SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə139/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   135   136   137   138   139   140   141   142   ...   330
LUT QÖVMÜNÜN ƏMƏLİNİ ETMƏK

Bu əməli etməyin cəzası dünya və axirətdə ən böyük cəzalardandır. Artıq alimlər ixtilaf ediblər ki, hansının cəzası daha şiddətlidir. Lut qövmünün əməli, yoxsa zina və ya onların cəzası bərabərdir. Bu haqda üç qövl vardır: BİRİNCİ Əbu Bəkr, Əli, Xalid b. Valid, Abdullah b. Zubeyr, Cabir b. Zeyd, İbn Abbas, Zuhri, Rabiyə b. AbdurRahmən, İshaq b. Rahaveyh, İmam Məlik, İmam Şafii (iki görüşündən birində) və İmam Əhməd – Allah onlardan razı olsun – deyirlər ki, Lut qövmünün əməlini etmək zinanın cəzasından daha da şiddətlidir. Bunun cəzası istər evli olsun, istər evli olmasın hər bir halda ölümdür. İKİNCİ Əta b. Əbi Rəvah, Həsənul Bəsri, Səd b. Museyyib, Şafii, Qatadə, İbrahim ən-Nəhəi, İmam Əhməd (onun ikinci rəvayətinə görə) Əbu Yusuf – Allah onlardan razı olsun – deyirlər ki, bunun cəzası zinanın cəzası ilə eynidir. ÜÇÜNCÜ Əbu Hənifə, Həkim – Allah onlardan razı olsun – deyirlər ki, bu əməlin cəzası zinanın cəzasından da aşağıdır və bu əməlin cəzası təzir cəzasıdır. Onlar öz görüşlərinə bu dəlilləri gətirirlər: Müəyyən bir cəza (öldürməmək şərti ilə) cəzalandırmaqdır. Onlar deyirlər ki, bu əməl günahlardan biridir. Allah və Rəsulu bu haqda müəyyən bir cəza təyin etməmişlər. Leş, qan və donuz yemək kimi təzir cəzasıdır. Bu əməldə elə bir yerdən yaxınlıq olur ki, bu da nəfslərin istəmədiyi bir şeydir. Hətta Allah heyvanların nəfslərinə qoymadığı iyrənc bir işdir. Buna görə də dişi eşşəklə yaxınlıq edən kimsəyə olduğu kimi buna da hər hansı bir həd cəzası yoxdur. Çünkü Lutilik nə şəriətnən, nə də lüğətnən zinakar deyə adlandırılmaz. Zina edənləri cəzasını bildirən dəlillərin içərisinə girməz. Həmçinin onlar deyirlər ki, şəriət qanunlarında vardır ki, əgər bir günaha qarşı nəfslərdə istək olmayaraq o, günah edilərsə buna yalnız təzir cəzası təyin edilir. Buna görə də hədd cəzası zina, oğurluq, içki içənə qoyulmuşdur. Çünkü zinada iki tərəfdən də buna meyl vardır. Leş, qan və donuz əti yeməyə isə bəlli bir hədd cəzası qoyulmamışdır. Onlar deyirlər ki: İki eyni cinsin bir-birinin bədəni ilə zövq almasına hədd cəzası yoxdur. Necə ki, iki qadının bir-biri ilə yaxınlıq etməsinə də hədd cəzası yoxdur.



Birinci qövl sahibləri ümmətin cumhurudur və həmçinin də bu haqda səhabələrin yekdil rəyi vardır. Günahlar içərisində bundan böyük olanı yoxdur. Küfrdən sonra ikinci dərəcəli günah Lut qövmünün əməli ilə məşğul olanların günahıdır. Allah belə bir böyük günahla Lut qövmündən əvvəl heç kəsi imtahana çəkməmişdir. Allah onlara elə bir cəza vermişdir ki, bu cəzanı heç bir ümmətə verməmişdir. Onlara bir neçə cəza cəm edilmişdir. Onların həlak edilməsi, diyarlarının altının üstünə çevrilməsi, yerə keçrilmələri, kor ediləmələri, üzərlərinə daşların yağması. Bu da bu günahın nə qədər şiddətli olmasını bildirir. Bu elə bir günahdır ki, az qala yer öz oxundan çıxsın. Mələklər bu əməli görəndə yerlərdən və göylərdən qaçırlar. Qorxurlar ki, o, yerlərin əhalisi üzərinə əzab ensin və bu əzab onlara da toxunsun. Həmçinin belə bir iş olanda yer öz harayını Rəbbinə qaldırır. Az qala dağlar yerindən qopsun. Həmçinin belə bir iş edənin öldürülməsi belə bir əməli etməkdən onun üçün daha yaxşıdır. Çünkü ona bu yaxınlıq edildiyi zaman o, kimsə öldürülmüş kimi olur. Elə bir öldürülmək ki, bundan sonra onda heç bir həyat umulmur. Əgər həqiqətdə bir kimsə öldürülərsə o, ya məzlum, ya da şəhid sayılar. Axirətdə də mənfəət qazanar. Lakin bu ölüm elə bir ölümdür ki, onda heç bir həyat umulmur. Həmçinin də Allah öldürülənin qisasını vəlilərinə vermişdir. Onlar da ya onu bağışlaya bilərlər, ya da öldürə bilərlər. Lakin Lut qövmünün əməlini edənin cəzası isə öldürülməkdir. Burada heç bir bağışlanma da yoxdur (heç kəs bu əmələ görə səndən qisas ala bilməz). Buna da Peyğəmbər – sallallahu aleyhi və səlləm – in sünnəsi və həmçinin də səhabələrin icması dəlalət edir. Bunda heç bir ziddiyət də yoxdur. Xalid b. Valid – radıyallahu anhu – ərəbstanın kənarlarında görür ki, bir kişi qadın evləndiyi kimi evlənir. Bu haqda Əbu Bəkr – radıyallahu anhu – ya məktub yazır. Əbu Bəkr – radıyallahu anhu – səhabələrlə məşvərət edir. Əli b. Əbu Talib – radıyallahu anhu – isə bu haqda ən şiddətli qövli olan bir kimsə idi. Bunu yalnız ümmətlərdən bir ümmət edib və Allahın da onlara nə divan tutduğunu da bilirik. Mənə görə onlar odla yandırılmalıdırlar. Əbu Bəkr – radıyallahu anhu – bu xəbəri Xalidə məktubla bildirir. O, əmri yerinə yetirir. İbn Abbas – radıyallahu anhu – deyir ki: «Bu əməli edən kimsə kəddə (şəhərdə, qəsəbədə) ən yüksək binaya qaldırılmalı və oradan da başı aşağı atılmalı və ardıyca da böyük bir daş parçası (daşlar) atılmalıdır. Bu hədd Allahın Lut qövmünə etdiyi həddir». İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Lut qövmünün əməlini edənləri gördüyünüz zaman edəni də, ediləni də öldürün»631. Lənətləyib onları üç dəfə. İbn Abbas – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah Lut qövmünün əməli ilə məşğul olanlara lənət etasin (bu kəliməni üç dəfə təkrar etdi)»632. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ümmətim üçün ən çox qorxduğum (yaramaz iş) Lut qövmünün əməlidir»633. Heç bir hədisdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – zinakarı bu qədər lənətlə-məyib. Bu əməli edənləri isə təkidlə üç dəfə lənətləyib. Səhabələrdən heç kəs bu əməli edənin öldürülməsi barədə ixtilaf etməyiblər. İxtilaf yalnız necə öldürülməsi barədə olub. Kim bu iki ayəni oxuyaraq onlar üzərində düşünərsə ona zina ilə Lut qövmünün əməli arasında fərq aydın olar. «Zinaya da yaxın düşməyin. Çünkü o, çox çirkin