyaya məna verir.
A.Frans
***
Ürək məhəbbət arzularından zövq-səfa 
şərbəti içir.
C.Bayron
Qadın ümidləri günəş şüalarından qidalanır; kölgə 
onları yox edir.
D.Elyot
***
Kim isə demişdir: «Ağılla idarə olunan 
məhəbbətdən yaxşılıq gözləmək olmaz».
İbn Ərəbi
***
Məhəbbət kimi desən tutub
gizli yollarla Allaha aparar.
C.Rumi
***
128

Sənsiz idi onda hələ yer səma,
Sən yox idin var idi qəmim daima.
Nizami
***
Göylər yaransaydı eşqdən azad,
Düşün, olardımı yer üzü abad?
Nizami
Sevgili aşiqin qəlbindədir. 
Fəqət aşiq sevgilinin özündə 
olduğunu bilməz, onu yenə kənardakı 
sevgili vasitəsi ilə tanıyar.
İbn Ərəbi
***
Kişi də, qadın da tək qanadla yaranır.  
Pərvazlanıb uçmaq üçün isə qanadların 
qoşalaşması lazımdır.
Əbu Turxan
***
Uça bilmək üçün qanadlar tən olmalıdır.
129

Tayını tapa bilməyənlərin məhəbbəti 
göydən asılı qalar.
Atıcı atar, tayını tapar.
Atalar sözü
***
       Ərlə arvadın torpağı 
                    bir yerdən götürülür.
Atalar sözü
Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı 
kişilər yaxşı qadınlar üçündür.
Qurani-Kərim 
 
***
(Allah) sizin özünüzdən sizlər üçün taylar 
yaratmış ki, onlarla rahatlıq tapasınız. Sevgi ilə 
mərhəmət bərqərar eləmiş aranızda.
Qurani-Kərim
***
Məhəbbət ümidini itirmiş adamı 
yenidən həyata qaytarır.
Əbu Turxan
***
130

İdrakı rəmz edib bir gül sandılar,
Aqil olanları bülbül sandılar,
Vaxt keçdi, rəmz itdi, sonra gələnlər
Təkcə bülbül ilə gülü andılar 
Əbu Turxan
***
Aşiq ən gözəl anlarını ancaq sevgilisi ilə 
bölüşmək istəyir.
Əbu Turxan
Bütün sevənlər bacardıqlarından çox şey      vəd 
edir, amma bacardıqlarını da etmirlər.
V.Şekspir
***
İlk məhəbbətin mövhumi obrazı aşiqin özü 
tərəfindən yaradılmış olur.
Yaradan yaratdığını sevməyə bilərmi!?
Əbu Turxan
***
İlk məhəbbət kor olur.
Atalar sözü
131

***
Eşqin gözü kordur.
Aristotel
***
Səndən qorxanı da, sən qorxduğunu da 
sevə bilməzsən.
Siseron
Ən yaxşı evlilik dostluq hissi üzərində qurulur.
F.Nitsşe
***
Sevgisiz evlilik sevdiyinə evlənə bidməməkdən 
daha ağırdır.
(Naməlum)
***
Məhəbbət – sevilmək arzusudur.
Platon
***
132

Sahiblənmək anlayışı məhəbbətin 
izahında istifadə olunsa da, ilkin sayıla 
bilməz.  Mən nəyə görə başqasını  mənimsəmək 
və ona sahib olmaq istəyirəm? Bu mənə o zaman 
lazım olur ki, mənim  varlığım başqasının 
funksiyasına çevrilir. Amma bununla 
mənimsəmənin ancaq müəyyən üsulu 
nəzərdə tutulur; biz başqalarının 
azadlığına yiyələnmək istəyirik.
Sartr
Dövlət adamının ürəyi başında olmalıdır.
Napoleon
***
Məhəbbət müəyyən mənada konfliktdir.
Sartr
***
Qısqanclıqda sevgidən daha çox özünü   sevmək 
var.
F.Laroşfuko
***
133

Bütün fəzilətlər əslində məhəbbətin        müxtəlif 
növləridir.
Avqustin
***
Məhəbbət – məhəbbətə cavabdır.
İngilis atalar sözü
***
Məhəbbət – bizim ikinci doğuluşumuzdur.
O.Balzak
Məhəbbət insanların bir-birinə 
bağışladığı xoşbəxtlikdir.
C.Sand
***
Məhəbbət başqasının xoşbəxtliyini 
istəməkdir.
D.Yum
***
Sevinc və sevgi ruhun iki qanadıdır.
Hilmi Ziya Ülkən
134

