SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


GÜNAH OLMADIQCA ANA-ATAYA İTAƏT -



Yüklə 3,12 Mb.
səhifə119/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   115   116   117   118   119   120   121   122   ...   330
GÜNAH OLMADIQCA ANA-ATAYA İTAƏT - Əbu Dərda –radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – doqquz şeyi əmr etmişdir: «Parça-parça doğranılsan və ya yandırılsan da belə Allaha heç bir şeyi şərik qoşma. Qəsdən (səbəb olmadan) fərz namazını əsla tərk etmə. Onu qəsdən tərk edəndən Allahın himayəsi qalxmış olur. Əsla şərab içmə. Çünkü o, hər bir pisliyin açarıdır. Ana-ataya itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr onlara görə bundan əl çək. Özünü haqlı saysan da belə təyin olunmuş əmirlərlə çəkişmə. Dostların (yoldaşların) qaçsa və həlak olsan da belə sən müharibədən qaçma. Varlığından (zənginliyindən istifadə edərək) ailənə xərclə, dəyənəyi onların üzərindən qaldırma və onları Uca və Böyük olan Allahın haqqı ilə qorxud»534. Abdullah b. Amr –radiyallahu anhu – rəvayət edir ki, cihada getmək üçün bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldi. Peyğəmbər: «Valideyinlərin həyatdamı?». Adam: «Bəli!». dedi. Peyğəmbər: «(Madəm ki, valideyin-lərin həyatdadır) onlar üçün çalış (onlara yaxşılıq və ehsan) et» deyə buyurdu535. Əbu Səid əl-Xudri – radiyallahu anhu – rəvayət edir ki, cihada getmək üçün bir nəfər Yəməndən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldi. Peyğəmbər: «Valideyinlərin həyatdamı?». O: «Bəli» dedi. Peyğəmbər: «Onlar sənə izn verdilərmi?» deyə buyurdu. O: «Xeyr» dedi. Peyğəmbər: «Qayıt onlardan izn istə. İzn versələr vuruş, əks halda isə qayğılarına qal»536. Cihada getmək üçün bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldi və: «Mən cihad etmək istəyirəm» dedi. Peyğəmbər: «Anan varmı?» deyə soruşdu. O: «Bəli, vardır» dedi. Peyğəmbər: «Cihada getmək yerinə ananın yanında qal və ona xidmət et. Çünki Cənnət onun ayağının altındadır (Başqa rəvayətdə: Onun ayağının dibindən ayrılma. Çünki onda Cənnət vardır)»537. Muaz b. Ənəs – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ana-atasına yaxşılıq edənə Cənnət olsun, Uca və Böyük olan Allah onun ömrünə bərəkət versin (ömrünü uzadsın)»538. Sad b. Əbu Vaqqas – radiyallahu anhu – deyir ki, mənim haqqımda Qurani Kərimdə dörd ayə nazil olmuşdur. Anam mən Peyğəmbər – sallallahu aleyhi və səlləm – in dinindən dönmədikcə yeməməyə və içməməyə and içmişdir. Buna görə Allah bu ayəni nazil etdi: «Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). (Loğman 15). Mən (qənimətindən) çox xoşuma gələn bir qılınc götürmüşdüm. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Ey Allahı Rəsulu! Bunu mənə hədiyyə et!» dedim. Bundan sonra: «(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşurlar». (əl-Ənfal 1). Mən xəstələnmişdim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – məni ziyarət etdi. Dedim ki, ey Allahın Rəsulu! Mən malımı bölmək istəyirəm, yarısını vəsiyyət edə bilərəmmi? Peyğəmbər: «Xeyr!» dedi. Üçdə birini dedim, Peyğəmbər sükut etdi. Bundan sonra üçdə birini vəsiyyət etməyə icazə verildi. Ənsarlardan bir topluluq ilə içki içmişdim. Onlardan biri (Məkkə yolu üzərində) olan Lehyey Cəməl adlı yerdə burnumdan vurdu. Mən də (şikayət üçün) Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gəldim. Bundan sonra Allah içkini haram edən ayəni nazil etdi539. Əsmə b. Əbu Bəkr – radiyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in (Hudeybiyyə) müqaviləsi zamanında anam (ona qayğı və ehsan) edim deyə bizə qonaq gəldi. Mən də Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən bu haqda soruşdum: «Ona yaxşılıq edimmi?» Peyğəmbər: «Bəli!» deyə buyurdu. İbn Uyeynə – radiyallahu anhu – deyir ki, bu hadisədən sonra Allah: «Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlara ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər» (əl-Mumtəhinə 8)-ci ayəsini nazil etdi540. Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki, mənim barəmdə eşidən elə bir Yəhudi və Xristian yoxdur ki, məni sevməsin. Çünki (İslamı qəbul etməmiş) anamın müsəlman olmasını istiyirdim. O, da qəbul etmirdi. Mən ona (İslamı qəbul et) dedim, o, da qaçındı. Bundan sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına getdim və dedim ki: «Anam üçün Allaha dua et!». O, da dua etdi. Evə qayıtdıqda anam qapını üzümə bağlamışdır. (Qapının arxasından) dedi: «Ey Əbu Hureyrə mən müsəlman oldum». Mən də bu hadisəni Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə xəbər verdim və dedim: «Mənim üçün və anam üçün Allaha dua et!». Peyğəmbər: Allahım! Qulun Əbu Hureyrəni və anasını insanlara sevdir» deyə buyurdu541.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin