ÖVLAD ATASINI ADI İLƏ ÇAĞIRMAZ, ONDAN ƏVVƏL OTURMAZ VƏ ONDAN İRƏLİDƏ GETMƏZ -Rəvayət edildiyinə görə Əbu Hureyrə – radiyallahu anhu –iki nəfəri gördü və bunlardan birinə: «Bu sənin nəyindir?». Adam: «Atamdır» dedi. Əbu Hureyrə: «O, halda onu adı ilə çağırma, ondan irəlidə getmə və ondan əvvəl də oturma»556.
ANANIN VƏ ATANIN YANINA GİRMƏK ÜÇÜN İZN İSTƏMƏK -Əlqəmə rəvayət edir bir kişi Abdullahın yanına gəlib dedi: «Anamın otağına girmək üçün izn almalıyammı?». O: «Məgər sən onu hər cür vəziyyətdə görmək istəyərsənmi? (Başqa rəvayətdə: Ananın yanına izn istəmədən girsən. Xoşuna gəlməyən şeyi görərsən)» dedi557. Peyğəmbər – sallallahu aleyhi və səlləm –buyurdu: «Xala - ana yerindədir»558.