***
Eşq – ruha təslim olmaqdır.
Hilmi Ziya Ülkən
***
Aləm eşq halında kamala gəlir.
Hilmi Ziya Ülkən
***
Sevgi – halından məmnun olmaqdır. 
Hilmi Ziya Ülkən
Məhəbbət xoşbəxtlik xəzinəsidir:                     nə 
qədər çox verir, o qədər də götürür.
V.Muller
***
Ancaq sevərkən yaşayırlar.
Helvetsi
***
Yaşayan ancaq məhəbbətlə yaşayır.
Hafiz Xarəzmi
135

***
Qadın kişiyə müxtəlif, bəzən hətta                 bir-
birinə zidd olan cəhətlərinə görə xoş gələ bilər; 
kimsə onu ağlına, başqası xeyirxahlığına görə 
sevər, üçüncüyə isə məsələn onun çatışmazlıqları 
xoş gələ bilər.
L.de Vovenarq
.
***
Vüsal məhəbbəti yerə endirmiş, onu əbədi 
şeriyyətdən məhrum etmişdir.
Asif Əfəndiyev
Bir-birinizin badələrinizi doldurun, amma bir 
badədən içməyin.
C.Cübran
***
Məhəbbət həyatın duzudur.
İngilis atalar sözü
***
Bir-birinizi sevin, amma məhəbbəti 
buxova   çevirməyin.
136

Qoy o, könüllərinizin sahilləri arasında      axan 
dəniz olsun.
C.Cübran
***
Qoy sizin mövcudluğunuzda genişlik,         vüsət 
olsun.
İmkan verin ki, aranızda səma küləkləri əssin.
C.Cübran
***
Məhəbbət incəsənətdir,                                    onu 
mənimsəmək lazımdır.
E.Fromm
Kişi üçün hər şeyin əslində necə olduğu 
önəmlidir. Qadın üçün isə önəmli olan hər   şeyin 
necə təqdim olunması və zahiri 
əminamanlıqdır.
Folkner
***
Məhəbbət  lətiflik və gözəllikdir.
İbn Sina
***
137

Məhəbbət bütün ehtirasların ən güclüsüdür, çünki 
o eyni zamanda başa,                          ürəyə və 
bədənə sahib olur.
Volter
***
Ehtiras – yelkənli gəmini hərəkətə gətirən külək 
kimidir, hərdən gəmini batıra da bilər, amma 
onsuz üzmək mümkün deyil.
Volter
***
Məhəbbət melodiyadır.
Puşkin
Başqa sahələrdə sevgi vərdişi olmayanların 
məhəbbət dərdinə mübtəla olması, immuniteti 
olmayan adamların xəstəliyə yoluxması kimi ağır 
nəticələrə gətirə bilər.
Əbu Turxan
***
Məhəbbət insanın bütün həyat və fəaliyyətinin 
mənasını sevgilinin gözünə necə 
görünməkdən ibarətdir.
Əbu Turxan
138

***
Məhəbbət nəinki yaradıcılığın mənbəyidir,       o 
özü yaradıcılıqdır,                                  yaradıcı 
enercinin şüalanmasıdır…
(Naməlum)
***
Bir şeirdir qadın bədəni də,
Yaranışın ən xoş anında
Yaradan özü bu poemanı,
Həkk etmiş tale kitabında.
Henrix Heyne
Məhəbbət çiçək üçün günəş kimidir: 
güclüləri gücləndirir, zəifləri qurudur.
İrland atalar sözü
***
Həyatın böyük sirri bunda gizlənib ki, istəyən, 
alan yox, ancaq verən, bağışlayan həzz alır.
N.Berdyayev
***
139

Könüllər bir-biri ilə baxış sayəsində 
təmasda olur.
Balmond
***
Məhəbbət ruh və bədənin 
ittifaqından yaranır.
Əbu Turxan
***
Əgər ilk məhəbbət qəlbin bütün guşələrini 
işıqlandıra bilməyibsə, deməli «ilk məhəbbətlər» 
hələ çox olacaq.
Əbu Turxan
Məhəbbət qəlbin əql üzərində 
qələbə himnidir.
Əbu Turxan
***
Qəlb köksə sığışmayanda insanın öz qəlbini 
bölüşmək ehtiyacı yaranır.
Əbu Turxan
***
140

Könüllərin birləşmək əzmi insani yüksəlişin, 
bədənlərin birləşmək istəyi heyvani 
başlanğıcın əlamətidir.
Əbu Turxan
***
Məhəbbət bir insan qəlbinin 
başqa bədəni istila etməsi və ya onda 
sığınacaq tapmasıdır.
Əbu Turxan
***
Hər bir nurun daxilində 
özündən  ali nura eşq var.
Ş. Şührəvərdi
Onun bütün varlığı məhəbbət və qəhrdən 
nizamlanmışdır.
Ş. Şührəvərdi
***
Hər bir aşağı nurun məhəbbəti ali nurun 
məhəbbətində qəhr olunur..
Ş. Şührəvərdi
***
141

Aşiq eşqinin hökmü altına 
əqlinin ölçüsündə girməlidir
İbn Ərəbi
***
Ruhu bir nurdur aşiqin, 
təbiəti bir qaranlıq!
İbn Ərəbi
***
Aşiq vüsalla ayrılıq arasında 
bir fərq görməməlidir
İbn Ərəbi
Eşq özünü tələf etməlidir. 
İbn Ərəbi
***
Sevgilinin gördüyü hər iş gözəldir.
İbn Ərəbi
***
142

Sevgi daha çox qeyri-müəyyənliklə, 
müəmma ilə, sirr və sehrlə əlaqədar olub, əslində 
bir möcüzə axtarışıdır.
Əbu Turxan
***
 Aşiq özünün aşiq olduğunu bilməməlidir.
İbn Ərəbi
***
Məhəbbət könül səslərinin harmoniyası,  
ürəklərin bir-birini anlamasıdır.
Bayron
Qəlbdə məhəbbət işığı yananda 
qaranlıqlar əriyir.
Əbu Turxan
***
Sevən mənəm; sevdiyim də mən.
İbn Ərəbi
***
143

Uyğunluq olmazsa, məhəbbət ola bilməz.
A.Bakıxanov
***
Eşq ağlabatan və məqbul olarsa, 
əsl xoşbəxtlikdir.
A.Bakıxanov
***
İnsan təbiətinin başlıca mənəvi tələbi eşqdir.
A.Bakıxanov
***
Əgər kim isə sevgilidən başqa da nə haqda isə 
düşünə bilirsə, onun sevgisi səmimi deyil.
İbn Ərəbi
Dərindən sevmək – özünü unutmaq deməkdir!
C.C.Russo
***
İlahi bir eşq ver mənə,
Hardayamsa heç bilməyim.
Elə itirim özümü
İstəsəm də qoy bulmayım.
144

Yunus İmrə
***
Sevmək başqasının xoşbəxtliyində                   öz 
xoşbəxtliyini tapmaqdır.
Q.Leybnis
***
Məhəbbətə böyük ehtiyac, əgər onu 
yönəltmək üçün predmet tapılarsa, çox vaxt 
məhəbbətin özü kimi qəbul olunur; maneələr onu 
ehtirasa çevirir, vüsal isə yox edir.
V.Q.Belinski
***
Məhəbbət elə güclüdür ki, bizim özümüzü də 
yenidən yaradır.
F.Dostoyevski
Ailə məhəbbəti insan nəslini artırır, dostluq 
məhəbbəti onu təkmilləşdirir, qeyri-əxlaqi 
məhəbbət isə – alçaldır.
F.Bekon
***
145

Nifrət böyüyü də məhv edir, məhəbbət 
kiçiyi də yüksəldir.
Latın atalar sözü
***
Külək ocaq üçün nədirsə, hicran da 
məhəbbət üçün odur; kiçik məhəbbəti söndürür, 
böyüyü isə daha da alovlandırır.
A.Kuprin
***
O adamı ki, sən məndə sevirsən, əlbəttə, məndən 
yaxşıdır: mən belə deyiləm, amma sən sev və 
mən çalışaram ki, özümdən yaxşı olum.
M.Prişvin
***
Mənə biganə zövqi-nəfsani,
Sevdiyim  yalnız eşqi-ruhani…
H.Cavid
Mən gözəllərdə gözəl ruh anaram,
ruhu düşkünləri çirkin sanaram.
H.Cavid
***
146

Ehtiras «Mən»imi məhv edir, 
amma mən səni tapıram.
İbn Ərəbi
***
Gördüyüm gözəllik idraka sığmır.
İbn Ərəbi
***
Məhəbbət könül səslərinin harmoniyası, 
ürəklərin bir-birini anlamasıdır.
Bayron
***
Şərqdə məhəbbət işığı idrak işığını söndürür, 
Qərbdə – əksinə.
Əbu Turxan
Heç nəyi sevməyən – özü heç nədir.
L.Feyrbax
***
147

Məhəbbətin alçaldılması nifrət hissi yaradır. 
Amma nifrət onu tamamilə silə bilmədiyindən 
onlar qoşa yaşayırlar.
Əbu Turxan
***
Qısqanclıq sevgi ilə bərabər yaranır, amma 
onunla birgə ölmür.
F.Laroşfuko
***
Eşqin daxili hərəkətverici qüvvəsi                    tü-
kəndikdən sonra da, məhəbbət qatarı        hələ 
uzun müddət yoluna davam edir.
Bu, – məhəbbətdə ətalət prinsipidir.
Əbu Turxan
***
Din və məhəbbətə qəlbin bir hissəsi lazım deyil, 
onlara bütün ruh lazımdır.
A.İ.Gertsen
Zaman keçdikcə sevgi atəşi səngisə də, xatirə 
qığılcımları onu hər dəfə yenidən alovlandırır.
Əbu Turxan
148

***
Daxili gözəllik zahiri gözəlliyə 
bürünəndə    daha tez üzə çıxır.
Əbu Turxan
***
Zahiri və daxili gözəllik  eyni vaxda parlaya 
bilməz. Əvvəlcə birincinin parıltısından 
ikinci gözə görünmür, amma elə ki göründü, onda 
birincini kölgədə qoyur.
Əbu Turxan
***
Zahiri parıltı göz qamaşdırır, daxili parıltı 
gözləri açır.
Əbu Turxan
***
Ürək ağlı artıra bilsə də, ağıl ürəyə                 təsir 
edə bilməz.
A.Frans
Sevmək – fəzilət, sevilmək xoşbəxtlikdir.
L.N.Tolstoy
149

***
Ancaq xoşbəxtlik məhəbbət üçün                  ölçü 
ola bilər.
V.Q.Belinski
***
Məhəbbətin dərinliyi və hüdudu hətta təxəyyül 
üçün də əlçatmazdır.
F.Şiller
***
Məhəbbətin gəlişi ilə qəlbdə xoşbəxtlik hissi, 
müqəddəs bir duyğu baş qaldırır.
Q.Mopassan
***
Məhəbbət – həyat yaradır.
L.N.Tolstoy.
***
Qarşılığı olmasa da, sevmək gözəldir.
O.Balzak
150

Məhəbbət ölümdən və ölüm qorxusundan 
güclüdür. Həyat ancaq məhəbbət üzərində 
dayanır və onunla hərəkətə gəlir.
İ.S.Turgenyev
***
Məhəbbət elə bir ehtirasdır ki, nə keçmişi, nə də 
cələcəyi tanıyır.
O.Balzak
***
Həm sevmək, həm də müdrik olmaq          qeyri-
mümkündür.
F.Bekon
***
Məhəbbət çox vaxt ağlı olanların ağlını alır və 
ağlı olmayanlara ağıl verir.
D.Didro
***
Sevgi bizi böyük işlərə ruhlandırır və bu işləri 
görməyə mane olur.
A.Düma
151

Hörmət hissindən məhrum olan məhəbbət çox 
davam edə bilməz.
A.Düma
***
Məhəbbət istəklə yaşayır və yalanla qidalanır.
A.Frans
***
Yalnız bilmədiyin şeyi dəlicəsinə sevə bilərsən.
A.Frans
***
Ayrılıq böyük məhəbbətləri daha da artırır, 
yarımçıq olanları isə məhv edir.
R.N.Güntəkin
***
Eşqini ifadə etməyi bacaran muradına            tez 
çatar.
C.London
***
Eşq meydana girəndə ağıl oranı tərk edir.
M.Meterlinq
152

