SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə133/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   129   130   131   132   133   134   135   136   ...   330
LUT QÖVMÜ «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: Bu çox çətin, başı bəlalı bir gündür dedi. Tayfası (qonaq gəldiyini bilən kimi) Lutun yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. Lut onlara dedi: Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar (nigah) baxımından sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur. Onlar dedilər: sənin qızlarını heç bir rəğbətimiz olmadığını, şübhəsiz bilirsən. Nə istədiyimizi də yəqin ki, bilirsən. Lut dedi: Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim. (Mələklər) dedilər: Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi? Əmrimiz gəldiyi zaman o, yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş, bir-birinə bitişik bərk daşlar yağdırdıq». (Hud 77-82). Bunlar mənim qonaqlarımdır. Məni onların yanında rüsvay etməyin. Bu da mənim qızlarımdır onlarla evlənə bilərsiniz. Bu ümmət eşqə düşmüşdür. Bu eşq də haram olan şeyə idi. Bu elə bir xəstəlikdir ki, qəlbə bağlanarsa insanın ondan qurtarması çətin olar. Bu eşqin də qisimləri vardır. Eşq bəzən küfr həddinə çatır ki, bu da sevən insanın məşuqəsini Allahla bərabər sevməsidir. Onu Allahı sevdiyi kimi sevir. Əgər Allahla bərabər sevilən küfürdüsə, Allahdan daha çox təzim edilən, sevilən necə? Elə bir eşqdir ki, onun sahibi bağışlanılmır. Bu da ən böyük şirkdir. Allah isə şirki bağışlamır. Yalnız səmimi bir tövbə ilə bağışlana bilər. Bunun da əlaməti aşiq olan insan sevdiyinin razılığını Allahın razılığından üstün tutur. Öz sevdiyinin haqqı, payı Rəbbinin haqqı ilə itaəti ilə zidd gələrsə o, sevdiyinin haqqını Rəbbinin haqqından üstün tutur. Öz məşuqəsinə ən qiymətli şeyləri sərf edir. Rəbbi üçün isə ən aşağı olanı sərf edir. Bütün taqətini sevdiyinin razılığına sərf edir. Ona itaətdə və yaxın olmaqda. Rəbbinə isə o, məşuqəsindən sonra qalan artıq vaxtını Rəbbinə yönəldir. Bu cür halda onların halına bax və fikirləş? Sonra isə onların halını tərəzinin bir gözünə, Tövhidini isə digər gözünə və bunları tərəzində ölç. Şəkk yoxdur ki, belə bir eşq ən böyük şirkdir. Bir çox aşiqlərdə vardır ki, qəlblərində sevdiklərindən başqa heç bir şeyə yer qalmayıb. Məşuqəsini sevmək artıq bütün qəlbini tutmuşdur. Sevdiyi üçün hər tərəfdən onun qulu olmuşdur. Bu insan özü kimi birisinə qul olmağa razı qalmışdır. Çünkü qulluq sevginin və itaətin kamilliyidir. Bu insan isə sevgisinin, itaətkarlığının və zəlilliyinin gücünü öz məşuqəsinə vermişdir. Artıq bununla o, kimsə qulluğun həqiqətini ona yönəltmişdir. Bununla çirkin iş, fuhuşluq arasında heç bir nisbət yoxdur. Çünki fahişlik günah, belə bir eşq isə şirkdir. Şair deyir ki: «Mənim üçün zina etmək daha sevimlidir nəinki belə bir eşqə düşərək qəlbin sevənə ibadət etməsindən. Bununla qəlb Allahdan uzaqlaşır».


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin