SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə125/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   121   122   123   124   125   126   127   128   ...   330
QOHUMLUQ ƏLAQƏLƏRİNİ KƏSƏN

«Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirədə haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə! Həqiqətən sağa-sola səpələyənlər şeytanın qardaş-larıdır. Şeytan isə Rəbbinə qarşı nankordur! Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onlardan (kömək göstəril-məsi lazım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburuyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən) heç olmasa onlara (darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm kimi) xoş bir söz de! Nə əldən çox bərk ol, nə də əlini təmamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan» (əl-İsra 26-29). «Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1). «Əgər üz döndərsəniz sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənil-məzmi». (Məhəmməd 22). Kuleyb b. Mənfəa rəvayət edir ki, babam dedi: «Ya Rəsulallah! Kimə yaxşılıq edim?». Peyğəmbər: «Anana, atana, bacına, qardaşına, və himayəndə olan yaxınlarına. Budur vacib haqq və qohumluq əlaqəsi»559. Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki: «Və ən yaxın qohumlarını qorxut!» (əş-Şuəra 214)-cü ayəsi nazil olduqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – ayağa qalxıb buyurdu: «Ey Kəb b. Luey oğullar! Özünüzü oddan xilas edin. Ey Abdi Mənaf oğulları! Özünüzü oddan xilas edin. Ey Həşim oğulları! Özünüzü oddan xilas edin. Ey AbdulMuttalib oğulları! Özünüzü oddan xilas edin. Ey Muhəmmədin qızı Fatimə! Özünü oddan xilas et. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Yalnız sizinlə qohumluq əlaqələrim olduğu üçün sizə yaxşılıq edirəm»560. Əbu Əyyub əl-Ənsari – radiyallahu anhu – rəvayət edir ki, səfərlərin birində bir Bədəvi Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısına çıxıb dedi: «Ya Rəsulullah! Cənnətə yaxınlaşdıracaq və Cəhənnəmdən uzaqlaşdıracaq əməli mənə bildir». Peyğəmbər: «Allaha ibadət et və Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmləndir» deyə buyurdu561. Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Uca və Böyük olan Allah məxluqatı yaratdıqdan sonra yaratma işi tamam olduqda Rahim – qohumluq bağı ayağa qalxdı». Allah: «Dur! Söylə nə istiyirsən?» deyə buyurdu. Rahim: «Mənim bu qalxmağım qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın qalxmasıdır». Allah: «Sənə yaxşılıq edənə yaxşılıq etməklə və səndən yaxşılığı kəsəndən yaxşılığımı kəsməyimlə razı deyilsənmi?». Rahim: «Razı oluram Ey Rabbim!» dedi. Allah: «Bu höküm sənindir». Sonra Əbu Hureyrə – radiyallahu anhu – dedi ki, istəsəniz bu ayəni oxuya bilərsiniz: «Əgər (Peyğəmbərdən) üz döndərsəniz sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq tellərini qırmaq gözlənilməzmi» (Məhəmməd 22)»562. əl-Miqdam b. Mədi Kərib – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah analarnıza yaxşılıq etməyinizi əmr edir, sonra yenə də analarnıza yaxşılıq etməyinizi əmr edir, sonra atalarnıza yaxşılıq etməyinizi əmr edir, sonra ən yaxın qohum-əqrabaya, ondan sonra ən yaxın qohum-əqrabaya sırasına görə yaxşılıq etməyi əmr edir»563.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin