Ramazan ayında Oruc tutmamaq böyük günahlardandır. Müsəlman bir kimsə özünü Allahın qəzəbindən və cəzasından özünü qorumalıdır. «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır». (ət-Təhrim 6). Əbu Uməmə əl-Bəhili - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yatdığım zaman yanıma iki nəfər gəldi. Məni qollarımdan tutub, çıxılması olduqca çətin olan bir dağın yanına gətirdilər və çıx dedilər». Mən bunu bacarmaram, dedikdə: «Biz onu sənin üçün asanlaşdırarıq» dedilər. Mən də dağa çıxdıqda dağın təpəsindən olduqca dəhşətli səslər eşitməyə başladım. «Bu səslər kimin səsləridir?» dedim: «Bunlar Cəhənnəmliklərin ulaşmalarıdır» dedilər. Sonra məni götürüb, topuqlarından asılmış bir topluluğun yanına gətirdilər. Ağızları parça-parça olmuş, ağızlarından qan axırdı. Mən dedim: «Bunlar kimlərdir?» Bunlar oruc açmaları halal olmadan qabaq oruclarını yeyənlərdir501. İbn Abbas - radıyallahu anhu – deyir ki: «İslamın özü və dinin təməli üçdür. 1. Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur şəhadəti. 2. Namaz qılmaq. 3. Ramazan orucunu tutmaq. Kim bu üçündən birini tərk edərsə kafir olar»502. İmam Zəhəbi – rahmətullahi aleyhi - deyir ki: «Alimlər arasında bilinən bir həqiqətdir ki, Ramazan orucunu xəstəlik və ya başqa bir səbəb olmadan tərk edən kimsə zina edənin, faiz yeyənin və İçki içəndən daha şərlidir. Həta onun müsəlmanlığında da şübhə edərlər, onu zındıqlardan zənn edərlər».