MÜŞRİK OLAN QOHUMLARA YAXŞILIQ ETMƏK VƏ HƏDİYYƏ GÖNDƏRMƏK - İbn Ömər – radiyallahu anhu – rəvayət edir ki, Ömər – radiyallahu anhu – satılmaqda olan (tərkibində ipək) paltarı gördükdə dedi: «Ya Rəsulullah! Bu paltarı al. Cümə günü və ya qonaqlar sənin yanına gəldikləri zaman onu geyərsən». Peyğəmbər: «Bunu yalnız axirətdə nəsibi olmayan geyər» deyə buyurdu. (Bir müddətdən sonra) Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bu paltardan (hədiyyə) olaraq verildi. O, da onu Ömər – radiyallahu anhu – ya göndərdi. Ömər – radiyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – i görüb dedi: «Ya Rəsulullah! Sənin dediyin sözlərdən sonra mən bu paltarı necə geyinə bilərəm?». Peyğəmbər: «Mən onu geyinmək üçün sənə göndərmədim. Onu (ehtiyac) olduqda satarsan, yaxud da (müsəlman olmayan) birinə geyindirərsən» deyə buyurdu. Bundan sonra Ömər –radiyallahu anhu – paltarı müşrik olan (süd) qardaşına hədiyə etdi»577. Həkim b. Hizam – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdum: «Cahiliyyə zamanında (İslamdan əvvəl) etdiyim qohumluq münasibətləri, (kölə) azad etmək və sədəqə kimi əməllərə nə deyirsən, bunlardan mənə mükafat varmı?». Peyğəmbər: «Olub-keçən yaxşılıqlarla bərabər müsəlman oldun (bu əməllər savab olaraq sənə yazılmışdır)»578. Bəkkar b. AbdulAziz –radiyallahu anhu – atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah bütün günahlara görə dilədiyi cəzanı Qiyamət gününə saxlayır. Yalnız azğınlıq etmək və valideynlərin üzünə ağ olmaq, yaxud qohumluq əlaqələrini kəsmək istisnadır. Bu günah sahibinin cəzasını isə dünyada ikən ölməmişdən əvvəl verir»579. Bəra b. Azim – radiyallahu anhu – rəvayət edir ki, bir bədəvi ərəb Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedi: «Ey Allaaın Rəsulu! Məni Cənnətə salacaq bir əməl öyrət» dedi. Peyğəmbər: «Sən çox böyük bir şey haqqında soruşdun. Kölə azad et və ya kimsəni köləlikdən azad et» deyə buyurdu. Bədəvi: «Bunlar ikisidə eyni şey deyilmi?». Peyğəmbər: «Xeyr, kölə azad etmək (öz vəsaitinlə), kimsəni köləlikdən azad etmək isə kölənin azad edilməsinə köməklik göstərməkdir. (habelə yaxınlarına) bol-bol süd verən qoyun bağışla, qohumlara qənimətdən pay ver. Əgər bunları da etməyə gücün çatmazsa yaxşılığı əmr et və pislikdən çəkindir. Buna da gücün çatmazsa dilini qoru və yalnız xeyirli söz söylə»580.