- 6 -
ixtisası bilməklə elmin təşkilati strukturu və infra-
strukturu barədə hökm vermək olmaz. Çünki elmşü-
naslıq özü ayrıca bir ixtisas sahəsidir. Bax bizim
Akademiyada çatışmayan da elə elmşünaslıq sahə-
sində bir nəfər də olsun yüksək ixtisaslı mütəxəssisin
olmamasıdır. Axı, hər hansı bir konkret sahənin nü-
mayəndəsi, qoy lap böyük nümayəndəsi: riyaziyyatçı,
geoloq, ədəbiyyatşünas, hətta fəlsəfəçi bütövlükdə
elm haqqında, elm-təhsil, elm-istehsalat, elm-mədə-
niyyət sistemləri və bu sistemlərin hər birində elmin
spesifik yeri və funksiyası haqqında fikir yürütməyə
nə dərəcədə səlahiyyətlidir?
Bəs görəsən, Akademiya rəhbərliyi niyə kənar-
dan (“kənar” dedikdə biz heç də ölkədən kənarı deyil,
Akademiyadan kənarı nəzərdə tuturuq) mütəxəssis-
elmşünas dəvət etmir? Niyə bəzi elmi institutların
universitet elmi ilə, bəzilərinin isə müvafiq sahə elmi
ilə inteqrasiyasından bu dərəcədə narahatdırlar? Aka-
demiyada humanitar və ictimai elmlərin prioritetliyi
konsepsiyasının müzakirəsindən niyə belə çəkinir-
lər?!
Kitabda müasir mərhələdə Azərbaycanda va-
hid elm və təhsil siyasətinin həyata keçirilməsi,
fundamental və tətbiqi elmlərin spesifik təşkilati
strukturu və bu sahədə aparılmalı olan optimal isla-
hatın mümkün variantları nəzərdən keçirilir.