SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H


«Rəbbiniz yalnız ona ibadət etməyi və valideynlərlə xoş rəftar etməyi buyurmuşdur»



Yüklə 3,12 Mb.
səhifə117/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   113   114   115   116   117   118   119   120   ...   330
«Rəbbiniz yalnız ona ibadət etməyi və valideynlərlə xoş rəftar etməyi buyurmuşdur». (əl-İsra 23). «Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşayıb qocalığının ən düşkün çağına yetərsə onlara UF belə demə, üstlərinə qışqırma, acı söz söyləmə, onlarla xoş danış». (əl-İsra 23). «Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və ata-ananıza şükr edin. Axır dönüş Allahadır». (Loğman 14). «Onların hər ikisini acıyaraq mərhəmət qanadının altına alıb Pərvərdigara onlar məni körpəliyimdən tərbiyyə edib bəslədikləri kimi Sən də onlara rəhm et. De ki: Rəbbimiz ürəklərdə olanları biləndir. Əgər əməlisaleh olsanız Rəbbiniz həqiqətən tövbələri qəbul edəndir. Qohuma da, miskinə də, müsafirə də haqqını ver». (əl-İsra 26). «Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etmişdik. Ey insan əgər valideynlərin bilmədiyin bir şeyi mənə şərik qoşmağına cəhd göstərsələr onlara itaət etmə». (əl-Ənkəbut 8). Əbu Bəkrə – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm –: «Sizə böyük günahların ən böyüyündən xəbər verimmi?» deyib bu sözü üç dəfə təkrar etdi. Səhabələr: «Bəli, ya Rəsulallah!» dedilər. Peyğəmbər: «Allaha şərik qoşmaq və ana-ataya üsyan etmək» deyə buyurdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – uzanmış halda durub oturdu və: «Yalan söz, yalan şahidlik! deyə bu sözləri o, qədər təkrar etdi ki, (öz-özümə) kaş ki, susaydı dedim517. Abdullah b Məsud – radiyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən: «Əməllərin hansı biri Uca və Böyük olan Allaha daha sevimlidir?» deyə soruşdum. Peyğəmbər: «Vaxtında qılınan namaz». Mən: «Sonra hansıdır?» dedim. O: «Ana və ataya yaxşılıq etmək» dedi. Mən: «Sonra hansıdır?» dedim. O: «Allah yolunda cihad etmək» deyə buyurdu. (Hədisi rəvayət edən) deyir ki: «Əgər soruşsaydım yenə əlavə edərdi»518. Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zəlil oldu, zəlil oldu, zəlil oldu». Səhabələr: «Kim Ya Rəsulullah!» deyə soruşdular. Peyğəmbər: «O, kimsədir ki, ana-atası və ya bunlardan biri (onun yanında yaşayaraq) ixtiyar yaşına çatmış və onların (üzünə ağ olaraq) Cəhənnəmə girmişdir» deyə buyurdu519. Abdullah b. Ömər – radiyallahu anhu – rəvayət edir ki: «Rəbbin razılığı valideyinin razılığıdır, Rəbbin qəzəbi isə valideyinin qəzəbinə görədir»520. Bəhz b. Həkim atasından, o da babasından rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdum: «Ya Rəsulullah! Yaxşılıq edilməyə ən layiq insan kimdir?» dedim. Peyğəmbər: «Anan» dedi. Mən: «Sonra kimdir?» dedim. O: «Anan» dedi. Mən: «Sonra kimdir?» dedim. O: «Anan» dedi. Mən: «Sonra kimdir?» dedim. O: «Atan» dedi. Sonra yaxın olanlara (qohum-əqrabaya), sonra ondan da yaxın olan (qohum-əqrabaya) deyə buyurdu521. Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Ey Allahın Rəsulu! Mənə nə əmr edirsən?» deyə soruşdu. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) yenə də təkrarladı. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) yenə də təkrarladı. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) yenə də təkrarladı. Peyğəmbər: «Ananın qayğısına qal» dedi. (Adam sualını) beşinci dəfə təkrar etdi. Peyğəmbər: «Atanın qayğısına qal» deyə buyurdu522. Ata b. Yəsir – radiyallahu anhu – dan rəvayət edildiyinə görə bir nəfər İbn Abbas – radiyallahu anhu – nun yanına gələrək dedi: «Mən bir qadına aşiq oldum. Lakin mənimlə nigahlanmağı qəbul etmədi. Sonra başqa birisi ona aşiq oldu və onunla nigahlanmağı qərarlaşdırdı. Bundan ötrü onu bərk qısqandım və (qadını) öldürdüm. Mənim üçün bir tövbə yolu varmı?». İbn Abbas: «Anan həyatdadırmı?» deyə soruşdu. Adam: «Xeyr» deyə cavab verdi. İbn Abbas dedi: «Uca və Böyük olan Allaha tövbə et və Ona yaxınlaşmaq üçün gücün çatdığı qədər səy göstər» dedi. Ata b. Yəsir – radiyallahu anhu – deyir ki, İbn Abbasın yanına gələrək: «O, adamın anasının həyatda olub-olmadığını nə üçün soruşdun?» dedim. İbn Abbas: «İnsanın anasına yaxşılıq etməsindən Allaha yaxınlaşdıracaq daha gözəl bir əməl bilmirəm»523. İbn Abbas – radiyallahu anhu – rəvayət edir ki, müsəlman ana-ataya sahib olan bir müsəlman Allahdan savab gözləyərək onların qulluğunda durarsa, Allah ona heç şübhəsiz ki, Cənnətdən iki qapı açar. Əgər ana-atadan biri sağ olarsa və (ona da Allahdan savab diləyərək qulluq edərsə) Allah ona Cənnətdən bir qapı açar. Əgər onlardan birini qəzəbləndirərsə, valideyin ondan razı qalmadıqca Allah da ondan razı qalmaz. İbn Abbas – radiyallahu anhu – dan soruşuldu: «Əgər ana-ata o, övlada zülm etmiş olsalar da?». O: «Övlada (dünya işlərində) zülm etmiş olsalar da belə (rizalarını almadıqca Allah o, övlatdan razı qalmaz)» deyə cavab verdi524. Urva – radiyallahu anhu –: Ana-ataya acıyaraq hər ikisini də mərhəmət qanadının altına al» (əl-İsra 24) ayəsinin təfsirində demişdir: «Ana-atanın sevmiş olduqları hər hansı bir şeyi yerinə yetirməkdən çəkinmə (onların istədiyinə mane olma)»525.

ANA-ATA HAQQINI ÖDƏMƏK - Əbu Hureyrə – radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Övlad heç bir yaxşı əməllə valideyn haqqını ödəyə bilməz. Yalnız valideyn qul (kölə) olarsa onu satın alaraq azad etdikdən sonra onun haqqını ödəmiş olar»526. Səid b. Əbu Burdə – radiyallahu anhu – rəvayət edir ki, İbn Ömər – radiyallahu anhu – nun Yəmənli bir nəfərin belində anasını daşıyaraq Kəbəni təvaf edərkən belə dediyinin şahidi olmuşdur: «Anamın zəlil olmuş bir dəvəsiyəm mən. Dəvə yorulsa da yorulmaram mən». Sonra Yəmənli dedi: «Ey İbn Ömər! Anamın haqqını ödəmiş oldummu?». İbn Ömər: «Xeyr! (Hamiləlik və ya doğuş zamanı) tək bir «AH» çəkməsini də belə ödəmiş olmadın (Başqa rəvayətdə: Çünki o, səni uşaqlıqdan yaşatmaq üçün çalışıb böyüdmüşdür. Sən isə baxırsan ki, o nə vaxtsa öləcək)». Sonra İbn Ömər – radiyallahu anhu – təvafını bitirib məqami İbrahimə gəldi və orada iki rükət namaz qıldı». Sonra dedi: «Ey Əbu Musa! Hər (təvaf sonunda qılınan) iki rükət namaz özündən əvvəlki günahları ört basdır edər» 527. Abdullah b. Amr – radiyallahu anhu – rəvayət edir ki, valideyinlərini ağlar buraxaraq hicrət etmək üçün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə beyət edən bir nəfər gəldi. Peyğəmbər: «Ana-atanı ağlar buraxaraq gəldiyin kimi də geri dön, onları güldür və sevindir»528. İbn Ömər – radiyallahu anhu – rəvayət edir ki, ana-atanı ağlatmaq, (onlara) üsyan etməkdir (nankorluq) və böyük günahlardandır529. Əbu Hazm – radiyallahu anhu – rəvayət edir ki, Ummu Hani b. Əbu Talibin mövlası Əbu Murra ona bu xəbəri vermişdir. Əbu Murra minikli olaraq Əbu Hureyrə – radiyallahu anhu – ilə birlikdə onu Əqiq adlanan yaşayış yerinə gəldim. Əbu Hureyrə – radiyallahu anhu – ona aid olan yerə çatdığı vaxt yüksək səslə: «Allahın salamı, rəhməti və bərəkəti üzərinə olsun ey anacan!» deyə qışqırardı. Anası da: «Allahın salamı, rəhməti və bərəkəti sənin də üzərinə olsun» deyə cavab verərdi. Əbu Hureyrə: «Məni körpəliyimdən (şəfqət və mərhəmətlə) necə böyüdüb, tərbiyyə edib boya-başa çatdırdınsa, Allah da sənə mərhəmət etsin». Anası da: «Oğlum! Səni də Allah xeyirlə mükafatlandırsın. Bu ixtiyar çağımda mənə yaxşılıq və ehsan etdiyin və (məni razı etdiyin) kimi Allah da səndən razı olsun» deyə cavab verirdi530.



Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin