BAŞIN BİR HİSSƏSİNİ QIRXIB, DİGƏR HİSSƏSİNİ SAXLAMAQ
İbn Ömər - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – başın bir hissəsini qırxıb, digər hissəsini saxlamaqdan qadağan etmişdir»779. İbn Ömər - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – başının bir hissəsi qırxılaraq digər hissəsi buraxılmış bir uşaq gördü və buyurdu: «Ya tam qırxın, ya da əl vurmayın»780. Əli - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – qadınlara başlarını qırxmağı qadağan etmişdir»781.
OĞURLUQ
«Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət və hikmət sahibidir». (əl-Maidə 38). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «…Cəhənnəm gətirildi. Bu məni (namazda) geriyə çəkilərkən gördüyünüz anda oldu. Odunun mənə toxunmasından qorxaraq geriyə çəkildim. Əl ağacı tutmuş bir adamın Cəhənnəmin içində bağırsaqlarını sürüyərək dolaşdığını gördüm. O, adam (bu dünyada) əl ağacı ilə hacıları soyurdu. Həci bunu görəndə: Əl ağacıma ilişdi – deyirdi. Həci görməyəndə isə oğurladığını götürüb gedərdi»782. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yumurta oğurlayıb əli kəsilən, ip oğurladıqda əli kəsilən oğruya Allah lənət etsin»783. Aişə - radiyallahu anhə – rəvayət edir ki, Mahzum oğullarından, oğurluq etmiş bir qadının durumu Qureyşliləri xeyli üzmüşdü. Qureyş: «Bu qadın haqqında Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə kim danışa bilər?» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in çox sevdiyi Usamə b. Zeyd - radiyallahu anhu – dan başqasının buna cəsarəti çatmaz» deyə qərar verdilər. Usamə bu halı Peyğəmbər – sallallahu aleyhi və səlləm – danışdıqda o, buyurdu: «Allahın qoyduğu cəzalardan birinin qaldırılmasınımı istəyirsən?» deyə buyurdu və qalxaraq bir xütbə verdi: «Sizdən əvvəlkiləri həlak edən bu idi: Özlərindən adlı-sanlı biri oğurluq edincə onu buraxardılar. Zəif və yoxsul kimsə oğurluq etdiyi zaman isə ona cəza verərdilər. Allaha and olsun ki, Muhəmmədin qızı Fatimə - radiyallahu anhə – də oğurluq etsəydi onun belə əlini kəsərdim (Qəzəbdən onun rəngi dəyişmişdir. Usamə: «Ya Rəsulullah! Mənim üçün Allahdan bağışlanma dilə» dedim. Sonra o, qadının əli kəsildi)»784.
RÜŞVƏT
«Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin, xalqın mallarından bir qismini bilə-bilə haqsız yerə yemək üçün günah yolu ilə (rüşvətlə) hakimlərə müraciət etməyin». (əl-Bəqərə 188). Əbu Hureyrə -radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məhkəmədə rüşvət alana və verənə də Allah lənət etsin»785. Rüşvət zəmanəmizdə geniş yayılmışdır. Belə ki, bəzi məmurlar üçün maaşdan daha yüksək gəlir mənbəyinə çevrilmişdir. İşlərin bir çoxu rüşvətlə başlayır və rüşvətlə də sona yetir. Yaxşı xidmət ancaq rüşvət verənə göstərilir. Verməyənə ya pis xidmət göstərilir. Ya da işi gecikdirilir, əhəmiyyətsizləşdirilir. Ondan sonra gəlib rüşvət verənlər ondan daha tez işlərini bitirirlər. Məktəblərdə, zavod və iş yerlərində rüşvətsiz işə götrülmür, rüşvətsiz səni heç adam yerinə də qoymurlar. Abdullah b. Amr - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın lənəti rüşvət alana və rüşvət verənə olsun»786.
Dostları ilə paylaş: |