SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


ANA-ATAYA ƏZİYYƏT EDƏNİN CƏZASI -



Yüklə 3,12 Mb.
səhifə121/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   117   118   119   120   121   122   123   124   ...   330
ANA-ATAYA ƏZİYYƏT EDƏNİN CƏZASI - Əbu Bəkrə –radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «(Allah tərəfindən) günah sahibinə verilən cəzanın (Axirət gününə) saxlanılması ilə yanaşı (həmən cəzanın dünyada da) ona tezliklə verilməsi üçün (valideynə qarşı) azğınlıq etmək və qohumluq əlaqlələrini kəsmək kimi günahdan daha münasib bir günah yoxdur»543. Cabir b. Abdullah - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – minbərə qalxdı. Minbərin birinci pilləsinə qalxıb: «Amin!» dedi. Sonra ikinci pilləsinə qalxıb: «Amin!» dedi. Sonra da üçüncü pilləsinə qalxıb: «Amin!» deyə buyurdu. Səhabələr: «Ey Allahın Rəsulu! Biz sənin üç dəfə Amin – dediyini eşitdik» dedilər. Peyğəmbər: «Birinci pilləyə qalxdıqda Cəbrail – əleyhissəlam – yanıma gələrək: «Ramazana yetişib günahları bağışlanmış halda ondan ayrılan bəndə bədbəxt olsun!». Mən də: «Amin!» dedim. Sonra: «Valideynlərinin hər ikisi, yaxud biri qocalaraq onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub bu səbəbdən də) Cənnətə daxil olmayan bəndə bədbəxt olsun». Mən də: «Amin!» dedim. Sonra: «Yanında xatırlandığım zaman mənə salşavat gətirməyən bəndə bədbəxt olsun». Mən də: «Amin!» dedim544. İbn Ömər – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Valideynlərinə qarşı çıxan və qədəri inkar edən Cənnətə girməz»545. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bütün günahları Allah Qiyamət gününə qədər dilədiyi qədər təxirə salar. Yalnız valideynlərinə qarşı çıxandan başqa. (Allah) valideynlərinə qarşı çıxana (əzabını əndirməkdə) tələsər»546. Vəhb b. Munəbbih rahmətullahi aleyhi - deyir ki: Allah Musa – əleyhissəlam – buyurdu: «Ey Musa! Valideynlərinə çox hörmət et! Kim ana-atasına hörmət edərsə ömrü uzanar və ona itaət edən bir övlad verilər. Kim də ana-atasına qarşı çıxarsa ömrü qısalar və ona qarşı çıxan bir övlad verilər». Əbu Bəkr b. Əbi Məryəm – rahmətullahi aleyhi - deyir ki: «Tövratda – atasını döyən öldürülür (yazıldığını) oxudum». Vəhb – rahmətullahi aleyhi - deyir ki: «Anasını döyən öldürülür – (hökmü) Tövratda vardır».
ANA-ATANIN DUASI - Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Üç kimsənin duası qəbuldur və bunların qəbul olunmasında heç bir şübhə yoxdur. Zülmə məruz qalanın (məzlumun) duası, yolçunun (müsafirin) duası və ana-atanın övladına etdiyi dua»547. Əbu Hureyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanlardan heç bir kimsə beşikdə ikən danışmamışdır. Yalnız Məryəm oğlu İsa əleyhissəlam ilə, Cureycin sahibi danışmışdır. (Səhabələrdən biri): «Ya Rəsulallah! Cureycin sahibi kimdir?» deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Cureyc ibadətgahda ibadət edən bir kimsə idi. İbadətgahın yanında bir çoban da qalırdı. Bu çobanın yanına (İsrail oğullarından) olan fahişə bir qadın daima gəlib gedərdi. Bir gün namazda ikən anası gəlib: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «(Öz-özündə) Ya Rəbbim! Anam yoxsa namazım! (yəni anama cavab verim yoxsa namazıma davam edim) deyə düşündü və namazını səçərək davam etdi. Anası da cavab almadığı üçün dönüb getdi. Səhər anası yenə də gəldi. Cureyc yenə də namaz qılan halda idi. Anası: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazını seçərək davam etdi. Anası yenə də cavab almadığı üçün dönüb getdi. Səhəri Cureyc namaz qılarkən anası yenə də gəldi və: «Ya Cureyc!» deyə səslədi. Cureyc: «Ya Rəbbim! Anam yoxsa namazım!» deyə düşündü və yenə də namazına üstünlük verərək davam etməyə başladı. Beləcə üç dəfə çağırdığı halda cavab almayan ana: «Ya Rəbbim! Bu oğluma fahişə qadınların üzünə baxmadıqca Sən onu öldürmə (onun canını alma)!» deyə bəd dua etdi.

Bir müddətdən sonra (çobanın yanına gəlib-gedən) o, qadın hamilə qalıb bir uşaq doğdu. O, qadın doğduğu uşaqla birlikdə məmləkətin hökmdarının yanına gətirildi. Hökmdar: «Bu uşaq kimdəndir?» deyə soruşdu. Qadın: «Cureycdən!» dedi. Hökmdar yenə: «İbadətgahın sahibindənmi?» deyə soruşdu. Qadın: «Bəli!» dedi. Hökmdar: «İbadətgahı dağıdın, onu (Cureycin) özünü isə bura gətirin!» deyə əmr verdi. Baltalarla ibadətgahı vurub dağıtdılar. Cureycin qollarını bağlayıb (hökmdarın) yanına gətirdilər. Fahişələrin yanına çıxarıldıqda Cureyc gülümsədi. Onlar da insanlar içərisindən Cureycə baxırdılar. Hökmdar: «Bu qadın nə iddia edir?» dedi. Cureyc: «Nə iddia edir?» deyincə hökmdar: «İddia edir ki, bu uşaq səndəndir!». Cureyc qadına: «Sən bu cür iddia edirsən?» dedi. Qadın da: «Bəli!» deyə cavab verdi. Cureyc: «Uşaq haradadır?» deyə soruşdu. «O, qadının qucağındadır!» dedilər. Cureyc uşağa tərəf dönüb: «Sənin atan kimdir?» dedi. Uşaq: «Filan çobandır!» deyə cavab verdi. (Bu halı görən) Hökmdar: «Sənin ibadətgahını qızıldan düzldəkmi?» dedi. Cureyc: «Xeyr!» deyə cavab verdi. Hökmdar yenə də: «Sənin ibadətgahını gümüşdən düzldəkmi?» dedi. Cureyc: «Xeyr!» deyə cavab verdi. Hökmdar: «Yaxşı onda nə edək?» deyincə Cureyc: «Onu əvvəlki vəziyyətinə qaytarın!» dedi. Hökmdar: «Sən mənim yanıma gələndə niyə gülümsədin?» deyə soruşdu. Cureyc: «Xatırladığım bir işə gülümsədim, anamın bəd duası qəbul olundu!» dedi. Sonra başına gələn hadısəni onlara xatırlatdı548.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin