Allah gözlərin xain baxışını və qəlblərin də gizlətdiyini bilir». (Gafir 19). İbn Abbas - radıyallahu anhu – bu ayənin təfsirində deyir: «Bu o, kimsədir ki, bir ev əhlinə qonaq gedər. Orada bir gözəl qadın görərsə ev əhli (ona) baxmadıqları zaman qadına baxar. Ev əhli baxdıqları zaman isə gözlərini çəkər». Sufyan əs-Souri - rahmətullahi aleyhi - deyir ki: «O, kimsədir ki, bir məclisdə oturar. Yanlarından qadın ötdüyü zaman məclis əhli qafil olarsa qadına baxar. Onlar baxdıqları zaman gözlərini çəkər». Muhəmməd Əmin Şingiti - rahmətullahi aleyhi - deyir ki: «Bu ayədə hədə və təhdid vardır. Əgər bir kimsə gözü ilə xainlik edərsə Allahın qarşısında durduğu zaman hissiyatından soruşular»621. «(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bilmədiyin bir sözü demə. Bacarmadığın bir işi görmə). Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır». (əl-İsra 36). Bu baxış İblisin zəhərli oxudur və şəhvətə aparandır. Haram baxışlar insanın qəlbində pis fikirlər yaradır ki, bu fikirlər böyüyərək şəhvətə, sonra iradəyə, istəyə və qətiyyətə çevrilir və sonda haram iş edilir.
Sən bu ayə barədə düşün: «(Ya Muhəmməd!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar». (ən-Nur 30-31). Haramın əvvəli ilə axırı arasında bağlantı vardır. İbn Kəsir - rahmətullahi aleyhi - deyir ki: «Allahın mömin bəndəsinə olan əmridir ki, onlar gözlərini haram olan şeydən çevirsinlər və yalnız icazə verilən şeyə baxsınlar. Əgər gözü harama baxarsa dərhal gözünü çevirsin». Qasimi - rahmətullahi aleyhi - deyir ki: «Bu ayədə gözü çevirmək ayıb yerini qorumaqdan əvvəl zikr edilmişdir. Çünkü baxış zinaya aparan yoldur. Məhz buna görə də ilk olaraq gözləri qorumaq gəlmişdir». İbn Qeyyim - rahmətullahi aleyhi - deyir ki: «İnsana baş verən bir çox müsibətlərin əsası baxışdır. Çünki baxış fikirlər, fikirlər böyüyərək şəhvətə, şəhvət iradəyə, iradə isə güclü qətiyyətə çevrilir və nə qədər ki, bir mane yoxdur əməl hasil olur». Ona görə də deyilir ki: «Gözü harama baxmaqdan çevirməyə səbr etmək ondan sonra baş verənlərin ağrısına səbr etməkdən daha asandır».
Baxış insanda yanğı, həsrət hissləri əmələ gətirir. Belə ki, bəndə qadir olmadığı və səbri çatmadığı şeyə baxır və bu da əzabın ən böyüküdür. Məs: İnsan evli qadını görür və qəlbi ona bağlanır. Gözünü ona baxmaqdan çevirə bilmir və onunla evlənə də bilmir. Buna görə də bəzi fasiqlər aşiq olduqları qadınları ərlərindən boşanmalarına səy göstərmişlər.
Çox təəccüblüdür ki, baxan insanın baxışı oxdur və o ox baxan insanın qəlbinə çatmır. Baxanın özünün qəlbində yer hazırlayır. Bundan da qəribə olan odur ki, baxış qəlbi yaralayır və yaranın üzərinə yara gətirir. Ona görə də deyilir ki, baxışın qarşısını almaq sonra yaranan həsrətin, ağrının qarşısını almaqdan asandır. Sən bu hədis barədə düşün: Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar»622. Bu hədis gözün də üsyan edib günah edəcəyinə və onun etdiyi günahın zina sayıldığına ən açıq bir dəlildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – sıralamağı göz zinasından başladı. Çünkü göz zinası əlin, ayağın, qəlbin və fərc zinasının əsli və təməlidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Gözlər zina edir, əllər zina edir, ayaqlar zina edir, cinsiyyət üzvü zina edir»623.
Harama baxan insanın halı – Duzlu dəniz suyundan içən insanın halına bənzəyir – görəsən o, kimsə sudan doyarmı? Əlbəttə ki, yox.O, sudan nə qədər içsədə susuzluğu daha da artacaqdır. İbnul Covzi - rahmətullahi aleyhi - deyir ki: «Ey qardaşım! Allah səni qorusun baxışın şərrindən. Baxış neçə-neçə abidi həlak etmiş, neçə-neçə zahidin qətiyyətini pozmuşdur. Baxışdan çəkin, çünki o, bir çox müsibətin səbəbidir. Baxışın müalicəsi başlanğıcda daha asan və yaxşıdır. Əgər o, təkrarlanarsa şərr onun qəlbində yerləşər və onun müalicəsi də çətinləşər».
Bu xəstəlik üçün bir əlac varmı? Bəli, hər nə qədər dərd verilmişsə mütləq onun dərmanı da verilmişdir. Onu bilən bilir, bilməyən də bilməz. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurur: «Allah hər bir xəstəlik üçün dərman göndərmişdir. Onu bilən bilir, bilməyən də bilməmişdir».
Həqiqətən də baxış şeytanın zəhərli oxlarından biridir. Əgər bir kimsə baxışını davamlı edərsə onun həsrəti, peşmançılığı davamlı olar.
Dostları ilə paylaş: |