SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə116/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   112   113   114   115   116   117   118   119   ...   330

HƏCC


Həcc – ibadət məqsədi ilə ilin müəyyən vaxtında Məkkəni ziyarət etmək. «Onun yolunda gücü çatan hər bir kəsin Həccə gedib o, evi ziyarət etməsi insanların Allah qarşısında borcudur». (Ali-İmran 97). Hicrətin doqquzuncu ilində fərz etmişdir. Hicrətin səkkizinci ili Məkkənin fəthindən sonra. Allah Bəytul-Haramı Həcc etməyi islamın rukunlarından olduğunu qeyd edir. Gücü catan, sağlam olan və imkanı olan hər bir kəsin Həcc etməsi vacibdir. Həcc ömürdə bir dəfə vacibdir. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldı, artıq siz də Həcc edin». Bir nəfər: «Ey Allahın Rəsulu, hər il Həcc edək?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – susdu. Həmin şəxs sualını bir neçə dəfə təkrarladı. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər mən hə desəm, sizə hər il Həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı»507. İmkanı olanın Həcc etməsi vacibdir. İbn Abbas - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həcc etməyə tələsin. Çünki sizdən hər hansı bir kimsənin irəlidə başına nə gələcəyini bilməz»508. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Həcci gözəl bir şəkildə, günah və pis əməllərə yol vermədən edərsə evə anadan doğulmuş kimi qayıdar»509. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gözəl Həcc edənin mükafatı isə Cənnətdən başqa bir şey deyildir»510. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Həcc ibadətinizi necə edəcəyinizi məndən öyrənin»511.

ALLAH VƏ RƏSULUNUN ADINDAN ELMSİZ DANIŞMAQ

Allaha qarşı elmsiz danışmaq, Allahın İsimləri, Süfətləri, Felləri barəsində. Allahın özü-özünü vəsf etdiyi və Rəsulunun Onu vəsf etdiyi kimi vəsf etməmək ən böyük günahlardandır. Bu Allahın hikmətinə, Rububiyyətinə, Rəbb xüsusiyyətinə də zidd olan bir şeydir. İnsan bilərəkdən Allahın İsimlərini yozarsa, təhrif edərsə, bilərəkdən Allahın və Rəsulunun adından danışarsa (bu halaldı, bu haramdır) bu şirkdən daha çirkin və Allah qatında da böyük günahlardandır. Böyük elm adamı İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: «Allah elmsiz olaraq söz söyləməyi haram etmiş və bunu ən böyük haramlar arasında saymışdır. Hətta bunu haramların ən yüksək mərtəbəsi olaraq qiymətləndirmişdir. «De ki: Rabbim yalnız aşkar və gizli alçaq işləri (həyasızlıq), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur». (əl-Əraf 33). Allah haramları dörd mərtəbə olaraq sıralamışdır. Bunların ən alt mərtəbədə olanından başlamışdır ki, bu da həyasızlıqdır, ikinci bundan daha ağır dərəcədə olnı günah və zülm, üçüncü olaraq bu ikisindən də ağır Allaha şərik qoşmaq, dördüncü isə bütün bunlardan daha ağır olan Allah haqqında biliksiz söz söyləməkdir. Bu da Allah haqqında İsimləri, Sifətləri, Əməlləri, dini və şəriəti haqda biliksiz söz söyləməyi özündə əhatə edir»512.

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mənim adımdan yalan uydurmayın. Hər kim söyləmədiyimi mənə isnad edərsə heç şübhəsiz ki, atəşə girər»513. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəşdən yerini hazırlasın»514. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqa bir kimsənin ağzından yalan söyləmək kimi deyildir. Hər kim qəsdli olaraq mənim ağzımdan yalan söyləyərsə atəşdən yerini hazırlasın»515. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in adından yalan söyləmək böyük bir haram, ağır bir qəbahət və həlak edici bir günahdır. Yalnız bu haramı halal sayan kimsə kafir olur. Bir kimsə bir hədisin uydurma olduğunu bilir və ya böyük ehtimalla uydurma olduğunu zənn edirsə o, hədisi rəvayət etməsi haramdır. Belə bir hədisin uydurma olduğunu bilib və deməyən kimsə də Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yalan söyləyənlər cümləsinə daxildir516. İmam Zəhəbi – rahmətullahi aleyhi - deyir ki: «Bəzi alimlərin rəyinə görə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in adından yalan danışmaq küfr və İslam millətindən çıxardan günahdır».


ANA-ATAYA QARŞI ÜSYAN


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin