ZƏFƏRANLA BOYANMIŞ PALTARDAN İSTİFADƏ ETMƏK
Ənəs - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – kişilərin zəfərandan istifadə etmələrini qadağan etmişdir»813. Abdullah b. Amr b. əl-As - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – zəfəranla boyadılmış iki paltarı əynimdə gördükdə: «Bunu geyinməyi ananmı sənə tövsiyə etdi?» deyə buyurdu. Mən: «Onları silimmi?» dedim. Peyğəmbər: «Xeyir, onları yandır (Başqa rəvayətdə: «Bunlar kafirlərin paltarlarındandır. Onları geyinmə)» deyə buyurdu814.
Dostları ilə paylaş: |