UŞAQLARA HƏDİYYƏ VERMƏKDƏ ƏDALƏTLİ OLMAMAQ
İnsanlardan bir çoxları uşaqlarına hədiyyə verərməkdə, geyimdə və s. birini digərindən üstün tuturlar. Bu əməl şəriət ilə yol verilməzdir. «Ədalətli olun. Bu təqvaya daha yaxındır. Allahdan qorxun». (əl-Maidə 8). Numan b. Bəşir - radiyallahu anhu – rəvayət edir ki, atam məni Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gətirərək dedi: «Mən bu oğluma bir kölə bağışlamışam. (Zövcəm) Amra b. Rəvaha sənin bu əmələ şahidliyini istəyir». Peyğəmbər: «Eynisini digər uşaqlarına da bağışlamısanmı?» deyə buyurdu. Atam: «Xeyr» dedikdə Peyğəmbər: «Onu geri al!» deyə buyurdu (Başqa rəvayətdə: Allahdan qorxun və övladlarınızla ədalətlə rəftar edin)»798. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Belə olduqda məni şahid tutmayın. Çünki mən haqsızlığa şahidlik etmirəm (Bağqa rəvayətdə: Bu uşaqdan arzu etdin yaxşılığın bənzərini digərlərindən də arzu etməzsənmi?) (Başqa rəvayətdə: Bütün uşaqlarının sənə qarşı yaxşı davranmaq xüsusunda bərabər olmaları səni sevindirməzmi?)»799.
Dostları ilə paylaş: |