Eşq məntiqə qulaq asarsa, məhv olar.
F.Saqan
***
Böyük məhəbbətlər kiçik qığılcımlardan doğur.
A.Stendal
***
Yoxsulluq qapıdan girəndə, məhəbbət pəncərədən 
qaçır.
V.Şekspir
***
Eşq namusla birləşəndə ən qiymətli 
cəvahirat alınır.
L.Tolstoy
***
Çılğın məhəbbətdən qorxmaq lazımdır, çünki o, 
hər an nifrətə çevrilə bilər.
H.Toro
***
Eşqi başlamaq asan, bitirmək çətindir.
153

M.Tven
Bizim yaradıcılığımız dünyanın Allah tərəfindən 
yaradılması prosesində kiçik variasiyalardan 
ibarətdir.
V.Taqor
***
Sevməyən sevgili aşiqin qəlb işığını özünə 
qaytaran güzgü kimidir; özü biganə olsa da, 
aşiqin qəlbini daha da alovlandırır.
Əbu Turxan
***
Məhəbbət başqa insanın fəzilətindən, 
kamilliyindən, xoşbəxtliyindən həzz almağa 
meyldir.
Leybnis
***
Məhəbbət bütövlük yanğısı və                       ona 
cəhd etməkdir.
Aristofan
***
154

Məhəbbət bir-biri üçün fərqli olmayan iki tərəfin 
fərqidir. Bu eyniyyəti hiss etmək və anlamaq – 
məhəbbətdir.
Hegel
Dərindən sevmək özünü unutmaqdır.
Russo
***
Həqiqi insani məhəbbət ancaq hisslərin 
şıltaqlığına və ürəyin istəyinə deyil, bir-birinin 
insani ləyaqətinə qarşılıqlı hörmətə 
əsaslana bilər.
Belinski
***
Məhəbbət başqasının sevinc və 
iztirablarını yaşamaqdır.
Əbu Turxan
***
Məhəbbət başqası ilə birgə qocalmağa hazır 
olmaqdır.
A.Kamyu
***
155

Qadın qəlbinə aparan cığırların ən kəsəsi 
yazıqlıqdır.
Bayron
«Məhəbbət» sözü iki fərqli məna ifadə edir: 
sadəcə məhəbbət, yaxud ehtiras və – şəvqət.
S.Moem
***
Məhəbbət bir-birinə baxmaq yox, birlikdə eyni 
tərəfə baxmaqdır
.
Sent – Ekzyuperi
***
Məşuq əslində güzgüdür; aşiqə öz içində 
yaratdığı idealı göstərir.
Əbu Turxan
***
Məhəbbət zəriflik və gənclikdir.
İbn Sina
***
Məhəbbət qəlbin şeriyyətidir.
156

Əbu Turxan
***
Məhəbbət birdir, amma iki ürəkdə yaşayır.
Assir
Məhəbbət göz yaşı kimidir: gözdən başlayır, 
ürəyə düşür.
P.Sirr
***
Sevməyi balıqdan öyrənin; o sudan çıxan     kimi 
ölür.
Fars atalar sözü
***
Evlənməzdən qabaq gözlərinizi dörd açın, amma 
evləndikdən sonra yumun.
B.Franklin
***
Yaxşı arvad ərinin xoşladığı şeyləri xoşlayır.
D.Karnegi
***
157

Qayıq iki avarın eyni anda hərəkət etməsi       ilə 
üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, 
dalğalar qayığı aşırar.                            Evlilik də 
qayıq kimidir.
E.Levi
Uğurlu evlilik sevgini rədd edir, onu dostluqla 
əvəz etməyə çalışır.
Monten
***
Yaxşı nigahın özülü istedad və dostluqdur.
F.Nitsşe
***
Kişi evin beyni, qadın isə ürəyidir.
F.Volter
***
Sən evlənməyində ol, məhəbbət sonra gələcək.
İngilis atalar sözü
***
158

Əsl məhəbbətin nə olduğunu 
yalnız analar bilir.
O.Balzak
***
Bəşəri məhəbbətdən kənarda vətən
 sevgisi yoxdur.
A.Frans
Öz vətəninə mənsub olmayan bəşəriyyətə 
də mənsub deyil.
V.Q.Belinski
***
Həqiqi şərəfli insan ailəni özündən, 
vətəni ailədən, bəşəriyyəti vətəndən             üstün 
tutmalıdır.
C.Dalanber
***
Ən böyük şücaətlər vətənə məhbbətdən 
yaranır.
Russo
***
159

Gözəllik əxlaqi ləyaqəti yüksəldir; bunsuz 
gözəllik ürək üçün yox, ancaq göz üçündür.
Belinski
***
Qadının ləyaqət meyarı – sevdiyi kişidir.
Belinski
Həqiqi insani məhəbbət heç də hissiyatın hər 
hansı şıltaqlığı və ya ürəyin kefi üzərində deyil, 
insani ləyaqətlərə qarşılıqlı hörmət üzərində qərar 
tuta bilər.
Belinski
***
Məhəbbətin ən yaxın rəfiqəsi də, ən böyük 
düşməni də qısqanclıqdır.
C.Bruno
***
Nikahın qarşısına qoyduğu ideal, – cismani 
yaxınlıqdan başlayıb mənəvi birliyə çatmaqdır.
M.Qandi
***
160

Məhəbbət  gənclikdə daha coşqun olsa da, 
sonralar daha güclü və möhtəşəm olur.
H.Heyne
***
Heç kimi sevməyəni sevməzlər.
Demokrit
Ancaq böyük məhəbbət ailə həyatındakı 
anlaşılmazlıqları aradan qaldıra bilər.
Drayzer
***
Hörmətlə tamamlanmayan məhəbbət yüksəyə 
qalxa bilməz; o tək qanadlı mələk kimidir.
A.Düma
***
Hörmətin həmişə müəyyən hüdudu olur, 
məhəbbətin isə hüdudu yoxdur.
M.Y.Lermontov
***
161

Hər kəs öz zövqünə görə görür.
Sührəvərdi
***
İnsan sifətini  güzgüdə gördüyü kimi, öz qəlbini 
də ancaq güzgüdə görə bilər. Bu zaman güzgü 
başqasının parlaq qəlbidir.
Əbu Turxan
Heç vaxt həqiqi ehtirasla sevməmiş               insan 
həyatının yarısını , həm də gözəl yarısını 
yaşamamışdır.
Stendal
***
Dostluq da məhəbbət kimi qızıl gülə bənzəyir, 
gözəlliyi və məstedici qoxusundan başqa, 
tikanları da vardır.
V.Q.Belinski
***
Dostluq elə münasibətdir ki,                             bu 
zaman bir kişi başqası ilə bilavasitə yox,    nə isə 
162

üçüncü bir hadisəyə münasibətdə, prinsiplərdə, 
fəaliyyətdə, elmdə ittifaq kimi üzə  çıxır; qısası, 
bu ittifaq kişinin qadına münasibəti kimi təbii 
meyl olmayıb, müəyyən    obyektiv məzmuna 
malikdir.
Hegel
***
Dostluq iki bədəndə yaşayan bir nəfsdir.
Aristotel
Hər kəs ancaq özünü sevir. Dost da ona görə 
sevilir ki, o bizim ikinci Mənimizdir.
Siseron
***
Nifrət məhəbbətə keçə bilər, dostluğa yox.
Labruyer
***
Sizi sevdiyim kimi, bir-birinizi sevin.
İncil
***
Qarşılıqlı olmayan məhəbbət var, qarşılıqlı
163

 olmayan dostluq yoxdur.
Əbu Turxan
***
Zaman dostluğu möhkəmləndirir, 
məhəbbəti zəiflədir.
Labruyer
***
Məhəbbətin ömrünü dostluq uzadır.
Əbu Turxan
Dostluq qanadsız məhəbbətdir.
Bayron
***
Məhəbbət və dostluq bir-birindən hasil olur.
Fransız atalar sözü
***
Dostluq eyniyyətdən, məhəbbət fərqdən 
yaranır.
Əbu Turxan
***
164

Məhəbbət fərqlənən tərəflərin dostluğudur. Fərq 
itdikcə məhəbbət keçir, dostluq qalır.
Əbu Turxan
***
İnsanın mənəvi varlığı yalnız gözəllik duyğusu 
sayəsində bütövləşir.
Əbu Turxan
***
İnsanlar bir-biri üçündürlər.
Mark Avreli
Dostluq etməyi bacaran evlənəndə də uğurlu 
evlənər; belə ki, nigah da dostluq 
istedadına əsaslanır.
F.Nitsşe
***
Dostların məhəbbəti həm də müalicə edir.
Seneka
***
İnsan öz fərdiliyini nə qədər çox biruzə 
verirsə, o qədər də bütün mövcudatla 
birləşməyə can atır.
165

R.Taqor
***
Fəzilət sahibi olmaq istəyən adamı əvvəlcə 
«şəhvət qüvvəsi», sonra «qəzəb qüvvəsi» 
baxımından tədqiq etmək lazımdır.
Nəsrəddin Tusi
***
…Cismani ləzzət almaq həvəsi, kef çəkmək 
ehtirası ilk fitri nöqsan olaraq insanın bədənində 
özünə yer tapmışdır.
Nəsrəddin Tusi
Həqiqət və fayda doğma tellərlə ancaq 
gözəllikdə birləşir.
Hegel
***
Estetik hissə malik olmadan mənəvi cəhətdən 
inkişaf etmək mümkün deyil.
Hegel
***
166

Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı 
kimidir. Biri hərəkətə gətirir,                              o 
biri istiqamətləndirir.
C.X.Cübran
***
Milli ruh məqamına sədəcə sevgi qanadında 
yüksəlmək mümkün deyil. Bunun üçün sevginin 
ağılla birləşməsi lazımdır.
Əbu Turxan
***
Fərdi mahiyyət ailə məhəbbtində, 
ictimi mahiyyət vətən sevgisində üzə çıxır.
Əbu Turxan
Vətən sevgisi fərdi sevgidən ilahi sevgiyə 
yüksəliş yolunda bir məqam kimi ortaya çıxır.  
Əbu Turxan
***
İlahi eşq ideyası getdikcə solmuş, cırlaşmış və 
onun yerini fərdi məhəbbət tutmuşdur.
Əbu Turxan
***
167

Sonsuz hissin sonlu varlığa yönəldilməsi sözün 
müstəqim mənasında məcnunluqdur.
Əbu Turxan
***
Allahı sevməyin yolu insanları və təbiəti 
sevməkdən keçir.
Əbu Turxan
***
İnsan ömrü boyu instinktiv və intuitiv şəkildə ta-
mamlanmağa, bütövləşməyə,                      Vahidə 
can  atır.
Əbu Turxan
İnsanın təbiətdəki gözəlliyə meyli,       məf-
tunluğu, aludəçiliyi də tamamlama hissinin, har-
moniya duyğusunun təzahürüdür.
Əbu Turxan
***
Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük 
yaradana ünvanlananda onun həddi-hüdudu 
olmaya bilər.
Əbu Turxan
168

***
İlahi məhəbbət sevginin müqəddəslik duyğusu ilə 
birləşməsindən doğur.
Sevginin ali mərtəbəsi – vəhdəti-vücud 
məqamı!
Əbu Turxan
***
Əqllə sərinləşdirilməyən yanar məhəbbət    uçub 
gedəcək.
Əbu Turxan
Sanki bütün dünya sevgililərin sevincinə 
şərik olur.
Əbu Turxan
***
Şəhvət məhəbbət kontekstində, məhəbbət isə 
həyat kontekstində dəyərlidir.
Əbu Turxan
***
169

Daha çox bədənlə, insanın cismani   enerc-
isi ilə bağlı olan diskret bir hissi-bioloji vəziyyət 
müntəzəm və daimi hiss olan məhəbbət duyğusu 
ilə eyni tərtibli deyil.  
Əbu Turxan
***
Məhəbbət ehtirasının şövqü cismani ləzzət 
hissini kölgədə qoyur.
Stendal
***
Əvvəl məhəbbət, sonra nikah:  əvvəl  alov, 
sonra tüstü.
N.de Şamfor
Sevgisiz insan cilalanmamış almaz kimidir.
Çin atalar sözü
***
Həqiqət eşqdə nazil olsa da, 
Hərf və məna libasına büründü.
Ənvar Qasimi
***
170

Ailəni dayanıqlı edən qadın ilə kişi arasında 
eyniyyət yox, fərqdir. Məhəbbət özü də bu 
fərqin sayəsində mümkün olur.
Əbu Turxan
***
Hərə özünün qiymətli nəyi varsa,    sevəcəyi 
adam üçün saxlayır.
Əbu Turxan
***
Eşqdə susmaq danışmaqdan faydalıdır.
Yapon atalar sözü
171

MÜNDƏRİCAT
Oxucular təklif və rəylərini  aşağıdakı 
ünvana göndərə bilərlər:
E-mail: 
ssx
   @azun.baku.az
 
 
   
abuturxan@hotmail.com
172



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə