ANA-ATASINA LƏNƏT EDƏNLƏR- Əbu Tufeyl rəvayət edir ki, Əli – radiyallahu anhu – dan: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – in heç bir kəsə söyləmədiyi bir şeyi xüsusi olaraq sizə söylənildimi?» deyə soruşuldu. Əli: «Peyğəmbər – sallallahu aleyhi və səlləm – bütün insanlara aid etmədən xüsusi olaraq bizə bir şeylər söyləməmişdir. Yalnız bu qılıncımın qınında olan (kağızdakilərdən) başqa. Sonra (qılıncının qınından) bir kağız parçası çıxartdı, orada bu sözlər yazılmışdır: «Allahın adından qeyrisinə (bütlərə və müəyyən şəxslərə) qurban kəsənə Allah lənət etsin. Yer üzündəki sərhədləri dəyişənə Allah lənət etsin. Ana-atasına lənət edənə Allah lənət etsin. (Bidətçiyə və ya cinayətkara) fitnəkara sığınacaq verənə Allah lənət etsin»531. Abdullah b. Amr –radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsənin ana-atasına söyməsi böyük günahlar-dandır». Səhabələr: «Heç (adam öz valideynlərini) söyərmi?» deyə soruşdular. Peyğəmbər: «Birisinin (valideynlərini) söyür, o da onun ata-anasını söyür» deyə buyurdu532. Abdullah b. Amr – radiyallahu anhu – rəvayət edir ki, insanın atasının söyülməsinə səbəb olması Allah dərgahında böyük günahlardandır533.