bir əməl və pis bir yoldur». (əl-İsra 32). «Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz». (əl-Əraf 80). Yəni Allah hər ikisini də fuhuş deyə adlandırmışdır. Zina barəsində fahişəni qeyri-müəyyənlikdə gətirdi. Yəni zina hər hansı bir fuhuş işlərdən biridir. Digər ayədə isə «Əl» artikili ilə gətirmişdir. Bu da, demkdir ki, yəni hər bir fuhuşluq bu adda birləşib. Onların bu əməli etmələrində məqsəd yalnız şəhvətdir. Ehtiyacdan deyildir. Necə ki, kişinin qadına meyl etməsi kimi. Bunda ehtiyac vardır. Onlar arasında məhəbbətin, sevginin yaranması, onların evlənmələri, nəsillərin artması vardır. Bu kimi nigahda bu cür xeyirlər vardır. «Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz. Siz doğurdan da, həddi aşmış bir tayfasınız». (əl-Əraf 81). «Doğurdanmı siz bəşər övladından yalnız erkəklər yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir cəmaatsınız». (əş-Şuəra 165-166). Lakin Lut qövmünün əməli isə belə deyildir. Bunun üzərində elə bir fəsadlar vardır ki, onları saymaqla qurtarası deyildir. Bunun da təfsilatını yalnız Allah bilir. Lut qövmü Allahın yaratdığı bu fitrəti çevirmişlər. Yəni Allah kişiləri hansı keyfiyyətlərinə görə yaratmışdısa onlar bu fitrəti tərsinə çevirmişlər. Qadınları buraxaraq şəhvətlə kişilərin üstünə gəlirlər. Buna görə də Allah onların diyarlarının altını üstünə çevirdi. Həmçinin də Allah onların qəlblərini çevirdi. Allah onların əməllərinin çirkinliyini daha da gücləndirərək buyurur ki, onlar MUSRİFLƏRDİR – israf edənlərdir, həddi aşanlardır. Sən bu haqda fikirləş və heç gör zina haqda belə bir şey gəlibmi? «Siz doğurdan da, həddi aşmış (musrif) bir tayfasınız». (əl-Əraf 81). Allah onları çirkin iki vəsflə vəsfləndirmişdir: «Həqiqətən onlar pis, fasiq tayfa idilər». (əl-Ənbiya 74). Onları Peyğəmbərlərinin dili ilə fitnəkar deyə adlandırmışdır: «Lut: Ey Rəbbim! Fitnə-fəsad törədən qövmə qarşı mənə yardım et!». (əl-Ənkəbut 30). Mələklər onları zalım deyə adlandırmışdır: «Biz bu məmləkətin əhlini məhv edəcəyik, çünkü onlar zalimdirlər». (əl-Ənkəbut 31). Bir düşün? Allah bu cür kimi cəzalandırmışdır, kimləri bu cür hədələmişdir. «Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: Bu çox çətin, başı bəlalı bir gündür dedi. Tayfası (qonaq gəldiyini bilən kimi) Lutun yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. Lut onlara dedi: Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar (nigah) baxımından sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur. Onlar dedilər: sənin qızlarını heç bir rəğbətimiz olmadığını, şübhəsiz bilirsən. Nə istədiyimizi də yəqin ki, bilirsən. Lut dedi: Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim. (Mələklər) dedilər: Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi? Əmrimiz gəldiyi zaman o, yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş, bir-birinə bitişik bərk daşlar yağdırdıq». (Hud 77-82). «(Ya Muhəmməd!) Lutu da yd et! Bir zaman o, öz qövmünə demişdi: Doğurdanmı siz özünüzdən əvvəl heç bir bəşər övladının etmədiyi iyrənc bir işi görürsünüz? Həqiqətən siz kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin iş görürsünüz. Tayfasının cavabı ancaq: Əgər doğru danışanlardansansa bizə Allahın əzabını gətir! Deməkdən ibarət oldu». (əl-Ənkəbut 28-29). Sən bu haqda fikirləşsən onların əməlinin nə qədər şiddətli olduğunu bilərsən.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin