- 18 -
məsələn, elementar zərrəciklər nəzəriyyəsinin,
kvant elektrodinamikasının, ifrat keçiriciliyin və s.
tədqiqi ilə bağlı Azərbaycanda heç kim fəaliyyət
göstərməsə, bu sahələr inkişaf etmiş xarici ölkələrdə
onsuz da tədqiq olunacaqdır. Bu sahələrdə əldə olu-
nan yeni elmi biliklərin tətbiqi Azərbaycanın texniki
imkanları şəraitində onsuz da mümkün deyildir.
Fundamental elmlərin ön cəbhəsində əldə edilən ye-
niliklər ancaq çox yüksək texnika və texnologiya
bazasında istifadə olunmaqla praktik səmərə verə
bilər. Azərbaycanda bu sahələrin ancaq nəzəriyyəsi
ilə, əslində nəzəriyyə də çox vaxt operativ eksperi-
mental dəstək tələb etdiyindən, riyaziyyatı ilə məş-
ğul olurlar. Bəli, riyaziyyat yeganə sahədir ki, bura-
da eksperimental baza və müvafiq texnoloji inkişaf
səviyyəsi olmadan da, elmin ön cəbhəsinə girmək
mümkündür. Təki intellekt olsun, istedad olsun. İn-
tellektual imkanlarına görə isə bizim millət heç kim-
dən geri qalmadığından, alimlərimiz məhz nəzə-
riyyə və riyaziyyatla bağlı sahələrdə böyük uğurlar
əldə edərək dünya elminə layiqli töhfələr verirlər.
Lakin bizim dünya elminə verdiyimizlə ondan aldı-
ğımız arasında optimal balans yaranırmı? Böyük is-
tedad sahibi olan alimlərimizin dünyada gedən elmi
proseslərdəki iştirakı pərakəndə xarakter daşımırmı?
Elmi tədqiqatın, elmi informasiyanın əslində çox
qiymətli olduğu bir zamanda biz tədqiqatlarımızın
nəticələrini dünya elminə havayı bağışlamırıqmı?